Pakistanla təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə edildi Yeni Çağ Media
Icma.az bildirir, Yenicag portalına istinadən.
Elm və təhsil nazirinin müavini Həsən Həsənli 23-24 yanvar 2025-ci il tarixlərində Pakistanın İslamabad şəhərində səfərdədir.
Yenicag.az xəbər verir ki, səfər çərçivəsində elm və təhsil nazirinin müavini Həsən Həsənli Azərbaycan Hökuməti ilə Pakistan Hökuməti arasında Azərbaycan-Pakistan Birgə Komissiyasının 8-ci iclasında iştirak edib.
İclasda çıxış edən Həsən Həsənli iki ölkə arasında elm və təhsil sahəsi üzrə əməkdaşlığın cari vəziyyəti, Azərbaycanda təhsil alan 1300-dən çox pakistanlı tələbə, əcnəbi tələbələr üçün təhsil alma imkanları, o cümlədən elmi və ali təhsil müəssisələri arasında əməkdaşlığın inkişaf etdirilməsi kimi bir sıra mühüm məsələlərə toxunub.
Qeyd edək ki, sözügedən iclas zamanı siyasi, sosial, iqtisadi və digər sahələrdə əməkdaşlığa dair ətraflı fikir mübadiləsi aparılıb, iclasın yekununa dair protokolda iki ölkə arasında elm və təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivlərinə dair məsələlər öz əksini tapıb.
Həmçinin səfər çərçivəsində Pakistan Prezidenti Asif Əli Zərdari və Baş naziri Mian Məhəmməd Şahbaz Şərif Azərbaycan nümayəndə heyətini qəbul edib.
www.yenicag.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 24 Yanvar 2025 22:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















