Icma.az
close
up
RU
Özəl pensiya fondu vətəndaşlara nə verəcək? Bu o dərəcədə cəlbedici olmalıdır ki...

Özəl pensiya fondu vətəndaşlara nə verəcək? Bu o dərəcədə cəlbedici olmalıdır ki...

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanda pensiya sistemi ilə bağlı yeni qanun layihəsi hazırlanır. Sənəd ölkədə özəl pensiya fondlarının yaradılmasını nəzərdə tutur.

Bildirilir ki, bununla vətəndaşlara dövlət pensiyasından əlavə özəl fondlardan da təqaüd almaq imkanı veriləcək. Yəni bu, mövcud dövlət sistemi ilə rəqabət deyil, əlavə seçimdir.

Özəl pensiya fondlarının yaradılması vətəndaşlara nə vəd edir?  Dünyada geniş yayılan bu praktika ölkəmizdə gözləntiləri doğrulda biləcəkmi?

Bakıvaxtı.az-ın bu suallarını iqtisadçı Əkrəm Həsənov cavablandırıb.Onun sözlərinə görə, özəl pensiya fondu əlavə kimi nəzərdə tutulubsa, bunun heç bir perspektivi olmayacaq. İqtisadçı bildirib ki, özəl pensiya fondlarının yaradılacağı ilə bağlı məlumat verilsə də, sistemlə bağlı ətraflı informasiya paylaşılmayıb:

“Əslində bu hal Azəbaycanın qanunvericilik prosedurunun özəlliyidir. Ölkədə qanun layihələri ictimaiyyətdən gizlədilir. Əslində qanun layihələri qəbul olunmadan öncə ictimaiyyətə açıqlanmalıdır ki, insanlar onları nəyin gözlədiyini bilsinlər. Hazırda sözügedən layihə haqqında heç bir məlumat yoxdur”.

Həsənov qeyd edib ki, əgər vətəndaşlara dövlət pensiyasından əlavə özəl fondlardan da təqaüd almaq imkanı veriləcəksə, bunun perspektivini görmür.  Dediyinə görə, vətəndaşlarımızın əksəriyyəti heç Dövlət Sosial Müdafiə Fonduna ödəniş etmək istəmirlər:

“Ona görə də vətəndaşların əlavə özəl fonda ödəniş edəcəyi inandırıcı görünmür. Xüsusən də Azərbaycan kimi inflyasiyaya məruz qalan bir ölkədə özəl fond instənilən vaxt bağlana bilər".

Əkrəm Həsənov: Əgər DSMF eyni şərtləri təklif edəcəksə, vətəndaşlar bu fonda müraciət etməyəcək

Ə.Həsənov bu sistemin məhz alternativ kimi tətbiq olunacağını gözlədiyini bildirib. Yəni, şəxs könüllü şəkildə özəl fonda müraciət edə bilər.

"Sadəcə özəl fond o dərəcədə cəlbedici olmalıdır ki, vətəndaş bu fonda üz tutsun. Əks halda vətəndaşlar özəl fonda getməyəcək. Əgər Dövlət Sosial Müdafiə Fondu eyni şərtləri təklif edəcəksə, vətəndaşlar bu fonda müraciət etməyəcək. Özəl fondun müflisləşmə və aldatma kimi vəziyyətləri yarana bilər. Dövlət isə dövlətdir. Vətəndaşın həm dövlətə, həm də özəl fonda ödəniş edəcəyini təsəvvür etmək çətindir", - deyə Əkrəm Həsənov izah edib.

Qeyd edək ki, özəl pensiya sisteminin 2026-cı ilin əvvəlindən fəaliyyətə başlayacağı gözlənilir.

Gülşən Şərif

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 24 Sentyabr 2025 12:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see170

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see158

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see156

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see156

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see150

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see147

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see142

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see138

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see134

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see133

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see133

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see133

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see133

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see133

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see133

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see132

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see131

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see128

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri