Icma.az
close
up
RU
Özözünüzlə danışırsınız? Digərlərindən fərqiniz...

Özözünüzlə danışırsınız? Digərlərindən fərqiniz...

Icma.az, Saglamolun saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Mənim əl kremim haradadır?

Həmişə hər şeyi hara gəldi qoyursan, sonra da axtarırsan”...  “Aha, budur. Onu yenə çarpayının altına atmısan”...  Belə sözlər yəqin ki, bir çoxlarına tanış gəldi. Çünki bir çoxumuz bəzən bu şəkildə öz-özümüzlə danışırıq. Ələlxüsus da tək olanda... Lakin küçədə gedərkən və ya ofisdə oturduqda, alış-veriş etdikdə də özü ilə danışanlar az deyil. Bəs bunun səbəbi və məqsədi nədir? Bu bəzən bizə diqqətimiz toplamağa və ya hansısa problemi həll etməyə yardımçı olur.

Bəzilərinə dəlilik kimi görünsə də, bu halın əslində dahilik əlaməti olduğu qeyd edilir. Diqqət edildikdə əksər dahilərin öz-özü ilə danışdığını aşkar etmək olar. Bunun üçün ən böyük mütəfəkkirlərin monoloqlarına, məşhur şairlərin şeirlərinə, tarixə göz gəzdirmək yetərlidir.

Məsələn, Albert Eynşteyn həmişə özü ilə danışıb. Çox zaman həmyaşıdları ilə söhbətdən qaçan Eynşteyn  özü ilə söhbətdə bir cümləni bir neçə dəfə təkrar etməyi xoşlayıb.

Alimlərin fikrincə, insanın özü ilə danışması beyni daha effektiv işləməyə sövq edir.

“Quarterly Journal of Experimental Psychology”jurnalında dərc olunan bir yazıda insanın öz-özü ilə danışmasının faydalı olduğu qeyd edilib. Araşdırmanın müəllifləri Daniel Svigli və Qari Lyupyan 20 müxtəlif insana supermarketdə hər hansı məhsulu tapmaq kimi bir tapşırıq veriblər, məsələn, süd və ya alma. Təcrübənin birinci mərhələsində iştirakçılar səssiz halda həmin məhsulu axtarmalı idi. İkinci mərhələdə isə axtardıqları məhsulun adını möhkəmdən səsləndirməli idilər. Gözlənildiyi kimi, ikinci mərhələdə onlar axtarılanı daha tez tapıblar...

“Live Science” elmi jurnalı bu halı onunla izah edir ki, ucadan, yüksək səslə danışmaq, hətta öz-özünlə də, beynin yaddaşa məsul olan hissələrinin daha aktiv çalışmasına səbəb olur və bu da nəzərəçarpan effekt verir.

Lyupyanın fikrincə isə əgər obyektin necə göründüyünü bilirsinizsə, o zaman özünüzlə söhbət onu tapmaqda sizə yardımçı olacaq. Məsələn, siz bananın sarı və uzunsov formalı olduğunu bilirsiniz. Belə ki, ucadan “banan” dedikdə beyin öz vizual xüsusiyyətlərini aktivləşdirir ki, sizə onu tapmaqda kömək olsun.  Və bu da “işə yarayır”.

Öz-özü ilə danışan uşaqlar daha tez inkişaf edirlər

Bəzi elmi məlumatlar göstərir ki, uşaqlıq dövründə öz-özü ilə danışan uşaqlar daha tez inkişaf edirlər. Onlar digərlərindən əvvəl öz ayaqqabılarının bağlarını bağlayır, məktəbdə çox yaxşı oxuyur, daha çox söz bilir və hecaların köməyi olmadan sərbəst oxumağı daha tez öyrənirlər.

Nəzərə alsaq ki, uşaqlar böyükləri dinləyərək və onları təqlid edərək danışmağı öyrənirlər, onda onların özü ilə danışmaq vərdişini valideynlərindən götürdüyünü söyləmək olar. Bu səbəbdən də ailədə və uşaqlarınızın yanında özünüzlə danışmağa utanmaya bilərsiniz.

Öz-özünlə söhbət fikri cəmləməyə yardımçı olur

Əgər fikirlər dağınıqdırsa və onların cəmlənməsinə ehtiyac varsa, buna nail olmaq üçün ən sadə üsul düşündüklərinin yüksək səslə, ucadan deyilməsidir.

Buna əlavə olaraq psixoloqlar bilirlər ki, ucadan dilə gətirilən suallar əsəbləri sakitləşdirir. Buna görə də əgər sizi nəsə narahat edirsə, bunu ucadan dilə gətirin. Bu rahatlamanızı təmin edəcək.

Psixoloq Linda Sepedin iddia edir ki, problemlərin ucadan dilə gətirilməsi həmçinin ciddi və çətin qərarın qəbul olunmasında da yardımçı ola bilər.

Öz-özünlə danışmaq sizə qarşınıza qoyduğunuz məqsədlərə çatmaqda da kömək edə bilər.

Həyata keçirəcəyiniz işlərin siyahısını tutmaq və birbaşa onların reallaşdırılmasına çalışmaq çox yorucudur. Ancaq siz onları ucadan səsləndirsəniz, bu həmin işlərin reallaşdırılmasına öz təsirini göstərəcək. Beləliklə də hər addım daha asan və qısamüddətli görünəcək.

Sepedin bunu belə izah edir ki, siz öz məqsədləriniz haqqında ucadan danışdıqda diqqətinizin cəmlənməsi daha asan olur. Üstəlik, siz öz niyyətinizi sözlərlə daha da möhkəmləndirir və emosiyalarınızı idarə edirsiniz. Beləliklə də beynin bu məqsədlərdən yayınması çətin olur.

Beləliklə, özünüzlə danışmaqdan çəkinməyin, daxili səsinizi dinləyin... Təklikdə qaldıqda özü ilə danışmağı xoşlayanlar çoxlarına qeyri-normal görünsə də, əslində əksəriyyətdən ağıllı və effektiv insanlar olurlar. Onlar öz daxili səslərinə qulaq asmaq üçün sərf etdikləri zamana təəssüflənmir və adətən müsbət nəticə də əldə edirlər.

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 16:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

MİDA modeli: əlçatan mənzildən təhlükəsiz seçimə

04 Sentyabr 2026 20:01see279

535 mənzil “Güzəştli mənzil” sistemində satılıb BİRGƏ MƏLUMAT

04 Sentyabr 2026 22:42see272

Mahsun Kırmızıgül: 12 yaşımdan bu günə kimi anama verdiyim sözü tutdum

04 Sentyabr 2026 16:50see268

Açıq MRT: Qapalı məkan qorxusu (klaustrofobiya) olan xəstələr üçün rahat və təhlükəsiz müayinə

04 Sentyabr 2026 14:16see267

El Nino çox güclü gəlir iqtisadiyyat daxil dünyanı sarsıdacaq BMT dən XƏBƏRDARLIQ

04 Sentyabr 2026 14:37see263

“Təbii xına” adı ilə dərinizə nə çəkirlər? Müvəqqəti tatunun gizli TƏHLÜKƏSİ

04 Sentyabr 2026 21:06see258

Orqanlarını qanunsuz satan şəxsləri 9 min manatadək cərimə gözləyir

04 Sentyabr 2026 16:01see256

Yuxusuz qalanlar bunu mütləq bilməlidir

04 Sentyabr 2026 17:31see256

Məşhur aktyora 12 ilədək həbs tələb edildi

04 Sentyabr 2026 16:47see252

Həkim əməyinin qiymətləndirilməsi səhiyyənin gələcəyinə qoyulan sərmayədir Füzuli Əliyev

04 Sentyabr 2026 18:34see248

Gömrükdə yeni qayda: İdxalçılar üçün əlavə xərc yaranacaq?

04 Sentyabr 2026 22:02see245

Lənkəranda illərdir təmir olunmayan yol VİDEO

05 Sentyabr 2026 00:00see244

Sentyabrın 5 də anomal isti olacaq

04 Sentyabr 2026 18:25see234

Tacikistanda tranzit daşımaları 17 faiz çoxalıb

04 Sentyabr 2026 22:32see232

Ölkəyə idxal olunan qeyri qida malları ilə bağlı yeni qayda qüvvəyə mindi

05 Sentyabr 2026 09:10see224

Serbiyada birgə QES inşa edilir

05 Sentyabr 2026 17:21see204

İlk 3 yaşa qədər uşaqlara çay vermək qan azlığına səbəb olur Pediatrdan XƏBƏRDARLIQ

04 Sentyabr 2026 17:22see202

2026 cı il dünya çempionatı ABŞ iqtisadiyyatına nə qədər vəsait qazandırdı? Tramp açıqladı

05 Sentyabr 2026 15:49see192

Milli astrofizikada məktəb yaratmış alim

05 Sentyabr 2026 18:13see190

1400 metrlik yol asfaltlandı, amma əsas sual cavabsız qaldı: Bu, xidmət, yoxsa PR görüntüsüdür?

05 Sentyabr 2026 19:17see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri