Icma.az
close
up
RU
Menu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

Özümə məktub Tərlanə Yaqubqızı yazır

Özümə məktub Tərlanə Yaqubqızı yazır

Adelet.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Mayın 13-ü. Bugün qərara gəldim ki, özümə məktub yazım.  Bəlkə də bu  dünyada özünə məktub yazan başqa adamlar da var. Amma mən onları tanımıram. Bircə onu bilirəm ki, adam dar ayaqda olanda özünə məktub yazmağı da düşünərmiş. Əvvəllər, yəni internet, mobil telefon olmadığı vaxtlarda bir-birimizə məktub yazardıq.

Əsgərlikdə olan qohumlarımıza, rayonda yaşayan tələbə yoldaşlarımıza, tələbə-inşaat dəstəsində çalışdığımız vaxtlarda evimizə. Hamısı keçmişdə qaldı. Uşaqlığımız, gəncliyimiz o məktubların vərəqləri kimi saralıb-soldu.İndi xatırlayıram yazdığım ilk məktubu. 1974-cü ilin "Kommunist"qəzetinin birinci səhifəsinin kənarında bacıma iki cümləlik məktub yazmışdım. Beş yaşında, əli təzəcə qələm tutan mən. Yazmışdım ki, mən Moskvaya oxumağa gedirəm. İllər keçdi, yaşım 17 oldu. Onda da Moskvaya getmək istədim.

Ən böyük arzum Moskva Dövlət Universitetində oxumaq idi. Amma qismət olmadı. O vaxt Moskva böyük sovetlər ölkəsinin paytaxtı idi və hər bir sovet vətəndaşı kimi mənim də arzularımın şəhəri idi. Mühafizəkar ailənin özünəməxsus qayda-qanunları arzumu ürəyimdə qoydu. Qız uşağı hara, uzaq şəhərdə oxumaq hara. İndiki dövrə baxmayın, biz gəncliyimizdə heç arzularımızı dilə gətirə bilmirdik. Hər il respublikamızdan yüzlərlə gənc SSRİ-nin müxtəlif şəhərlərində oxumağa göndərilirdi və hər dəfə onların respublika qəzetlərində şəkillərini görəndə dərdim təzələnirdi. Dərdə baxın, siz Allah! Sonra müqəddəs məbəd saydığım Bakı Dövlət Universitetinə daxil oldum və taleyimdən razı qaldım. İndi hər dəfə tərcümeyi-halımı yazanda məni gülmək tutur.

Yazıram ki, 1987-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinə daxil olmuşam. 1992-ci ildə M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitetini bitirmişəm. Paradoksa baxın, bir-birinə əks cəbhədə olan iki insanın adını daşıyan eyni universitet. Bakının ən uca zirvəsində-Dağüstü parkda nəhəng abidəsi ucalan Sergey Mironoviç. Bir də universitetin qarşısında kiçik bir daş lövhədə "Burada Məmməd Əmin Rəsulzadənin heykəli qoyulacaqdır" yazısı. Doğrudur, sovet hökuməti dağılan kimi Kirovun o əzəmətli heykəli də yerlə-yeksan oldu, amma Rəsulzadənin cümhuriyyətimizin yadigarı olan ilk universitetin qarşısında heykəli ucalmadı ki, ucalmadı. Bizdən sonra övladlarımız da həmin universitetdə təhsil aldılar, amma Rəsulzadənin heykəli yenə də söz olaraq qaldı.

Yeganə təsəllimiz onun heykəlinin xalqımızın qəlbində əbədi ucalması oldu. Çünki zamanla çox abidələrin uçurulmasının şahidi olduq. Buzovnada sovet dövründən qalma pioner düşərgəsində məskunlaşan zəngilanlı Esmira xanım mənə Leninin başsız qalmış abidəsindən danışanda o qədər güldüm ki. Deməli, oradan keçən yük maşınının apardığı məftillər təsadüfən abidəyə dolaşıb və nəticədə Leninin başı bədənindən ayrılıb. Fikirləşəndə ki, hansısa heykəltaraş nə qədər əziyyət çəkib, gecəsini-gündüzünə qatıb "dahi rəhbər"in şərəfinə fərəh hissilə abidə yaradıb, həmin adama yazığım gəlir. Əslində heykəltaraş günahkar deyil, zamanın diktəsi ilə o qədər belə sənət əsərləri yaradılırdı ki...

Mövzudan uzaq düşdüm. Axı özümə məktub yazacaqdım. Sonra oxucular gəldi və məktubum yarımçıq qaldı. 

Mayın 14-ü. İllərdir başıma bəla olan öd kisəsindən əməliyyat olundum. Narkozun təsiri altındayam.

Mayın 15-i. İndi bu sətirləri  hələ də Semaşko adlandırdığımız Musa Nağıyev adına şəhər xəstəxanasından yazıram. Düzü, əməliyyatdan sağ çıxmağıma ümid etmirdim. Çünki illər öncə qəzetlərin birində falabənzər bir testdə 57 yaşında öləcəyim proqnozlaşdırılmışdı və mən də bunu beynimə salmışdım. Srağagün Milli Kitabxananın rus ədəbiyyatı katoloqu bölməsində növbətçi olarkən beynimdən özümə məktub yazmaq keçmişdi. İndi xəstə yatağında gözümü açdığım zaman düşündüm ki, həmin məktubu davam etdirim. Amma özümə yox, əzizlərimə.

Əvvəla, salam, mənim əzizlərim, əziz ailə üzvlərim, qohumlarım, iş yoldaşlarım. Mənim halımı soruşmaq istəsəniz, sağ-salamatam. O böyük Allahdan da sizin sağ-salamat olmağınızı istəyirəm.

Dünən, canınızdan iraq, səhər saatlarında məni əməliyyata apardılar. Təkərli xərəkdə uzandığım halda pəncərədən yaşıllaşmış ağacları seyr edirdim. Bir anda yadıma cənnət ağacları düşdü. Ürəyimdə heç bir qorxu yox idi. Bu dünyadakı əzizlərimdən ayrılmaq qorxusunu o dünyanın sakinləri olan əzizlərimlə-atam, nənəm, dayım və başqaları ilə görüşmək ümidi dəf eləmişdi. Düz bir saatdan sonra gözlərimi açanda elə bildim ki, ikinci dəfə dünyaya gəldim. Sizə demişdim axı, unudulmaz şairimiz Bəxtiyar Vahabzadə demişkən:"Ölüm belə qəm deyil bu həyatı duyana!"

Palataya yerləşdirdilər. Yan çarpayıda srağagündən ağır əməliyyatdan çıxmış xanım-xatın bir qadınla-Gülnarə Rüstəmova ilə tanış oldum Canı çox ağrıyır, amma nə gözəl ki, gözlərində həyat eşqi var. Özümə gələndən sonra telefonumu açıram, bir-bir mesajları oxuyuram. Çox xoşbəxtəm! Sizlərin duası ilə həyata qayıtdım. Dünən iş yoldaşlarımla vidalaşanda yarıgerçək-yarızarafat "Gedən cismimdir, ruhum sizinlədir" demişdim. İnşəallah, uzağı bir-iki həftəyə yanınıza-işə qayıdacağam.

Həmkarım  Ülviyyə qızımın "Oxucular sizin üçün darıxacaq" sözləri xəstə yatağımda mənə  əsl motivasiya oldu.

Əzizlərim, sizi çox sevirəm. Mənə ikinci ömrü bağışlayan ağxalatlı mələklərimizi-Ayaz Yaqubovu, Samirə Novruzovanı, Mehparə Sadıqzadəni, Fatimə Nəsirovanı həmişə minnətdarlıqla xatırlayacağam.

Lap gənc yaşlarımda Qulu Xəlilovun "Yaşamaq istəyirəm" əsərini oxumuşdum. Xəstəxana həyatı, gənc oğlanın dəfələrlə əməliyyat olunması, körpə uşağın ölümündən sonra qalan gəlinciyi... hamısı yadımdadır.

Bu gün səhəri dirigözlü açdım. Köməksiz-filansız özümdə güc toplayıb ayağa qalxdım. Açıq pəncərədən yaşıllaşmış ağaclara bir də baxdım. Həyəti süpürən xadimələrə qibtə etdim. Həyatda ən böyük sərvət-can sağlığı imiş. Hamınıza can sağlığı arzulayıram, mənim əzizlərim. Allah bütün gözəl dualarınızı qəbul etsin. Əgər həyatda səni sevənlər, sənə dəyər verənlər varsa, yaşamağa dəyər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:174
embedMənbə:https://adalet.az
archiveBu xəbər 15 May 2026 10:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see622

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see554

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see429

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see301

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see296

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see295

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see283

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see276

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see259

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see240

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see231

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see230

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see225

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see220

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see212

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see206

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see204

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see203

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see190

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

02 Noyabr 2026 19:27see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri