Özellə bağlı araşdırma başladıldı
Gununsesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İstanbul Baş Prokurorluğu Cümhuriyyət Xalq Partiyasının sədri Özgür Özellə bağlı araşdırma başladıb.
Gununsesi.info “Sözcü”yə istinadən xəbər verir ki, Özel barəsində İstanbul baş prokuroru Akın Gürlekə qarşı təhqir xarakterli ifadələr səsləndirmək iddiası ilə araşdırma başlanılıb.
Məlumata görə, Ö.Özel saxlanıldıqdan sonra vəzifəsindən uzaqlaşdırılan Esenyurtun bələdiyyə sədri Ahmet Özerə həbsxanada baş çəkib.
Ziyarətdən sonra CHP sədri mediaya açıqlama verərək, A.Gürleki tənqid edib: “Gün gələr, mən yenə burada dayanaram. Sən isə kim bilir, hansı sosial media hesabından bizə hücum edərsən. Sənə xəbərdarlıq edirəm, bir ölkənin taleyi ilə oynama”.
Onun Gürleklə bağlı səsləndirdiyi bu fikirləri barəsində araşdırma başladılmasına səbəb olub.
Onu da xatırladaq ki, Ahmet Özer cari ilin oktyabrın sonunda PKK terror təşkilatı ilə əlaqəli olmaq şübhəsi ilə həbs edilmişdi.
Baxış sayı:94
Bu xəbər 29 Noyabr 2024 16:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















