Icma.az
close
up
RU
Özünüməşğulluq proqramı çərçivəsində gənclər üçün qurulmuş xidmət sahələrinə infotur təşkil edilib

Özünüməşğulluq proqramı çərçivəsində gənclər üçün qurulmuş xidmət sahələrinə infotur təşkil edilib

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 12 avqust, AZƏRTAC

12 avqust - Beynəlxalq Gənclər Günü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi (DMA) özünüməşğulluq proqramı çərçivəsində gənclər üçün yaradılmış kiçik təsərrüfatlara infotur təşkil edib.

Nazirliyin İctimaiyyətlə əlaqə şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, infotur zamanı nazirlik yanında İctimai şuranın üzvləri və gənclərlə bağlı QHT rəhbərləri həmin proqram üzrə aktivlərlə təmin edilməklə gənclərimizdən Emil Əliyev üçün yaradılmış bərbərxana və Rinat Quliyev üçün qurulmuş avtoyağlama xidmət sahələri ilə tanış olublar.

Agentliyin İdarə Heyəti sədrinin müavini Ramal Quluzadə gənclərin məşğulluğunun təminatının aktiv məşğuluq tədbirlərinin hədəflərindən biri olduğunu qeyd edib.

Bildirilib ki, görülən işlərin davamı olaraq bu ilin 7 ayında DMA tərəfindən daha 36,4 min gənc işlə təmin olunub. Həmçinin həmin dövrdə qurum 4 mindən çox gənci müasir əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlıq kurslarına cəlb edib, əsasən gənclərdən ibarət 152 min nəfərə isə peşə və ixtisas seçimlərinə dəstək məqsədilə peşəyönümü məsləhət xidmətləri göstərib.

Gənclərin kiçik biznesə çıxışının dəstəklənməsində özünüməşğulluq proqramının əhəmiyyəti vurğulanıb. Bu ilin yanvar-iyul aylarında daha 2 minə yaxın gəncin proqrama cəlb olunduğu vurğulanıb. Onlar üçün kiçik biznesin təşkili və idarəedilməsi üzrə təlimlərin təşkil olunduğu, təlimləri bitirdikdən sonra biznes-planlarına uyğun aktivlərlə təmin edildikləri qeyd olunub.

Gənclərin məşğulluğuna dəstəkyönümlü digər layihələr (“Gənclərin biznes emalatxanası”, “Biznesini Yarat Marafonu”, “Səyyar kofe evləri”, “İrəliləyİŞ” və s.) barədə də məlumat verilib.

Gənc proqram iştirakçıları işsiz şəxslərin kiçik sahibkarlığa çıxışına imkan yaradan özünüməşğulluq proqramının icrasından razılıqlarını bildiriblər. Onlar öz işlərini qurmaq üçün göstərilən dəstəyə görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə edib, kiçik bizneslərini inkişaf etdirmək üçün səylə çalışdıqlarını qeyd ediblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:100
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 Avqust 2025 12:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qusarın Laza kəndində təbii fəlakətlə bağlı vəziyyət stabilləşib FOTO

26 Sentyabr 2025 14:49see265

Soyuqdəymə ilə qripi necə fərqləndirmək olar? AÇIQLAMA

25 Sentyabr 2025 04:05see172

Sosial Tədqiqatlar Mərkəzində Faiq Ələkbərlinin üç cildlik kitablarının təqdimatı keçirilib

25 Sentyabr 2025 13:16see151

“Rebuild Karabakh” Hakatonu Gələcəyin şəhərlərini birlikdə quraq!

25 Sentyabr 2025 11:53see148

Cənubi Koreyada iki il ərzində polisə 60 minə yaxın zəng edən şəxs həbs olundu

25 Sentyabr 2025 05:12see135

“Mina təhdidi köçkünlərin təhlükəsiz qayıdışına əngəl törədir” Prezident

25 Sentyabr 2025 21:38see126

Yollar yenə tıxaclıdır Siyahı

25 Sentyabr 2025 09:03see125

Masterchef Türkiye də gərgin anlar Münsif iştirakçını efirdən qovdu

25 Sentyabr 2025 13:16see125

Yol vergisi alınacaq AÇIQLAMA

25 Sentyabr 2025 12:00see125

Azərbaycanın şanlı və şərəfli tarixi ŞƏRH

25 Sentyabr 2025 19:03see122

Onlar elə belə öləcəklər, ruslar isə cənnətə gedəcəklər..?

26 Sentyabr 2025 19:56see122

Qusarın Ləzə kəndini cənginə alan təbii fəlakət Xəbərlərin 20:00 buraxılışı

25 Sentyabr 2025 20:00see122

Avropanın kiçik bir ölkəsində ən təmiz yanacağın böyük yataqları tapıldı

25 Sentyabr 2025 21:27see122

Starbucks 1 milyard dollarlıq yenidənqurma planı çərçivəsində bəzi mağazalarını bağlayacaq və işçiləri ixtisar edəcək

26 Sentyabr 2025 08:37see121

Moskva ilə körpülər yandırılır? ŞƏRH

26 Sentyabr 2025 15:13see121

Arsenal klubu İspaniyada çıxış edən iki futbolçu ilə maraqlanır

26 Sentyabr 2025 19:31see118

Son statistika: Ukrayna bu cür dirçəlir, Rusiya isə...

25 Sentyabr 2025 07:01see117

Avropanın doqquz bankı güclərini birləşdirdi: Ortaq kriptovalyuta gəlir

25 Sentyabr 2025 19:05see117

Xəzər sürətlə kiçilir, səbəbi iqlim dəyişikliyi deyil Əliyev

25 Sentyabr 2025 21:31see117

Liverpul fransalı ulduzun izində

25 Sentyabr 2025 21:34see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri