Pakistanda terror aktı: azı 9 nəfər həlak olub, 35 yaralı var
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı, 15 may, AZƏRTAC
Pakistanın şimal-qərbində yerləşən Xayber Paxtunxva əyalətində təhlükəsizlik qüvvələrinə qarşı kamikadze hücumu nəticəsində bir mülki şəxs və azı səkkiz hərbçi həlak olub.
AZƏRTAC Pakistan mediasına istinadla xəbər verir ki, cümə axşamı gecəsi partlayıcı maddə ilə yüklənmiş nəqliyyat vasitəsinin Əfqanıstanla sərhəddə yerləşən Bajaur rayonundakı kəşfiyyat düşərgəsinə girməyə cəhd etməsi nəticəsində daha 35 hərbi qulluqçu yaralanıb.
Kəşfiyyat düşərgəsinin darvazası və ətraf divarları zədələnib.
Hücuma görə hələlik heç bir qrup terror aktına görə məsuliyyəti öz üzərinə götürməyib.
Bu mövzuda digər xəbərlər:Pakistanda terror aktı nəticəsində azı 15 nəfər həlak olub
03 Sentyabr 2025 15:53
Pakistanda terror: 9 ölü, 18 yaralı
12 May 2026 11:52
Pakistanda terror aktı nəticəsində 12 nəfər həlak olub
11 Noyabr 2025 15:43
Pakistanda avtoqəza 9 nəfər həlak oldu
26 Yanvar 2026 01:42
Dawn : Pakistanda terror aktı nəticəsində 15 nəfər həlak olub
24 İyul 2026 18:09
Baxış sayı:135
Bu xəbər 15 May 2026 10:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















