Icma.az
close
up
RU
Özünü jurnalist kimi təqdim edərək dələduzluq və şantaj edən şəxs HƏBS EDİLDİ

Özünü jurnalist kimi təqdim edərək dələduzluq və şantaj edən şəxs HƏBS EDİLDİ

Baku.ws saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Gəncə Ağır Cinayətlər Məhkəməsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 (dələduzluq) və 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham olunan şəxs barəsində hökm çıxarılıb. Məhkəmənin qərarına əsasən, təqsirləndirilən şəxs 6 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

BAKU.WS-in məlumatına görə, 1984-cü il təvəllüdlü, Xocalı rayonunun Kosalar kəndində anadan olmuş təqsirləndirilən şəxs bir neçə epizod üzrə cinayət törədib.

O, özünü jurnalist və ya vəkil kimi təqdim edərək zərərçəkmişlərdən pul alıb, həmçinin rüsvayedici məlumatlar yaymaq hədəsi ilə şantaj edib. Cinayətlər 2016-2023-cü illər aralığında Gəncə, Şəki, Göygöl və digər rayonlarda baş verib.

Təqsirləndirilən şəxs 2017-ci ilin avqustunda zərərçəkmiş şəxs haqqında rüsvayedici məlumatlar (şəhid ailəsini aldadıb pul almaq) yaymaq hədəsi ilə 300 manat tələb edib və alıb. Daha sonra 2016-2023-cü illərdə "Gəzər-xəbər" TikTok və YouTube kanallarında şantaj materialları ilə aylıq orta hesabla 40 manat olmaqla ümumilikdə 3320 manat alıb.

2022-ci ilin mart-aprel aylarında Şəki şəhərində zərərçəkmişin oğlunu Daxili İşlər Nazirliyində xidmətə qəbul etdirmək vədi ilə 600 manat alıb, lakin vədinə əməl etməyib. 2022-ci ilin noyabrından 2023-cü ilin martınadək pensiyanın bərpası və müddətsiz edilməsi vədi ilə 1900 manat alıb.

2023-cü ilin aprelində Göygöl rayon Mərkəzi Xəstəxanasında yatmış vəziyyətdə video çəkib, "Gəzər-xəbər" kanalında yayımlamaq hədəsi ilə 300 manat alıb. May-iyun aylarında oğlunu hərbi xidmətdən tərxis etdirmək və təqaüd təyin etdirmək vədi ilə 3700 manat alıb.

İyunda oğlunu həbsdən azad etdirmək vədi ilə 1200 manat alıb. 2023-cü ilin iyulunda "Sevimli Market"də şokoladdan qurd çıxması barədə yalan məlumat yayıb, silinməsi qarşılığında 100 manat alıb.

Məhkəmədə təqsirləndirilən şəxs ittihamı qəbul etməyib və öz ifadəsində bildirib ki, pul köçürmələri dostlarından gəlib, bəzi hallarda isə zərərçəkmişlərə köməklik göstərmək məqsədi ilə hərəkət edib. O, şantaj və dələduzluq ittihamlarını rədd edərək, hadisələrin polis tərəfindən qurulduğunu iddia edib. Lakin məhkəmə istintaq materiallarını, şahid ifadələrini və sübutları nəzərə alaraq ittihamı təsdiqləyib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:74
embedMənbə:https://baku.ws
archiveBu xəbər 21 Oktyabr 2025 10:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see270

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see165

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see158

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see157

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see155

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see149

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see149

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see137

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see134

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see130

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see128

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see126

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri