Icma.az
close
up
RU
Pakistan haqlı tərəfdir: Azərbaycan Kəşmir məsələsində aydın və prinsipial mövqe ortaya qoyur

Pakistan haqlı tərəfdir: Azərbaycan Kəşmir məsələsində aydın və prinsipial mövqe ortaya qoyur

Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.

İyunun 22-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 51‑ci sessiyası çərçivəsində Cammu və Kəşmir üzrə İƏT Təmas Qrupunun iclasında iştirak və çıxış edib.

Ceyhun Bayramov Cənubi Asiyada ümumi sabitlik və təhlükəsizliyin təmin olunması baxımından Cammu və Kəşmir məsələsinin tezliklə nizamlanmasının əhəmiyyətini qeyd edib.

O, son dövrlərdə regionda yaşanmış gərginliyi Azərbaycanın narahatlıqla izlədiyini ifadə edib.

O, son dövrlərdə regionda yaşanmış gərginliyi Azərbaycanın narahatlıqla izlədiyini ifadə edib.

10 may 2025‑ci il tarixində Hindistan və Pakistan arasında elan edilmiş atəşkəs razılaşması alqışlanıb, bu addımın hər iki ölkə arasında davamlı dialoq və uzunmüddətli münasibətlərin normallaşması üçün təməl rol oynayacağına ümid edirik.


Hərbi-siyasi ekspert Həşim Səhrablı Sherg.az-a söyləyib ki, Azərbaycan tərəfinin Pakistan və Hindistan arasında münaqişənin həlli ilə bağlı xüsusi iclasda fikirlər səsləndirməsi, əslində, Azərbaycanın beynəlxalq arenada diplomatik çəkisinin artdığını göstərir: 


"Azərbaycan Kəşmir məsələsinə beynəlxalq hüququn tələbləri ilə yanaşı, öz xarici siyasət maraqları prizmasından da baxır. Ölkəmiz xarici siyasəti həmişə beynəlxalq hüquq normalarını nəzərə almaqla formalaşdırılır. Lakin Qarabağ məsələsində Azərbaycan necə haqlı idisə, Pakistan da Kəşmir məsələsində haqlı mövqedə dayanır. Bu baxımdan, Azərbaycan həm beynəlxalq hüququn, həm də öz strateji maraqlarının diktəsi ilə Kəşmir məsələsində aydın və prinsipial mövqe ortaya qoya bilir. Rəsmi Bakının bu məsələyə yanaşmasında xarici işlər naziri Ceyhun Bayramovun və digər rəsmi şəxslərin rolu əhəmiyyətlidir. Qarabağ müharibəsində Pakistan tərəfinin ölkəmizə göstərdiyi açıq və prinsipial dəstək heç vaxt unudulmamalıdır. Bu gün isə Kəşmir məsələsində eyni yanaşma Azərbaycandan gözlənilir. Azərbaycan, həm bir vəfa borcu olaraq, həm də beynəlxalq hüquq müstəvisində, Pakistanın haqlı mövqeyinə dəstək verməlidir".


Analitik qeyd edib ki, rəsmi Bakı nə bölgəyə hərbi müdaxilə edə, nə də konkret qərar verə bilər:

"Amma bu cür əhəmiyyətli beynəlxalq problem ətrafında aydın mövqe bildirmək və müttəfiqlərinin yanında olduğunu göstərmək mühüm siyasi addımdır. Hindistan Qarabağ münaqişəsi zamanı Ermənistanı dəstəkləyib. Bu dəstək təkcə siyasi səviyyədə deyil, hərbi texnika və silah proqramları ilə də özünü göstərib. Qarabağ işğalına son qoyulmasından sonra da Hindistanın Ermənistanı davamlı şəkildə silahlandırması, revanşist qüvvələrin fəallaşmasına şərait yaradır. Baxmayaraq ki, Azərbaycanla Hindistan arasında müəyyən ticarət əlaqələri və Şimal–Cənub nəqliyyat dəhlizi çərçivəsində əməkdaşlıq mövcuddur".


Həşim Səhrablının fikrincə, Hindistan bu iqtisadi maraqları bir kənara qoyaraq anti-Azərbaycan mövqeyi nümayiş etdirirsə, dövlətimiz də dost və müttəfiq Pakistanın haqlı davasına dəstək verməlidir:

"Kəşmir məsələsinə beynəlxalq hüquq baxımından yanaşdıqda görürük ki, bölgənin əhalisinin əksəriyyəti müsəlmanlardır və tarixən bu torpaq yerli xalqın iradəsinə zidd olaraq zor gücünə Hindistana tabe etdirilib. Əgər Kəşmirdə referendum keçirilsəydi və bu proses şəffaf şəkildə aparılsaydı, əhali böyük ehtimalla Pakistanı seçərdi. Tarix göstərir ki, həm Pakistan, həm də Hindistan Britaniya İmperiyasından ayrılan dövlətlərdir. 1947-ci ilə qədər onların suverenliyindən danışmaq mümkün deyildi. Müstəqillik əldə olunduqdan sonra, Kəşmir xalqı Hindistan hakimiyyətini qəbul etmədi. Lakin Hindistan zor tətbiq etməklə bölgəni nəzarət altına aldı. Sonradan qondarma rejimlər vasitəsilə öz idarəçiliyini bərqərar etməyə çalışdı. Bu isə xalqın iradəsinə zidd addım olduğundan qəbul edilməzdir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://sherg.az
archiveBu xəbər 23 İyun 2025 15:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see156

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see155

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see155

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see154

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see150

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see146

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see143

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see143

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see139

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see136

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see135

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see131

ABŞ ın neftini KİM OĞURLAYIB KONKRET

21 Dekabr 2025 18:34see131

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri