Pakistanlı arvadından Bakıdakı səfirliyə şikayət etdi, səsküy saldı, cərimə edildi
Qaynarinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Pakistanlı arvadından Bakıdakı səfirliyə şikayət edən şəxs saxlanılıb.
Qaynarinfo-nun məlumatına görə, Abdul Cəfərov (şərti) Fatimə adlı Pakistan vətəndaşı ilə ailə qurub. Lakin qadının evindəki pulu oğurladığından şübhələnib və polisə müraciət edib.
Daha sonra Abdul Pakistanın Azərbaycandakı səfirliyinə şikayət etmək üçün gedib. Orada səs-küy saldığından saxlanılıb.
Barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə protokol tərtib olunub və iş məhkəməyə göndərilib.
Məhkəmədə Abdul səfirlik nümayəndəsinin ona danışmağa və özünü ifadə etməyə imkan vermədiyindən özündən çıxdığını etiraf edib. O, öz razılığı ilə səfirlik binasını tərk etdiyini və barəsində inzibati həbslə bağlı olmayan qərar qəbul edilməsini məhkəmədən xahiş edib.
Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs 100 manat məbləğində cərimə olunub.
Aydın
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 14 Yanvar 2025 11:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















