Icma.az
close
up
RU
Paltar yuyarkən edilən ən böyük səhvlər

Paltar yuyarkən edilən ən böyük səhvlər

Lent az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bu səhvlərdən biri paltarların yuyulmadan əvvəl hazırlanmasının olmamasıdır. Çoxumuz paltar yumağı hələ yeniyetmə vaxtımızdan öyrənmişik.

Lent.az-ın xarici mətbuata istinadla xəbərinə görə, uuma prosesi gündəlik həyatımızın ayrılmaz hissəsidir. Amma buna baxmayaraq, əslində insanların əksəriyyəti bu işdə mütəxəssis deyil.

Sanki ən böyük səhv rəngli paltarları ağlarla birlikdə yumaqdır. Ancaq ekspertlərin dediyinə görə, paltarlar çox fərqli səbəblərdən korlana bilər.

Çox yuyucu tozdan istifadə

Jamie’s Journey layihəsinin yaradıcısı Ceymi Adams bildirib ki, yuyucu tozdan həddindən artıq istifadə əks effekt verə bilər nəticədə paltarlar əvvəlkindən daha da çirkli qala bilər. Çünki artıq köpük paltarın üzərində kirlərin ilişib qalmasına səbəb olur. Üstəlik, müasir paltaryuyan maşınlar ekoloji səbəblərə görə əvvəlki modellərə nisbətən daha az su istifadə edir. Ona görə də düzgün miqdarı seçmək xüsusilə vacibdir. Əks halda, ləkələrin çıxması da çətinləşir.

Mütəxəssislər tövsiyə edir: təlimatda göstərilən dozanı aşmayın.

Yuyucu tozu və ya kapsulları paltarları yüklədikdən sonra birbaşa barabana qoymaq düzgün deyil. Çünki müasir maşınlarda su az olduğu üçün maddələr tam həll olunmur və nəticədə paltar üzərində toz qalıqları qalır. Doğru üsul yuyucu vasitəni əvvəlcədən barabana qoymaqdır.

Paltarların əvvəlcədən hazırlanması

Əgər paltarınızda ləkə və ya xoşagəlməz qoxu varsa, yuyulmazdan əvvəl onu mütləq işləyib hazırlamaq lazımdır. “Beş saniyəlik hazırlıq prosesi sonradan işi xeyli asanlaşdırır. Ləkəyə öncədən işləmə vasitəsi vurun, sonra maşına qoyun”.

Ətriyyatların qarışdırılması

Bəzi insanlar paltarlarının qoxusuna çox həssas yanaşır. Amma bir neçə fərqli ətirli vasitədən istifadə edildikdə, paltarların qoxuları bir-biri ilə toqquşa bilər. Təmizlik eksperti Beki Rapinçuk (“Clean Mama”) bildirir: paltaryuyanı heç vaxt doldurmayın. Əks halda, paltarlar tam təmizlənmir, üstəlik, bir-birinə sürtünərək tez aşınır. Bu, həm də quruducu üçün keçərlidir.

Parçaları növünə görə ayırmamaq

Adətən paltarları rənginə görə ayırırıq. Amma parçaların növünə görə də ayırmaq faydalıdır. Məsələn, dəsmalları yalnız dəsmallarla, cinsləri cinslərlə, çarpayı dəstlərini isə oxşar parçalarla birlikdə yumaq lazımdır. Bu üsul həm parçaların daha yaxşı təmizlənməsini, həm də onların uzunömürlü olmasını təmin edir.

Çox yumaq və çox qurulamaq

Uzun yuma rejimlərindən sui-istifadə etmək olmaz. Bu, paltarların tez köhnəlməsinə səbəb olur.

Paltaryuyan maşını təmizləməmək

Çox adam paltaryuyanını təmizləməyi unudur. Ceymi Adams məsləhət görür: boş maşını qaynar su və bir stəkan ağardıcı ilə doldurun, bir saat saxlayın, sonra uzun yuma rejimi açın. Sonra eyni prosesi sirkə ilə də təkrarlayın. Əlavə olaraq rezin hissələri də silmək lazımdır.

Lazımsız yuma

Ekspertlər paltarların yalnız bir dəfə geyinildiyi üçün dərhal yuyulmasının vacib olmadığını bildirirlər. Əgər paltar təmizdirsə, sadəcə azacıq ütüləmək kifayətdir.

Ağ və rəngli paltarları qarışdırmaq

Klassik səhvlərdən biri də budur. Ağ paltarları tündlərdən uzaq saxlamaq lazımdır, xüsusən də yeni alınmış parçalardan boya çıxa bilər.

Paltarları dərhal yığmamaq

Paltarları yuyulandan dərhal sonra yığmaq lazımdır. Əks halda, qoxu qala bilər və nizam pozular. Yeni yuma prosesinə başlamazdan əvvəl əvvəlki paltarlarınızı yerinə yığmağı vərdiş edin.
 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:222
embedMənbə:https://lent.az
archiveBu xəbər 01 Oktyabr 2025 18:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see401

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see388

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see311

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see299

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see266

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see260

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see258

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see253

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see250

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see242

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see237

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see223

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see212

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see209

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see205

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see202

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see201

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see197

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see195

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri