Icma.az
close
up
RU
Azərbaycanda servis haqqı ləğv edilir?

Azərbaycanda servis haqqı ləğv edilir?

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Türkiyə Ticarət Nazirliyi ölkə üzrə restoran, kafe, şirniyyat mağazaları və digər iaşə obyektlərində uzun müddətdir mübahisə doğuran əlavə ödənişlərlə bağlı mühüm dəyişikliklərə gedib. Belə ki, yeni qaydalara əsasən, müəssisələr müştərilərdən yalnız menyuda açıq və şəffaf şəkildə göstərilmiş qiymətlər əsasında ödəniş tələb edə biləcəklər.

Bununla da “servis ücreti”, “masa ücreti”, “adisyon ücreti” kimi əvvəllər tətbiq olunan məcburi əlavə haqlar qanunsuz hesab ediləcək.

Bu kontekstdə, ölkəmizdə də istehlakçıların hüquqlarının qorunması istiqamətində oxşar mexanizmlərin tətbiqi, servis haqqının ləğvi məsələsi aktuallaşır.

Mövzu ilə bağlı Modern.az-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, son 6 ildə Azərbaycanda restoran və digər ictimai iaşə müəssisələrində servis haqqının tətbiqi restoranlara gedən insanların narazılığına səbəb olan əsas amillərdən birinə çevrilib.

“Təcrübədə görürük ki, bəzi hallarda restoranlarda hətta 15 faizədək servis haqqı tələb olunur. Servis haqqı ilə bağlı məsələ heç bir qanunvericilik aktında tənzimlənməyib və bununla bağlı hər hansı qadağa da mövcud deyil. Dövlət orqanlarına müraciət edildikdə isə bildirilir ki, bu, sahibkarların öz fəaliyyət sahələrində sərbəst qərar vermək hüququdur”.

E.Hüseynovun sözlərinə görə, təəssüf ki, restoran və marketlər üçün sözügedən sahədə vahid qaydaların olmaması müəyyən özbaşınalıqlara səbəb olur:

“Sahibkarlar bəzən “toxunulmazlıq” prinsipindən sui-istifadə edərək istehlakçıların hüquqlarını pozurlar. Məsələn, bahalı müğənnilər dəvət olunur və bunun xərci əvvəlcədən xəbərdarlıq edilmədən müştərilərdən alınır.

Bundan əlavə ümumiyyətlə, dünya təcrübəsində yaxşı xidmətdən sonra istehlakçının könüllü olaraq çay pulu verməsi geniş yayılmış praktikadır. Bir çox ölkələrdə, xüsusilə də kapitalist ölkələrində buna rast gəlinir. Türkiyədə servis haqqının məhdudlaşdırılması və ya qadağan edilməsi müsbət addım sayılır. Lakin bütün hallarda servis haqqı menyuda aydın şəkildə göstərilməli, istehlakçı əvvəlcədən məlumatlandırılmalıdır. Azərbaycanda isə restoranlar istədikləri məbləğdə servis haqqı müəyyən edir və dövlət tərəfindən tənzimləmə olmadığından bu məbləğ çox müxtəlif olur”.

O, həmçinin vurğulayıb ki, əgər servis haqqı menyuda göstərilməyibsə, bu, istehlakçı hüququnun pozulmasıdır:

“Bu sahəyə nəzarət Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin səlahiyyətinə daxil olmaqla yanaşı, qanun pozuntuları aşkarlandığı halda da Agentlik tərəfindən müvafiq cərimələr tətbiq edilir. Əgər servis haqqı əvvəlcədən göstərilibsə və menyuda qeyd olunubsa, istehlakçı seçim edərək müəssisəyə daxil olduğu üçün bundan imtina etməməlidir”.

Eyyub Hüseynov onu da əlavə edib ki, bununla belə, restoranlarda və şadlıq saraylarında başqa növ özbaşınalıqlar da müşahidə olunur:

“Məsələn, bəzi yerlərdə “face control” tətbiq edilir - müştərinin xarici görünüşü xoşlarına gəlmədikdə onu içəri buraxmırlar. Həmçinin, yanında xanım olmadan girişə icazə verilməməsi, dəniz mənzərəli masa üçün əlavə 20 manat ödəniş tələb edilməsi və digər bu kimi hallar mövcuddur.

Bütün bunları nəzərə alaraq, müvafiq dövlət qurumlarının bu məsələləri sistemli şəkildə tənzimləməsi və istehlakçı hüquqlarının qorunmasını təmin etməsi zəruridir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:135
embedMənbə:https://modern.az
archiveBu xəbər 08 Dekabr 2025 14:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see841

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see556

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see318

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see301

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see287

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see284

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see282

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see272

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see236

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see210

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see196

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see189

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see189

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see187

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see187

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see186

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see182

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see182

PULU YĞIB YIĞIŞDIRMAQ OLMUR, AMMA... İqtisadçı yaranmış riskləri açıqladı düz baçlıqdır?

05 Oktyabr 2026 10:56see175

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri