Icma.az
close
up
RU
Özləri də, milyonları da həbsdə: Sabiq məmurlaırn saymaqla bitməyən əmlakının aqibəti necə olur?

Özləri də, milyonları da həbsdə: Sabiq məmurlaırn saymaqla bitməyən əmlakının aqibəti necə olur?

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Həbs edilən məmurların torpaq sahələrinin taleyi necə olur? 

Son illər ölkədə bir sıra məmurlar çalışdığı dövrdə yol verdiyi nöqsanlara görə, təqsirkar bilinərək həbs ediliblər. Həmin şəxslər həbs edilməklə yanaşı onların əmlakı da müsadirə edilib. Həbs edilən həmin şəxslər arasında kifayət qədər tanınmış şəxslər də var. Həmin şəxslərdən biri sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovdur ki, ona məxsus bir neçə milyonluq manat dəyərində daşınmaz əmlakın üzərinə həbs qoyulub. S.Müslümova məxsus əmlakları bunlardır: 

-Bakı şəhəri, Binəqədi rayonu, Ak. Ziya Bünyatov pr. ev 13 v, mənzil 38 

-Bakı şəhəri, Binəqədi rayonu, Ak. Ziya Bünyatov prospekti 7 a, mənzil 3 

- Bakı şəhəri, Səbail rayonu, Azadlıq prospekti 5 ünvanda yerləşən qeyri-yaşayış sahəsi 

-Bakı şəhəri, Yasamal rayonu, Mirzə İbrahimov küçəsi, 422 məhəllə, ev 53, mənzil 108 

- Bakı şəhəri, Nərimanov rayonu, Oqtay Kərimov küçəsi, ev 69 və 71 

- Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Araz küçəsi, ev 51 

- Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayonun qərb hissəsində yerləşən 500 və 300 kv.metr torpaq sahələri 

- Bakı şəhəri, Xətai rayonu, Rəsul Rza küçəsi, məhəllə 2942 ünvanda yerləşən 300 kv.m olan qeyri yaşayış sahəsi. 

Qeyd edək ki, sabiq əmək və əhalinin sosial müdafiəsi naziri S.Müslümov 2021-ci ilin fevralında Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı saxlanılıb. Aparılan yoxlamalar zamanı onun həmin nazirliyin müxtəlif ərazi şöbələrinin rəhbərlərinin hər birindən 10 mindən 30 min manatadək külli miqdarda təkrar rüşvət almasına əsaslı şübhələr müəyyən edilib. 

S.Müslümov Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs ediliblər. Həmin şəxslərdən biri də Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilmiş İmişli rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyev idi ki, onun və ailə üzvlərinin 5 milyon manatlıq əmlakları üzərinə həbs qoyulub. 

-Bakı şəhərində yerləşən mənzil; 

-Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 4 fərqli mənzil; 

-Sabunçu rayonu, Nardaran qəsəbəsində bağ evi; 

-Vilyam Hacıyevin oğlu Məhəmməd Hacıyevin adına rəsmiləşdirilmiş "Rance Rover" markalı avtomobil və ailəsinə məxsus daha 3 avtomobil. 

Sabiq icra başçısı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə ittiham olunurdu. 25 iyul 2022-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsində hökmə əsasən, Vilyam Hacıyev 12 il müddətinə azadlıqdan məhrum edilib. 2024-cü ilin iyununda cəzası Ali Məhkəmə tərəfindın 8 il 6 aya endirilib.

Həbs edilən tanınmış şəxslərdən biri də “Azərxalça” ASC-nin İdarə heyətinin mərhum sədri Vidadi Muradovun əmlakına  da həbs qoyulmuşdu. Belə ki, istintaq zamanı dövlətə dəymiş ziyanın ödənilməsi məqsədilə təqsirləndirilən şəxs Vidadi Muradov və onun ailə üzvlərinin adlarına olan ümumi dəyəri 30 milyon 587 min manat təşkil edən yaşayış və qeyri-yaşayış sahələri, habelə “Azər-İlmə” MMC-nin səhm paylarının və aktivlərinin üzərinə məhkəmə qərarı ilə həbs qoyulması təmin edilib. 

2021-ci ilin noyabr ayının 22-də Yevlaxın keçmiş icra başçısı Qoca Səmədov külli miqdarda mənimsəmə, rüşvət alma, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və vəzifə saxtakarlığı kimi əməllərdə təqsirli bilinərək, özünə və yaxınlarına məxsus xeyli evlər, torpaq sahələri, obyektlər müsadirə olunub. Qoca Səmədovun müsadirə edilən əmlakları bunlardır: 

-Hər birinin 377 min və 220 min manat dəyəri olan iki mənzil; 

-Yevlax şəhərində 63 min 700 manat və 57 min 400 manatlıq iki obyekt; 

-Yevlaxın Qoyunbinəsi kəndində ümumi dəyəri 61 min 800 manatlıq beş müxtəlif torpaq sahəsi; 

-Rayonun Havarlı kəndində 18 min manatlıq torpaq sahəsi; 

-Goranboy rayonunun Aşağı Ağcakənd kəndində cəmi 50 min 950 manat qiyməti olan üç ayrı torpaq sahəsi; 

-Elə həmin kənddə 0.37 hektar ərazi və orada tikilmiş iki fərdi yaşayış evi – dəyəri 321 min manat; 

-Yevlax şəhəri, Aran qəsəbəsində 200 min manatlıq "Su səsi" restoranı; 

-Yevlax rayonunun Salahlı kəndində 2 min 159 kvadratmetrlik, 228 min manat dəyərində obyekt; 

-Tikintisi yarımçıq qalmış, 251 min manatlıq ikimərtəbəli uşaq bağçası. 

Habelə Qoca Səmədovun 30 min manat nağd pulu da müsadirə olunub. 2021-ci ildə 21 dekabr tarixində daha öncə ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərlinin əmlakları müsadirə edilib. Onun Xətai rayonunda, İsmayıllı rayonunda yerləşən evləri müsadirə edilib, bank hesabına həbs qoyulub. 

Ləğv edilmiş KİV-ə Dövlət Dəstəyi Fondunun 24.2 milyon yeyintiyə görə saxlanılan icraçı direktoru Vüqar Səfərlinin bu əmlakları müsadirə edilib: 

-“Mercedens Benz ML 350”, “Volksvagen Tuareg” və “Toyota Land Cruser” markalı avtomobilləri 
-Xətai, Binəqədi və İsmayıllı rayonlarında toplam 10-dan çox yaşayış və torpaq sahələri (8000 kv m-dən çox) 
-Banklarda toplam 1 000 000 AZN depoziti. Məhkəmənin hökmünə əsasən, Vüqar Səfərli 10 il 6 ay azadlıqdan məhrum olunub. 
2022-ci il yanvarın 21-də məhkəmə sabiq səfir Eldar Həsənovun əmlaklarının müsadirə olunması barədə qərar çıxarıb. 

-Sabunçu rayonu, Nardaran qəsəbəsində bağ evi və torpaq sahəsi; 
-Nəsimi rayonunda yerləşən mənzil; 
-Nərimanov rayonunda yerləşən mağaza; 
-Abşeron rayonu Novxanı qəsəbəsində yerləşən torpaq sahəsi; 
-Xətai rayonunda yerləşən fərdi yaşayış evi;
 -Monteneqroda yerləşən mənzil. 

Qeyd edək ki, məhkəmənin hökmü ilə E. Həsənov 10 il azadlıqdan məhrum edilib. O, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən xüsusi əməliyyatla həbs edilmişdi. Sabiq səfir Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israfetmə, külli miqdarda törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, külli miqdarda törədildikdə) 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) 308-1.1 (Dövlət büdcəsinin vəsaitindən təyinatı üzrə istifadə etməmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunub. 

2022-ci ildə “Zaminbank” ASC-nin Müşahidə Şurasının sabiq sədri Nadir İsmayılov Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən 14 il azadlıqdan məhrum edilib, əmlakları müsadirə olunub: 

-Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsi, ev 117B, mənzil 42 və 43; 

-Xətai rayonu, Babək prospektində yerləşən 0,3809 kv.m torpaq sahəsi; 

- 0,0804 ha torpaq sahəsi; -Nəsimi rayonu, ünvan 12-də yerləşən qeyri-yaşayış sahəsi; 

-Xətai rayonu, Babək prospekti 8/10 (10-cu Zavod-8) ünvanda yerləşən 733,7 kv.m qeyri-yaşayış sahəsi; -Bakıda yerləşən daha bir mənzil; 

-Ailə üzvlərinin adına olan 0,18 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi; 

-Başqa bir yaşayış evi; 

- “Jeep Wrangler”, “Mersedes-Benz S500”, “Bentley Continental” və “Mersedes-Benz G63 AMG” markalı maşınlar. 

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.İsmayılov 14 il müddətinə azadlıqdan məhrum edilib. 

2022-ci ilin mart ayının 18-də məhkəmə Biləsuvarın sabiq icra başçısı Mahir Quliyevin əmlaklarının müsadirə olunması barədə qərar çıxarıb. Qəbul edilən hökmə əsasən, təqsirləndirilən şəxsə və onun ailə üzvlərinə aid olan 1 milyon 34 min manatlıq əmlaklar da müsadirə olunub. Üzərinə həbs qoyulan əmlakların siyahısı aşağıdakı kimidir: 

-Bakı şəhərində yerləşən, 2005-ci ildə alınmış mənzil; -"Audi" markalı avtomobil; 

-Bakı şəhərində yerləşən daha bir mənzil. 

Bundan başqa, "DOST" İş Mərkəzi tərəfindən qaldırılmış 125 min manatlıq və Biləsuvar Rayon İcra Hakimiyyəti tərəfindən qaldırılan 3 milyon manatlıq mülki iddialar təmin olunub. Mahir Quliyev məhkəmənin hökmü ilə 11 il azadlıqdan məhrum edilib. 

Əmlakı müsadirə olunan məmurların əmlakları ilə bağlı hansı tədbirlər görülür, belə əmlaklar hərraca çıxarılırmı? 

Məsələ ilə bağlı Əmlak Məsələləri Dövlət Xidmətindən “Cebheinfo.az”-ın sorğusu belə cavablandırılıb: “Məhkəmənin qərarına əsasən Əmlak Məsələləri Dövlət Xidmətiə sifariş verilir ki, həmin əmlakın hərracını təşkil edilsin. Hərrac təşkil edilir, bu qaydada satılır və vəsait də dövlət büdcəsinə köçürülür. 

Əgər o əmlak hərraca gəlməyibsə və yaxud hər hansı iddia qaldırılıbsa, bu, ƏMDX-nə aid olan məsələ deyil. Onun hərraca gəlib-gəlməməsi ƏMDX-dən asılı deyil. Məhkəmə qərar verir və hərraca gəldikdə öhdəliyimiz sadəcə hərracı təşkil etməkdir. Hərraca çıxarılmırsa, onu tənzimləyən qurum ƏMDX deyil”. 

Nigar Abdullayeva 
“Cebheinfo.az”

Açar sözlər: məmurlar milyonlar əmlaklar

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:55
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 18 Dekabr 2025 15:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Başımızın üstündə təhlükə var“ Yasamalda çoxmərtəbəli binaların sakinlərindən ŞİKAYƏT

17 Dekabr 2025 08:41see279

Rusiya Milad bayramında da döyüşmək istəyir

16 Dekabr 2025 19:38see244

Lavrov: ABŞ ın Venesuelada əməliyyat planları razılaşma ümidlərini azaldır

18 Dekabr 2025 01:26see230

“Ramin Nur” şadlıq sarayında BİABIRÇILIQ: dana əti adı ilə camış əti verdilər

17 Dekabr 2025 17:39see222

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

16 Dekabr 2025 18:14see203

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see192

Mançester Yunayted Mərakeşi FİFA ya şikayət etdi

17 Dekabr 2025 23:12see188

Bu gün axşamdan maqnit qasırğası başlayacaq

17 Dekabr 2025 15:26see174

Neftçilər xəstəxanasında ÖLÜM Anası böyrəyini verdi, həkimlər isə öldürdü FOTO

17 Dekabr 2025 02:24see169

Cəlilabad kəndlərində vəhşi təhdid: Uşaqlar və qoyunlar təhlükədə

16 Dekabr 2025 21:42see168

Eurovision İsrailə görə tarixinin ən böyük böhranlarından birini yaşayır

17 Dekabr 2025 13:40see161

Milyonçu yarışmasına qatılmışdı, çəlləyin içində meyiti tapıldı FOTO

17 Dekabr 2025 14:50see157

Hər hansı bir məsələdə qadağa varsa, məsuliyyət də olmalıdır Deputat

17 Dekabr 2025 14:46see157

“ABB Qarabağ” kobrend kartı buraxılır!

17 Dekabr 2025 00:07see156

Gecə oyanmaların səbəbi açıqlandı Problem əlamətidir?

16 Dekabr 2025 21:01see156

BİZİM TƏQVİM:17 dekabrda baş vermiş tarixi hadisələr

17 Dekabr 2025 08:04see156

Vuçiç: “Kuşnerin şirkətinin layihədə iştirakda” KONKRET

16 Dekabr 2025 18:09see145

Melaniya Tramp haqqında filmin treyleri yayıldı VİDEO

17 Dekabr 2025 23:11see137

Kasko və əmlak sığortası niyə geri qalır? AÇIQLAMA

17 Dekabr 2025 22:07see136

PSJ tarix yazdı: Paris klubu Qitələrarası Kuboku qazandı

18 Dekabr 2025 01:08see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri