Özümüzə inanırıq və bütün gücümüzü səfərbər edəcəyik Qarabağ ın rəqibinin baş məşqçisi
Fanat saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bu gün İngiltərə Liqa Kubokunun yarımfinal oyununa - bu gün səfərdə "Mançester Siti" ilə cavab matçına çıxacaq "Nyukasl"ın baş məşqçisi Eddi Hau fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, birinci matçda 0:2 hesabı ilə uduzan "sağsağanlar"ın çalışdırıcısının sözlərini klubun rəsmi saytı belə çatdırıb:
"Birinci oyundakı ikinci qol bizim üçün böyük məyusluq oldu. Amma hələ də inanırıq. Heyətimizdə dünyanın istənilən stadionunda oynamağa və qollar vurmağa qadir oyunçularımız var. Komanda tam şəkildə oyuna köklənib. Bu, inanılmaz dərəcədə mürəkkəb hədəfdir. Səfərdə "Mançester Siti" ilə oyun qədər çətin tapşırıq yoxdur, ancaq biz özümüzə inanırıq və bütün gücümüzü səfərbər edəcəyik.
"Liverpul"la son çempionat qarşılaşmasının ilk 30-35 dəqiqəsində həqiqətən güclü göründük. PSJ ilə ÇL görüşündə isə ilk 20 dəqiqəni nəzərə almasaq, yaxşı futbol sərgilədik. Uğurlu hissələri birləşdirsək, əla şansımız olacaq.
Əvvəla, qalib gəlməyə cəhd etməliyik. Motivasiyanı qorusaq, bütün aspektlərdə toparlanmağa və hücumlar qurmağa çalışacağıq. Baxarıq, görək necə olur".
Qeyd edək ki, "Nyukasl" UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibidir.
Nihat
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 04 Fevral 2026 22:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















