Icma.az
close
up
RU
Özgür Özələ hücum edən həbs olundu: Bu hücum hamımıza yazılmış açıq məktubdur

Özgür Özələ hücum edən həbs olundu: Bu hücum hamımıza yazılmış açıq məktubdur

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Cümhuriyyət Xalq Partiyasının sədri Özgür Özələ, Sırrı Süreyya Öndərin dəfn mərasimindən sonra hücum edən Selçuk Tengioğlu həbs olunub.


Sherg.az xəbər verir ki, hücumçunun İstanbulun Beyoğlu rayonunda iki fərqli icazəsiz apart oteldə qaldığı ortaya çıxıb. Lisenziyasız fəaliyyət göstərən bu iki obyekt möhürlənib, otellərdən birinin sahibi istintaq çərçivəsində saxlanılıb.



Türkiyə Daxili İşlər Nazirliyinə bağlı Polis Baş İdarəsi, CHP lideri Özelin təhlükəsizliyində boşluq olub-olmadığını araşdırmaq üçün iki müfəttiş təyin edib. Müfəttişlər araşdırmanın sonunda hesabat hazırlayaraq İstanbul Respublika Baş Prokurorluğuna təqdim edəcəklər.


CHP lideri Özgür Özel, partiya qrup toplantısında hücumu "hamımıza yazılmış açıq məktub" kimi qiymətləndirib. Heç bir siyasi partiyanı və ya qurumu məsul tutmadığını vurğulayan Özel belə deyib:

“Kim tərəfindən edildiyini araşdırmaq prokurorluğun, dövlətin işidir. Düzgün istintaq aparılarsa, problem yoxdur. Əgər istintaq hardasa ilişərsə, üstünə getməyənləri danışmaq mənim haqqımdır.”

Özel bu "məktuba" cavabını sabah axşam Bəyazıt mitinqində, şənbə günü Van mitinqində və 19 mayda İzmir mitinqində verəcəklərini bildirib.


O, əlavə edib:


“İndi o övlad qatillərinin əlini çılpaq göndərənə deyirəm, cəsarətin varsa doldur da yolla. Buyur meydana.”

Hücumun gündəmdə qalması fonunda, Özgür Özel, təhlükəsizlikdə boşluq olub-olmadığı ilə bağlı suala belə cavab verib:

Cənazə mərasimlərində yaxın mühafizəçilərin düzgün görüntü vermədiyini qeyd edən Özel, o gün də xalqla təmasının kəsilməməsi üçün mühafizəçilərinə bu yöndə göstəriş verdiyini bildirib.


Atatürk Mədəniyyət Mərkəzinə daxil olmadan öncə mühafizəçilərinə "qarşısında getməyin" deyə təlimat verdiyini deyən Özel, Halk TV-yə açıqlamasında belə deyib:

“O boşluq mənə aiddir. Önümdə gedən, hər kəsə diqqətlə baxan iri mühafizəçilər, xüsusilə yas mərasimlərində başqa partiyaların üzvləri ilə təmasda olduqda yanlış başa düşülə bilər.”


Yaxın mühafizəçilərinin "paxlava şəkli" formasında iki yanda irəlilədiyini deyən Özel:

“Nə baş verdiyini desək, görüntü olaraq yaranan boşluq mənim göstərişimlə meydana gəlib. Xalqla təmas kəsilməsin, ailəyə təzyiq göstərilməsin deyə belə etmişdim. Başımıza nə gəlibsə, mənim təlimatım nəticəsində gəlib.”

Qoruma müdürünün onu dəfələrlə “Bu düzgün deyil” deyə xəbərdar etdiyini qeyd edən Özel, “Dünən də  "Ah başqanım, sonu bu oldu" deyə məni şirin dillə danladılar” deyə bildirib.

“Qoruma tədbirləri artırılacaqmı?” sualına isə Özel gülərək belə cavab verib: “Adamları işlətsək, qoruyacaqlar zatən.”

CHP lideri Özgür Özələ hücum edən Selçuk Tengioğlunun polis idarəsindəki ifadəsi də üzə çıxıb.


Tengioğlu ifadəsində hücumu planlamadığını, ani qərar verdiyini iddia edib. Hücumdan əvvəl uzun müddət Atatürk Mədəniyyət Mərkəzinin protokol çıxışında gözləməsinə baxmayaraq belə deyib:

“Bu planlı bir hərəkət deyildi. Ani baş verən bir hadisədir. Mən Sırrı Süreyya Öndərin dəfn mərasiminin orada olduğunu öyrəndiyim üçün AKM qarşısına getdim. Özgür Özelin orada olduğundan xəbərim yox idi. Tamamilə ani reaksiya nəticəsində meydana gəldi. Heç kim mənə göstəriş vermədi.”


Hücumçu, heç bir qrup və ya siyasi partiya ilə əlaqəsinin olmadığını, bu işi təkbaşına etdiyini deyib:

“Heç kim mənə bu hadisəni reallaşdırmaq üçün pul vermədi. Nə pul aldım, nə də göstəriş. Dövlətin verdiyi yaşlılıq təqaüdümü Ziraat Bankından alıram.”


Tengioğlu sözlərini belə davam etdirib:

“İzdihamın qarşısında CHP lideri Özgür Özeli gördüm. Onun əvvəllər prezidentə, prokurorlara, əsgərlərə, polislərə qarşı təhdidvari danışdığı üçün və mənim də emosional vəziyyətdə olduğum üçün özümü itirərək Özgür Özelə bir sillə vurdum. Bu hərəkətim, üzərimdəki hüzn və Özelin ölkəmizi xaricə şikayət etməsi kimi davranışlarına qarşı reaksiyadır. Hadisə zamanı oradakı əməkdaşlar  müdaxilə edərək məni saxladılar.”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:58
embedMənbə:https://sherg.az
archiveBu xəbər 06 May 2025 15:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see203

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see155

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see154

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see153

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see151

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see139

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see128

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see128

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri