Pakistanda leysan: Yeddi nəfər ölüb
Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Pakistanın Xayber-Paxtunxva əyalətində güclü leysan yağışları və şiddətli külək nəticəsində azı yeddi nəfər həlak olub, 33 nəfər isə xəsarət alıb.
"Ölkə.az" xəbər verir ki, bu barədə "Dawn" qəzeti əyalətin Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması İdarəsinə istinadən məlumat yayıb.
Məlumata görə, əlverişsiz hava şəraiti nəticəsində əyalətin bir sıra rayonlarında yaşayış evlərinə ciddi ziyan dəyib. Xüsusilə Bannu, Mansehra və Şanqla rayonlarında evlərin dam və divarlarının dağıldığı bildirilir.
Qeyd olunur ki, təbii fəlakət nəticəsində ölənlərin sayı yeddiyə, yaralananların sayı isə 33 nəfərə yüksəlib.
Hazırda əyalətin Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması İdarəsi zərərçəkənlərə yardım göstərilməsi üçün xilasetmə və koordinasiya işlərini davam etdirir.
Səlahiyyətli qurumlar bölgədə vəziyyəti nəzarətdə saxlayır və əhaliyə ehtiyatlı olmaları ilə bağlı xəbərdarlıqlar edilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 14 İyun 2026 20:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















