Icma.az
close
up
RU
Özəl bölməyə dövlət dəstəyi beynəlxalq reytinqin diqqətində

Özəl bölməyə dövlət dəstəyi beynəlxalq reytinqin diqqətində

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

54 min sahibkara 3,4 milyard manat güzəştli kredit verilib

“S&P Global Ratings” agentliyi Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) üzrə qısamüddətli “B” reytinqini təsdiqləyib. Agentliyin məlumatına əsasən, 2025-ci ilin ortalarına ABİF-nin vəsaitləri 1,05 milyard manat (615 milyon dollar), Azərbaycan İnvestisiya Şirkətinin vəsaitləri isə 374 milyon manat (220 milyon dollar) təşkil edib. Hər iki qurum fəaliyyətində sahibkar­lığın dəstəklənməsinə və respublika iqtisadiyyatının şaxələndirilməsinə mü­hüm önəm verib. Eyni zamanda, adıçəkilən fond dövlətin güzəştli kreditlərini banklar vasitəsilə təqdim etməsini, qeyri-xammal sahələrində ixrac və idxalı əvəzləyən istiqamətlərdə fəaliyyət göstərən şirkətlərin azlıq paylarına investi­siya yatırmasını da diqqətdə saxlayıb.

Qeyd edək ki, ötən ilin sonunda ABİF-nin balansından 192 milyon manat (113 milyon dollar) problemli kreditlər silinib. Bu vəsaitlət 2016–2020-ci illərdə lisen­ziyası ləğv edilən maliyyə institutlarına aid olub. 2025-ci ilin ortalarına problemli kreditlərin həcmi isə 9,7 milyon manata (5,7 milyon dollar) qədər azalıb. Halbuki bu göstərici 2023-cü ilin sonunda 24 faiz olub. 

ABİF tərəfindən son illərdə verilən güzəştli kreditlər regionlarda sahibkarlığın inkişafına, yeni iş yerlərinin yaradılması­na və iqtisadi dinamikanın sürətlənməsinə böyük töhfə verib. Bundan başqa, mikro, kiçik və orta sahibkarlıq subyektlərinin da­yanıqlığının və inkişafının reallaşdırılması üçün onların güzəştli maliyyə resurslarına çıxışı gecləndirilib. Dövlətin bu sahədə gerçəkləşdirdiyi dəstək mexanizmləri sa­hibkarlar üçün əlverişli maliyyələşmə im­kanları yaradıb və onların biznes fəaliyyət­lərinin genişlənməsini şərtləndirib. 

Mikro, kiçik və orta sahibkarlıq hər bir ölkənin iqtisadi sistemində dinamik­liyi gerçəkləşdirən əsas amildir. Azər­baycanda sadalanan qurumların ümumi sahibkarlıq subyektləri sırasında xüsusi çəkisi ildən-ilə artır. Dövlətin güzəştli kredit siyasəti bu artımı stimullaşdıran mühüm amil kimi diqqət çəkir. Kreditlər aşağı faiz dərəcəsi ilə verilməklə yanaşı, sahibkarların istehsal avadanlıqlarının alınması, texnologiyaların yenilənmə­si, xidmət sahələrinin genişləndirilməsi kimi mühüm ehtiyaclarının ödənilməsinə yönəldilir. Nəticədə onların dayanıqlığı artır, bazar şəraitinə adaptasiya imkanları genişlənir. Bu isə ölkədə iqtisadi sabitli­yin qorunmasını reallaşdırır. 

Azərbaycan dövlətinin sahibkarlığın maliyyələşməsinə yanaşması sadəcə kre­ditlərin verilməsi ilə məhdudlaşmır. Bu­rada əsas hədəf davamlı iqtisadi artımın reallaşdırılması və regionlarda biznesin özünü maliyyələşdirmə qabiliyyətinin ar­tırılmasıdır. Bu məqsədlə dövlət müxtə­lif güzəşt mexanizmləri – subsidiyalar, zəmanət sistemləri və elektron müraciət platformaları təqdim edir. “Elektron kredit və zəmanət” informasiya sistemi sahibkar­lar üçün mühüm yeniliklərdən biridir. Bu sistem vasitəsilə sahibkarlar heç bir bank və ya kredit təşkilatına getmədən onlayn şəkildə müraciət edir, kredit alınması pro­sesini sürətləndirir. Belə bir şərait həm bü­rokratik maneələrin aradan qaldırılmasına, həm də şəffaflığın artırılmasına müsbət tə­sir göstərir. 

