Icma.az
close
up
RU
Özəl tibb müəssisələrində keyfiyyət standartlarına aid yeni proqram başlayır

Özəl tibb müəssisələrində keyfiyyət standartlarına aid yeni proqram başlayır

Medicina saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


ÖTMA səhiyyədə keyfiyyətin idarə edilməsi standartının tətbiqinə dəstək verəcək.

Özəl Tibb Müəssisələri Assosiasiyası (ÖTMA) Keyfiyyət Assosiasiyası İB ilə əməkdaşlıqda “Bakı KOB evi”nin dəstəyi ilə “Səhiyyə təşkilatının idarə edilməsi - Səhiyyə təşkilatlarında keyfiyyəti idarəetmə sistemləri - Tələblər” beynəlxalq standartının tətbiqi və sertifikatlaşdırılması üçün Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) tərəfindən təmənnasız maliyyə dəstəyinin göstərilməsi proqramının təqdimatını keçirib. Tədbirdə ÖTMA üzvü tibb müəssisələri, səhiyyə menecmenti və tibb hüququ üzrə ixtisaslaşmış hüquq şirkətlərinin rəhbərləri, AYİB nümayəndələri iştirak ediblər.

ÖTMA sədri Günel Əliyeva səhiyyə sisteminin inkişafının əsas istiqamətlərindən biri kimi tibb müəssisələrində keyfiyyət standartlarının tətbiqinin əhəmiyyətindən söz açıb. Bildirib ki, bu standartların tətbiqi pasiyent məmnuniyyətini, tibbi xidmətin təhlükəsizliyi, işçilərin profesional inkişafı, resurslardan səmərəli istifadəyə nail olmağa kömək edir. ÖTMA sədri beynəlxalq əməkdaşlığa marağın artırılması və və investisiya cəlbedicliyinin gücləndirməsində keyfiyyət standartlarının tətbiqinin vacibliyini xüsusi vurğulayıb.

AYİB nümayəndəsi Samir Həmidov “Səhiyyə və tibb müəssisələrində keyfiyyətinfrastrukturunun qurulmasina dəstək” layihəsi haqqında ətraflı məlumat verərək, İSO 7101:2023 beynəlxalq standartının özəl tibb müəassisələrində tətbiqi üzrə təlim, məsləhət xidmətlərinə necə dəstək verəcəklərini açıqlayıb. S.Həmidov, ümumilikdə AYİB-in özəl sektora dəstək mexanizmləri, MDB ölkələrində bu təcrübənin necə tətbiq edildiyi barədə iştirakçıları məlumatlandırıb, sualları cavablandırıb və öz tövsiyyələri ilə bölüşüb.

Keyfiyyət Assosiasiyası İB sədri Samir Novruzlu ISO 7101:2023 standartının məzmunu, əsas prinsipləri və tətbiq sahələri barədə təqdimatla çıxış edib. Ətraflı məlumat verərək, sualları cavablandırıb. S. Novruzov həmçinin, keyfiyyət standartlarının tətbiqi, idarəetmənin təkmilləşdirilməsi ilə əlaqədar Azərbaycanda özəl tibb müəssisələri ilə həyata keçirilən təcrübələr haqqında məlumat verib.

ÖTMA sədri Günel Əliyeva xüsusi olaraq qeyd edib ki, ÖTMA üzvləri üçün ISO 7101 standartını 90% güzəştlə təqdim edilməsi və standartın tətbiqi ilə əlaqədar ödənişsiz təlimlərin təşkili razılaşdırılıb.

Həmçinin, “SƏHHƏT” klinikasınin direktoru Dr. Malik Kərimov, “SAĞLAM AİLƏ” Tibb Mərkəzlərinin direktoru Dr. Vüqar Eyvazov AYİB və ilə Keyfiyyət Assosiasiyası İB ilə həyata keçirdikləri layihələr haqqında təcrübələri ilə bölüşüblər.

ÖTMA üzvləri, eyni zamanda Assosiasiyanın 2025-ci il üçün Fəaliyyət Planının icrasını müzakirə ediblər. Fəaliyyət Planı özəl tibb müəssisələrinin personalının bilik və bacarıqlarının artırılması, sağlam rəqabət mühtinin yaradılması, icbari sığorta sisteminin inkişafına, əhalinin maarifləndirilməsi, əhalinin sağlamlığının qorunması sahəsində dövlət siyasətinin həyata keçrilməsinə dəstək verilməsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi təşəbbüslərini əhatə edir.

MEDİCİNA.AZ


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:214
embedMənbə:https://www.medicina.az
archiveBu xəbər 21 Aprel 2025 15:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see320

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see319

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see318

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see316

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see312

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see305

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see304

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see302

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see293

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see287

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see253

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see247

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see246

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see229

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see226

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see213

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see212

Qeyri neft iqtisadiyyatının büdcədə çəkisi artır

31 Oktyabr 2026 15:23see207

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see196

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri