Icma.az
close
up
RU
Özəl pensiya fondlarının mənfi və müsbət tərəfləri ARAŞDIRMA

Özəl pensiya fondlarının mənfi və müsbət tərəfləri ARAŞDIRMA

Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

Azərbaycanda özəl pensiya fondlarının yaradılmasına başlanılacaq.

Bu barədə “APA-Economics”in sorğusuna cavab olaraq Dövlət Sosial Müdafiə Fondundan bildirilib.

Qeyd edilib ki, “Qeyri-dövlət pensiya fondları haqqında” Qanun layihəsi hazırlanıb və razılaşdırılması üçün aidiyəti qurumlara təqdim olunub.

Müvafiq qurumlarla müzakirələrin nəticəsində özəl pensiya fondlarının fəaliyyətinin hüquqi, iqtisadi və maliyyə əsaslarının formalaşdırılması, həmin fondların fəaliyyətinə nəzarət mexanizmlərinin müəyyənləşdirilməsi məqsədilə layihənin təkmilləşdirilməsi üçün aidiyyəti qurumların nümayəndələri ilə birlikdə iş aparılır.


Tanınmış iqtisadçı-ekspert Razi Abbasbəyli “Sherg.az”a söyləyib ki, özəl pensiya fondları dövlətdən kənar olaraq ayrı-ayrı investorlar tərəfindən formalaşdırılmış fondlardır: 


“Bu fondlarda vətəndaşlar könüllü şəkildə pensiya yığımları həyata keçirirlər. Nəticə etibarilə də həmin fondlar əllərində olan vəsaitləri maliyyə bazarlarında investisiya halında yatırım edirlər. Beləliklə də vətəndaşların pensiya kapitalı aktiv bir maliyyə vasitəsinə çevrilir və səhm formasında daim dövriyyədə olur, gəlirlər gətirir. Bu səbəbdən də özəl pensiya fondları daha çox gəlir vəd edir. Eyni zamanda, razılaşdırmaya əsasən onlar öz pensiyalarını istənilən vaxt çıxara bilərlər və yaxud da istənilən vaxt həmin gəlirləri dividend halında dövrlər üzrə bölməklə razılaşdırılmış qaydada əldə edə bilərlər. Bunun bir sıra üstünlükləri var. Müsbət tərəfləri ondan ibarətdir ki, dünyanın bir çox ölkələrində özəl pensiya fondlarındakı toplanan vəsaitlər fond birjalarında, maliyyə bazarlarında investisiya halında daim aktiv vəsait kimi dövriyyədə olur və gəlirlər gətirir. Nəticə etibarilə də burada həmin özəl pensiya fondunda vəsaiti olan vətəndaşlar gəlir əldə edirlər. Mənfi tərəfi isə ondan ibarətdir ki, bu sahə kifayət qədər riskli bir sahədir. Özəl pensiya fondlarına daxilolmalar az ola bilər. Maliyyə bazarlarında baş verə biləcək gözlənilməz hadisələr, eyni zamanda risklər həmin fondların yığımlarında və mövcud investisiyalarının gəlirlərinə mənfi təsir göstərə bilər. Bu zaman özəl pensiya fondlarında pensiya kapitalı olan vətəndaşların da gəlirləri aşağı düşə və gözlənilən, proqnozlaşdırılan gəlirlərin ödənilməsində çətinliklər yarana bilər. Özəl pensiya fondlarının idarə etməsi üçün də əlavə vəsaitlər tələb olunur. Bu vəsaitlərin çatışmazlığı nəticə etibarilə də özəl fondların fəaliyyətinə təsir göstərir”. 


Ekspertin sözlərinə görə dünyanın bir sıra ölkələrində özəl pensiya fondları var: 

“Məsələn, Amerika Birləşmiş Ştatlarında 401K özəl pensiya fondu kifayət qədər məşhurdur. Hətta bizim qardaş Türkiyədə Bireysəl Əməklilik Sistemi (BES) deyə özəl pensiya fondu fəaliyyət göstərir. Bu fonda dövlət tərəfindən bir sıra dəstək proqramları həyata keçirilir. Amma əsasən BES demək olar ki, müstəqil bir fond kimi fəaliyyət göstərir və kifayət qədər də effektiv nəticələrə nail olunur. Yəni pensiya yaşına çatan insanların gəlirləri dövlətin pensiya fondunda olan vətəndaşlarla müqayisədə daha çox olur. Azərbaycanda bunun effektiv olub olmayacağını demək kifayət qədər çətindir. Çünki burada birinci növbədə qanunvericilik bazası, şəffaflıq, sərt qanunlar, bir sıra nəzarət mexanizmləri olmalıdır. Bunlar olmadıqda sui istifadə halları baş verə bilər. Bir müddətdən sonra həmin özəl pensiya fondları iflasa uğraya bilərlər. İkinci bir tərəfdən isə Azərbaycanda fond bazarları, fond birjaları, qiymətli kağızlar bazarı mövcud olmalıdır.  Bu da hələki Azərbaycanda arzuolunan səviyyədə inkişaf etməyib. Yəni həm fond bazarlarının mövcud olmaması, həm qanunvericiliklə bağlı lazımi tədbirlərin həyata keçirilməsi, nəzarət mexanizmləri, dünya təcrübəsinin öyrənilməsi baxımından düşünürəm ki, görüləcək işlər hələ çoxdur. Bu yolu keçmək üçün də xüsusilə mövcud baza və fond bazarları, investisiya yatırımları etmək üçün həmin özəl pensiya fondlarının miqyas etibarilə böyük bir imkanları olmalıdır. Azərbaycanda hələ ki, biz bu halları görmürük”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:163
embedMənbə:https://sherg.az
archiveBu xəbər 10 Dekabr 2024 14:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see302

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see245

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see221

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see220

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see192

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see192

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see175

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see173

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see167

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see157

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see157

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see156

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see156

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see156

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see154

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see152

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see149

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see148

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see147

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri