Pakistan Hava Yollarının “Eyfel” reklamı 11 sentyabr hadisəsini xatırlatdı
Gununsesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Pakistan Beynəlxalq Hava Yollarının (PIA) Fransa üçün sosial media reklamı tənqidlərə səbəb olub. Şəkildə təyyarənin Eyfel qülləsinə doğru getdiyi görünsə də, bəzi insanlar bunun onlara 11 sentyabrı xatırlatdığını bildirib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Pakistanda təyyarələr dörd illik təhlükəsizlik qadağasından sonra Avropaya uçmağa hazırlaşır. Ancaq Pakistan Beynəlxalq Hava Yolları (PIA) tərəfindən istifadə edilən bir reklam əks reaksiyaya səbəb oldu.
Belə ki, aviaşirkətin sosial mediada paylaşdığı görüntüdə Eyfel qülləsinə doğru hərəkət edən bir təyyarə görünüb.
Bu görüntü isə 2001 -ci ildə Nyu Yorkdakı Dünya Ticarət Mərkəzinə terror hücumunu xatırladıb.
Pakistanlı ictimaiyyətlə əlaqələr üzrə ekspert və keçmiş siyasi məsləhətçi Omar R. Quraishi sosial media hesabındakı paylaşımında reklamı tənqid edib:
“Bu reklam son dərəcə həssas və yersizdir. Bu, bizə 11 sentyabr qurbanlarını və onların ailələrini xatırlatdı”, – deyə qeyd edib.
Günel Həsənova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 13 Yanvar 2025 09:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















