Icma.az
close
up
RU
Palma yağı zərərlidirmi? Ekspert açıqladı

Palma yağı zərərlidirmi? Ekspert açıqladı

Icma.az, Bizimyol portalına istinadən məlumat verir.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib ki, palma yağı düşünüldüyü qədər təhlükəli məhsul deyil. O bildirib ki, ölkəyə idxal olunan yağların keyfiyyət və kəmiyyət göstəriciləri ilə yanaşı, saxtalaşdırma hallarının aşkar edilməsi də diqqət mərkəzindədir.

“Palma yağı iki ölkədə - Malayziya və İndoneziyada istehsal olunur. Azərbaycanda isə bu məhsul İndoneziya, Malayziya, Rusiya, Ukrayna və Türkiyə də daxil olmaqla müxtəlif ölkələrdən idxal olunur”.

Qurum sədrinin sözlərinə görə, cəmiyyətdə palma yağı ilə bağlı kifayət qədər yanlış təsəvvür formalaşıb:

“İnsanlar düşünür ki, bu yağı digər bitki yağarı ilə müqayisədə çox təhlükəlidir. Lakin palma yağı da digər bitki yağları kimi insan orqanizmi üçün yararlıdır.

Palma yağı əsasən palma meyvəsinin lətli hissəsindən və çəyirdəyindən əldə olunur. Onun digər bitki yağlarından üstün cəhəti odur ki, qənnadı məhsullarının istehsalında tələb olunan qatılığı təbii şəkildə təmin edir. Palma yağı təbii olaraq qatı yağ olduğuna görə əlavə qatılaşdırma prosesinə ehtiyac qalmır”, – deyə AQTA sədri Qoşqar Təhməzli bildirib.

Əcəba, palma yağı ilə bağlı illərlə formalaşan “zərərli” fikirlər niyə yaranıb?Palma yağının tərkibi nədən ibarətdir? Keyfiyyətinə necə nəzarət edilir?

Bu barədə Bizimyol.info xəbər portalına danışan qida eksperti Fərid Səfərov bildirib ki, digər yağlar da xolesterinin yüksəlməsinə və ürək-damar xəstəlikləri riskinin artmasına səbəb ola bilər: “Palma yağı ətrafında çox müzakirələr aparılsa da, onu nə tamamilə "zəhər", nə də digər bitki yağlarından tam üstün hesab etmək düzgün deyil. Palma yağının təsiri onun hansı növdə olmasından, necə emal edilməsindən və nə qədər istehlak olunmasından asılıdır.

Palma yağı doymuş yağ turşuları ilə digər bitki yağlarının əksəriyyətindən daha zəngindir. Həddindən artıq qəbul edildikdə qanda LDL ("pis") xolesterinin yüksəlməsinə və ürək-damar xəstəlikləri riskinin artmasına səbəb ola bilər. Lakin bu risk yalnız palma yağına məxsus deyil. Kərə yağı, quyruq yağı və digər doymuş yağlarla zəngin məhsullar da həddindən artıq istifadə olunduqda oxşar təsirlər göstərə bilər”.

Qida ekspertinin sözlərinə görə, keyfiyyətli və standartlara uyğun istehsal olunmuş palma yağı E vitamini və bəzi antioksidant maddələr də ehtiva edir.

“Əsas problem onun xüsusilə hazır qidalarda, şirniyyatlarda, peçenye və “fast-food” məhsullarında çox istifadə olunmasıdır. Belə qidaların tez-tez istehlakı ümumi doymuş yağ qəbulunu artıraraq sağlamlığa mənfi təsir göstərə bilər”, – deyə o bildirib.

Fərid Səfərov əlavə edib: “Düzgün yanaşma palma yağını tamamilə qadağan etmək deyil, ümumi qidalanmada doymuş yağların miqdarını nəzarətdə saxlamaqdır. Gündəlik rasionda zeytun, günəbaxan və ya kanola kimi doymamış yağlarla zəngin bitki yağlarına üstünlük vermək, palma yağı olan emal olunmuş məhsulları isə normada istehlak etmək daha sağlam seçim hesab olunur. Ən vacib məsələ tək bir yağ deyil, ümumi qidalanma vərdişləridir”.

Günel Həsənova, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 02 İyul 2026 13:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see272

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see251

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see240

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see237

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see212

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see203

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see193

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see192

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see186

Azərbaycanda neçə cüzamlı xəstə var?

03 Oktyabr 2026 01:32see182

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see177

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see173

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see170

Şimal bölgəsində payızın ilk qarı FOTO

03 Oktyabr 2026 08:40see168

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see162

Millətlər Liqasında növbəti oyunlar: Polşadan darmadağın, Fransa və İtaliya heç heçə etdi

03 Oktyabr 2026 01:09see159

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see156

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see156

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see155

Səfərbərlik Xidmətinə qəbul imtahanının nəticələri AÇIQLANDI

03 Oktyabr 2026 04:53see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri