“PALMALI”dən vurulan gəmi ilə bağlı açıqlama İki dənizçi həlak olub
Gununsesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
PALMALI Şirkətlər Qrupunun idarə etdiyi “Royad Mammadov” adlı gəmi Ukraynanın İzmail limanından İtaliyanın Ravenna limanına hərəkət edərkən Qara dənizdə, Rumıniya sahilləri yaxınlığında dron hücumuna məruz qalıb.
Şirkətdən Gununsesi.info-ya verilın məlumata görə, hadisə 5 oktyabr 2026-cı il tarixində baş verib. Hücumdan sonra gəmidə yanğın başlayıb və heyətin təxliyəsi üçün xilasetmə işlərinə başlanılıb.
Hadisə nəticəsində iki dənizçi həyatını itirib. Digər ekipaj üzvləri isə sağ-salamat təxliyə edilərək təhlükəsiz əraziyə çatdırılıb.
PALMALI Şirkətlər Qrupu həlak olan dənizçilərin ailələrinə başsağlığı verib və onların ailələrinə hər cür dəstəyin göstərildiyini açıqlayıb.
Şirkətin məlumatında bildirilir ki, hadisə ilə bağlı proses aidiyyəti qurumlarla koordinasiya şəraitində yaxından izlənilir.
Həlak olan dənizçilərə Allahdan rəhmət, ailələrinə və yaxınlarına səbir diləyirik.
Elmar
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 06 Oktyabr 2026 13:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















