Pakistan Əfqanıstanla sərhəddəki çəpərlərin sökülməsi xəbərini təkzib edib
Icma.az, Moderator.az saytına istinadən bildirir.
Pakistan İnformasiya və Yayım Nazirliyi Əfqanıstanın sərhədi boyunca tikanlı məftil hasarları sökməyə başladığı barədə qarşı tərəfin iddialarını təkzib edib.
Moderator.az xəbər verir ki, bu barədə nazirlik "Facebook" səhifəsində açıqlama verib.
"Bu iddialar yalan, uydurma və əsassızdır. Onlar Əfqanıstan tərəfindən təbliğat məqsədilə yayılır", - deyə açıqlamada qeyd olunub. Nazirlik əlavə edib ki, "Durand" xətti kimi tanınan 2 640 kilometr uzunluğundakı Pakistan-Əfqanıstan sərhədi İslamabad tərəfindən etibarlı şəkildə qorunur.
Qeyd edək ki, daha əvvəl "Afghanistan Defence" adlı "Facebook" hesabında "Durand" xətti boyunca tikanlı məftillərin sökmə əməliyyatının guya başlandığı barədə məlumat paylaşılıb.
Xatırladaq ki, İslamabad 2005-ci ildə ABŞ-nin köməyi ilə qanunsuz əfqan miqrantların, terrorçuların və qaçaqmalçıların ölkəyə daxil olmasının qarşısını almaq üçün Əfqanıstanla sərhəd boyunca maneələr tikməyə başlayıb. Əvvəlcə bütün sərhəd boyunca mina sahələrinin yaradılması planlaşdırılsa da, Pakistan sonradan bu niyyətindən imtina edib. Plan 2017-ci ilə qədər tikanlı məftillərdən, bəzi hallarda dərin səngərlərdən və piyada əleyhinə minalardan ibarət olan maneələrlə tamamlanıb.
Pakistan və Əfqanıstan arasındakı sərhəd 19-cu əsrin sonunda Böyük Britaniya tərəfindən müəyyən edilən "Durand" adlanan xətt üzrə bölünüb. O vaxtdan bəri İslamabad və Kabil arasında dəfələrlə silahlı münaqişəyə səbəb olan sərhəd mübahisəsi davam edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 02 Aprel 2026 17:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















