Icma.az
close
up
RU
Menu

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

“Eyni tempdə davam edirik” Rui Jorje

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

İraola: “Belə bir şey baş verməməlidir”

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

Özünü David kimi təqdim edən Kazım Abbasov ölkədən qaçdı KONKRET

Özünü David kimi təqdim edən Kazım Abbasov ölkədən qaçdı KONKRET

Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Özünü yəhudi əsilli beynəlxalq hüquq müdafiəçisi kimi təqdim edən və “David Seliverstov” adı ilə tanınan şəxsin Azərbaycanı tərk etdiyi bildirilir.

KONKRET.az musavat.com-a istinadən xəbər verir ki, dərc olunan ifşaedici materialdan dərhal sonra həmin şəxs əvvəlcə Gürcüstana yollanıb. Bəzi məlumatlarda onun daha sonra İsrailə getdiyi iddia olunsa da, digər məlumatlara əsasən, hazırda hələ də Gürcüstandadır. Bu məlumatlar rəsmi qurumlar tərəfindən təsdiqlənməyib.

Qeyd edək ki, “David Seliverstov” özünü müxtəlif beynəlxalq hüquq müdafiə qurumlarının nümayəndəsi, yəhudi icması ilə əlaqəli şəxs və xeyriyyəçi kimi təqdim edib, Azərbaycan–İsrail münasibətlərinə dair tədbirlərdə iştirak edib, ictimai-siyasi dairələrdə geniş əlaqələr formalaşdırmağa çalışıb. Hüquq müdafiəçilərinin iddiasına görə isə Azərbaycanda bu adda rəsmi qeydiyyatda olan şəxs yoxdur və “David Seliverstov” adı ilə çıxış edən şəxsin əslində Kazım Elşən oğlu Abbasov olduğu bildirilir.

Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvləri – Səidə Qocamanlı, Səadət Bənənyarlı, Novella Cəfəroğlu və Çingiz Qənizadənin təqdim etdikləri məlumatlarda bildirilir ki, Kazım Abbasov müxtəlif dövrlərdə bir neçə dəfə məhkum olunub. Təqdim olunan məlumatlara əsasən, o, 2011-ci ildə dələduzluq ittihamı ilə saxlanılıb və azadlıqdan məhrum edilib. Daha sonra saxta sənədlərdən istifadə və vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə ilə bağlı cinayət işində də məhkum olunub. 2014-cü ildə isə külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ittihamı ilə yenidən saxlanılıb və 2016-cı ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 12 il müddətinə azadlıqdan məhrum edildiyi bildirilir. Hüquq müdafiəçilərinin məlumatına görə, o, 2022-ci ildə azadlığa çıxıb.

İddialara görə, azadlığa çıxdıqdan sonra Kazım Abbasov yeni kimlik formalaşdıraraq “David Seliverstov” adı ilə fəaliyyət göstərməyə başlayıb. O, müxtəlif şəxslərə problemlərinin həllində kömək edə biləcəyini bildirib, nüfuzlu çevrələrlə əlaqələrinin olduğunu vurğulayıb və bu yolla etimad qazanmağa çalışıb. Hüquq müdafiəçiləri bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət hazırladıqlarını açıqlayıblar.

Hazırda “David Seliverstov”un ölkəni tərk etməsi ilə bağlı yayılan məlumatların rəsmi təsdiqi olmasa da, məsələ ətrafında araşdırmaların davam etdiyi bildirilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:191
embedMənbə:https://konkret.az
archiveBu xəbər 06 Avqust 2026 13:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see353

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see327

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see287

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see278

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see271

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see262

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see260

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see256

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see251

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see247

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see243

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see240

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see234

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see232

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see231

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see229

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see225

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see219

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see217

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see216
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri