Pakistanlı alim AMEA ilə Pakistan Ədəbiyyat Akademiyası arasında əlaqələri yüksək qiymətləndirib AZƏRTAC
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 17 dekabr, AZƏRTAC
Azərbaycan çox gözəl ölkədir. Paytaxtınızda olan gözəllik, insanların qonaqpərvərliyi, səmimiliyi və mehribanlığı bu şəhəri mənə çox sevdirdi. Bu gözəlliyi görməyə imkanım olduğu üçün şadam.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, bu sözləri “Asiya xalqları ədəbiyyatı: ənənələr və müasir tendensiyalar” mövzusunda beynəlxalq elmi konfransın iştirakçısı, Pakistan Ədəbiyyat Akademiyasının prezidenti professor Najeeba Arif deyib.
Professor Najeeba Arif qeyd edib ki, Azərbaycan bir çox sivilizasiyaların və mədəniyyətlərin qovuşduğu məkandır.
Pakistanlı alim Asiya xalqları ədəbiyyatına həsr olunan beynəlxalq konfransın ölkələr arasında elmi-ədəbi əməkdaşlığın möhkəmləndirilməsinə töhfə verəcəyini bildirib.
Professor Najeeba Arif rəhbərlik etdiyi qurumla AMEA arasında qarşılıqlı səmərəli əlaqələrdən də bəhs edərək, AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin “Ön söz”ü və ideya müəllifliyi ilə Pakistanda “Kitabi-Dədə Qorqud” eposunun urdu dilində nəşr olunduğunu diqqətə çatdırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 17 Dekabr 2024 18:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















