Pakistan həbsxanalarından azad edilən 255 əfqan vətəninə qaytarılıb
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 29 yanvar, AZƏRTAC
Pakistan həbsxanalarında saxlanılan 255 Əfqanıstan vətəndaşı azadlığa buraxılaraq vətəninə qaytarılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Əfqanıstanın Qaçqınlar və Repatriasiya Nazirliyi məlumat yayıb. Nazirliyin açıqlamasına görə, həmin şəxslər son bir həftə ərzində Pakistanın müxtəlif saxlanma müəssisələrindən azad edilib. Onlar iki aya qədər müddətdə həbsdə olublar.
Bildirilib ki, geri qayıdanlara sərhəddə ilkin humanitar yardım göstərilib, daha sonra isə onlar öz vilayətlərinə yola salınıblar.
Qeyd edək ki, Əfqanıstan Xarici İşlər Nazirliyinin bir neçə ay əvvəl yaydığı məlumata əsasən, hazırda 10 mindən çox ölkə vətəndaşı xarici dövlətlərdə, əsasən İran və Pakistanda həbsdə saxlanılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 29 Yanvar 2026 11:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















