Pakistan həbsxanalarından 221 əfqan məhbus azad edilərək ölkələrinə qaytarılıb
Yeniazerbaycan saytına istinadən Icma.az xəbər verir.
Son bir həftə ərzində Pakistan həbsxanalarından ümumilikdə 221 Əfqanıstan vətəndaşı azadlığa buraxılaraq təhlükəsiz şəkildə öz ölkələrinə qayıdıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Pakistanın Qaçqınlar və Repatriasiya Nazirliyi məlumat yayıb. Bildirilib ki, əsasən qanuni sənədlərin olmaması ittihamı ilə Pakistanın müxtəlif saxlanma müəssisələrində tutulan məhbuslar Cənubi Qəndəhar əyalətində yerləşən Spin Boldak sərhəd-keçid məntəqəsindən keçərək Əfqanıstana daxil olublar. Nazirliyin məlumatına görə, azad edilən şəxslərə sərhəddə dərhal humanitar yardım göstərilib.
Əfqanıstan Xarici İşlər Nazirliyinin ötən ilin iyul ayında açıqladığı məlumata əsasən, hazırda 10 mindən çox Əfqanıstan vətəndaşı xarici ölkələrdə, əsasən qonşu İran və Pakistanda həbsdə saxlanılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:40
Bu xəbər 15 Yanvar 2026 17:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















