Icma.az
close
up
RU
Özünü firma rəhbəri kimi təqdim edərək 400 min manatlıq dələduzluqda ittiham olunan şəxsin məhkəmə istintaqı yenilənib

Özünü firma rəhbəri kimi təqdim edərək 400 min manatlıq dələduzluqda ittiham olunan şəxsin məhkəmə istintaqı yenilənib

Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

Bakıda özünü təmir-tikinti firmasının rəhbəri kimi təqdim edərək çoxlu sayda vətəndaşa qarşı dələduzluq etməkdə təqsirləndirilən Vüsal Bağırovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə tərkibdə dəyişiklik olduğu üçün istintaqın yeniləndiyi elan olunub. Təqsirləndirilən şəxsin və zərərçəkənlərin anket məlumatları dəqiqləşdirilib.

Vüsal Bağırov dövlət ittihamçısı Cövdət Mehralıyevə etiraz edib. O, prokurorun daha öncəki iclaslarda onun şikayətlərini nəzərə almadığını söyləyib.

Zərərçəkənlər buna etiraz edib. Dövlət ittihamçısı etiraz yazılı formada olmadığı üçün baxılmamış saxlanılmasını təklif edib.

Məhkəmə qərara alıb ki, etiraz əsassız sayılsın və təmin edilməsin.

Daha sonra dövlət ittihamçısı ittiham aktını elan edib. Məlum olub ki, zərərçəkənlərə dəymiş ziyanın ümumi məbləği 400 mindən artıqdır.

Vüsal Bağırov özünü elan olunmuş ittihamla bağlı təqsirli bilməyib.

Proses qeyri-müəyyən vaxta təxirə salınıb.

Qeyd edək ki, Vüsal Hüseynağa oğlu Bağırov 2022-ci ildə Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Ona Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq, külii miqdarda zərər vurmaqla törədildikdə) maddəsinə yekun ittiham elan olunub. Həmin maddənin sanksiyasında 5 ildən 10 ilədək həbs cəzası nəzərdə tutulub.

Cinayət işi üzrə 23 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://apa.az
archiveBu xəbər 17 İyun 2025 13:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see212

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see154

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see152

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see150

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see131

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see129

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri