Pakistan səfiri: Bəzi dövlətlərin Ermənistanı silahlandıraraq bitmiş münaqişəni qızışdırma cəhdi anlaşılan deyil
Hindistan da daxil olmaqla bəzi dövlətlərin Ermənistanı silahlandıraraq bitmiş münaqişəni qızışdırma cəhdi anlaşılan deyil.
Bu barədə "Report"a müsahibəsində Pakistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Qasım Mohiuddin danışıb.
Səfir qeyd edib ki, hazırda həll olunmuş münaqişəni (Ermənistan-Azərbaycan münaqişəsi – red.) yenidən qızışdırmaq üçün cəhdlər var:
"Azərbaycan, Pakistan və Türkiyə üçün isə sözügedən münaqişə bitib. Belə olan təqdirdə Hindistan da daxil olmaqla bəzi ölkələrin Ermənistanı çox təhlükəli silahlarla təmin etməsini başa düşmək olmur".
Q.Mohiuddin vurğulayıb ki, Pakistan Qarabağla bağlı Azərbaycanın mövqeyini dəstəkləməkdə davam edəcək:
"Pakistan həmişə qardaş Azərbaycanın yanında olub və Qarabağla bağlı ölkənin ədalətli mövqeyini dəstəkləməyə davam edəcək".
Müsahibənin tam mətnini buradan oxuya bilərsiniz.
![see](https://icma.az/template/assets/see.png)