Ənənəvi olaraq, əvvəllər regionlarda biznes mühitinin formalaşdırılmasında əsas maneələrdən biri kapitala çıxış im­kanlarının məhdudluğu olub. Xüsusilə kiçik sahibkarlar və yeni fəaliyyətə baş­layan bizneslər üçün maliyyə resurslarına çıxış hər zaman çətinlik yaradıb. ABİF-in təqdim etdiyi güzəştli kreditlər isə məhz bu boşluğu dolduraraq regionlarda sahi­bkarların yeni istehsal sahələri açmasını, kənd təsərrüfatı məhsullarının emalı və satış zəncirində iştirakını sürətləndirib. Bu prosesin nəticəsində bölgələrdə minlərlə yeni iş yeri açılıb, yerli əhalinin məşğulluq imkanları genişlənib. Yeni istehsal müəs­sisələrinin, emal mərkəzlərinin və xidmət sahələrinin yaradılması regionlarda sosi­al-iqtisadi inkişafı sürətləndirərək paytaxt mərkəzli iqtisadi modelin balanslaşdırıl­masına imkan verib.

Güzəştli kreditlərin təsiri yalnız iqtisa­di nəticələrlə məhdudlaşmır. Bu maliyyə dəstəkləri regionlarda sosial rifahın yük­səldilməsinə də mühüm töhfə verir. Yeni istehsal və xidmət sahələrinin açılması nəticəsində əhalinin gəlir səviyyəsi artır, gənclərin işlə təmin olunması asanlaşır. Bununla yanaşı, kənd təsərrüfatının inkişa­fı üçün yaradılan imkanlar ərzaq təhlükə­sizliyinin təmininə də xidmət edir. Eyni zamanda, kreditlərin hesabına yaradılan müəssisələr daxili bazarda rəqabət mühi­tini gücləndirir, idxaldan asılılığı azaldır və ixrac potensialını artırır. Bu isə ölkənin iqtisadi təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıyır.

Hazırda dövlətin əsas hədəfi regionlar­da sahibkarlığın daha da inkişaf etdirilmə­si, innovativ və rəqəmsal həllərin biznes mühitinə inteqrasiyasıdır. Bu baxımdan, güzəştli kreditlər yalnız ənənəvi sahələrə deyil, həm də startaplara, innovasiya mərkəzlərinə yönəldilir. Gələcəkdə bu prosesin daha da genişlənməsi gözlənilir ki, bu da Azərbaycanın rəqabətqabiliyyətli iqtisadiyyat qurmaq strategiyasının tərkib hissəsidir.

Xatırladaq ki, ABİF indiyədək 54 mindən çox sahibkara 3,4 milyard manat güzəştli kredit verib. Bu il isə 2 min 371 sahibkara 126 milyon manat güzəştli kre­dit ayrılıb. Güzəştli kreditlər sahibkarlıq subyektlərinə illik 5 faiz olmaqla banklar, bank olmayan kredit təşkilatları və kredit ittifaqları vasitəsilə çatdırılıb. ABİF döv­lətimizin başçısının 2021-ci ildə imzaladı­ğı fərman əsasında İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu və “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin birləşdirilməsi ilə yaradılıb.

Fondun fəaliyyətini ifadə edən yuxarı­dakı göstəricilər isə son illər ərzində res­publikamızda özəl sektorun dinamik inki­şafına yönələn diqqət və qayğıdan xəbər verir. Bu gün də sözügedən istiqamətdə mühüm layihələr həyata keçirilir, investi­siya təşviqi mexanizminin tətbiqi davam etdirilir. Eyni zamanda, iş adamlarının xərclərinin azalması məqsədilə onlara pri­oritet sahələr üzrə güzəştli kreditlər ayrıl­masına xüsusi qayğı göstərilir. Başqa söz­lə, güzəştli kreditlər qeyri-neft sektorunda sənaye istehsalı və emalı, o cümlədən aqrar emal, kənd təsərrüfatı və anbar kompleks­ləri, logistika xidməti, “yaşıl” və innovasi­ya yönümlü layihələrin icrasına yönəldilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 19 Avqust 2025 03:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see717

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see206

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see184

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see163

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see141

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see138

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see138

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see136

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri