Icma.az
close
up
RU
“Özünüz yatıb özünüz dura bilirsiniz?” zarafatı qanla nəticələndi

“Özünüz yatıb özünüz dura bilirsiniz?” zarafatı qanla nəticələndi

Pravda.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Sumqayıt Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən 2008-ci il təvəllüdlü Muxtar Məmmədovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ruhiyyə Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.  

Qərara əsasən, şikayət təmin edilməyib.

İttihama görə, hadisə 8 sentyabr 2023-cü ildə Abşeron rayonu, Xırdalan şəhərində baş verib. Belə ki, Muxtar Məmmədov yaşadığı evin qarşısında küçədə kabab bişirmək üçün ocaq yandırdıqları zaman küçədən onlara salam verərək keçən tanışları 16 yaşlı H.Əliyevə və Elşada zarafatyana “özünüz yatıb, özünüz dura bilirsiniz?!” deyib. Elşad onun həmin sualına eyni sualla cavab verdiyindən, onu kənara çəkib “sənin başın "uje" getdi” deyib onun sualına bu formada sualla cavab verməsinə irad bildirib. Həmin vaxt Muxtar Elşadı itələdiyi üçün sonuncu yaranan mübahisə gedişində onun baş nahiyəsinə yumruq zərbəsi endirib və onlar arasında dava düşüb. Artıq mübahisənin davaya çevrildiyini görən H.Əliyev davaya müdaxilə edib və onları aralaşdırmaya çalışarkən Muxtar toyuq ətini doğramaq üçün götürdüyü bıçaqla onun vurub. Hadisəni törədən Muxtar Məmmədovun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. 

Kamal Məmmədov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:95
embedMənbə:https://pravda.az
archiveBu xəbər 18 Dekabr 2024 09:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diyetik qida sağlamlıq üçün riskə çevrilə bilər

11 Aprel 2025 07:00see133

Tarif savaşı qızışır: Çin 125 faizə qaldırdı

11 Aprel 2025 22:48see128

Bağırsaq sağlamlığı niyə vacibdir

12 Aprel 2025 04:39see123

Tramp Meksikanı 1944 cü il su müqaviləsini pozduğuna görə sanksiyalarla hədələyib

11 Aprel 2025 06:58see123

Hər gün bir alma yeməyin 10 FAYDASI

11 Aprel 2025 09:44see121

NATO Ukraynanı böyük partiya mərmi ilə təchiz etməyə hazırlaşır

11 Aprel 2025 21:52see121

Deputat Cahangir Zeynalovun Azərbaycana qayıtmasını istəyir: Gəlib, sənətimizdəki boşluğu doldursun

11 Aprel 2025 11:19see120

Rusiyanın Ukraynada son sutkadakı itkiləri açıqlanıb

11 Aprel 2025 09:31see119

“Ukraynalılar ədalətli dövləti müdafiə etdiklərinə inanmırlar”..?

11 Aprel 2025 21:24see118

Trampın siyasətinə etiraz: ABŞ səfiri istefa verdi

12 Aprel 2025 01:16see115

Ən sadiq kişilər bu bürclərdəndir

12 Aprel 2025 13:05see115

ABŞ da Trampı öldürməklə hədələyən şəxs həbs edilib

12 Aprel 2025 04:09see115

Zərifə xanımın işıqlı obrazı yüksək vətənpərvərlik və humanizm rəmzi kimi həmişə bizimlə qalacaq ŞƏRH

11 Aprel 2025 09:47see114

Süni intellekt qadınlar arasında işsizliyi artıracaq

12 Aprel 2025 13:12see114

İsraillə Azərbaycan arasında səhiyyə sisteminin elektronlaşdırılmasına dair fikir mübadiləsi aparılıb

11 Aprel 2025 17:35see113

AMEA da “Elmlə ədəbiyyatın dialoqu”

12 Aprel 2025 13:03see113

Abşeron rayonunda qanunsuz qaz sayğacları AŞKARLANDI

11 Aprel 2025 21:47see112

Uşaqlar arasında kütləvi virus yayılıb?

12 Aprel 2025 12:29see112

Elçin Əmirbəyov Ermənistanla sülh müqaviləsi haqqında: Prosesin yalnız birinci hissəsi başa çatıb

11 Aprel 2025 20:06see111

İran ABŞ danışıqlarının mövzusu

12 Aprel 2025 13:02see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri