Icma.az
close
up
RU
“Yana Leonova işi” İrəvanı zərbə altına salıb

“Yana Leonova işi” İrəvanı zərbə altına salıb

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ermənistan Rusiyaya sanksiyalardan yayınmaqda necə kömək edir?

Belarus vətəndaşı Yana Leonovanın ABŞ-da məhkum edilməsi Rusiyaya Qərb istehsalı olan təyyarə hissələrinin necə çatdırıldığı məsələsini yenidən gündəmə gətirib. ABŞ Ədliyyə Nazirliyinin məlumatına görə, Leonova Amerika istehsalı olan aviasiya hissələrinin ixracına qoyulan məhdudiyyətləri pozaraq onların Rusiyaya göndərilməsində iştirak edib. Buna görə o, 12 ay 1 gün həbs cəzası alıb.

Amma bu hadisənin maraqlı tərəfi heç də Leonovanın aldığı cəza deyil. Əsas sual başqadır. Bəs Qərbin Rusiyaya satışını qadağan etdiyi təyyarə hissələri Moskvaya necə çatdırılıb? ABŞ istintaqının məlumatına görə, Leonova və onunla əməkdaşlıq edən şəxslər məhsulları birbaşa Rusiyaya göndərməyiblər. Əvvəlcə üçüncü ölkələrə, o cümlədən Ermənistana çatdırılan aviasiya hissələri daha sonra vasitəçi şirkətlər vasitəsilə Rusiyaya göndərilib. Bu işdə yanlış məlumatlar göstərilən sənədlərdən və xarici bank hesablarından da istifadə olunub. Başqa sözlə, məhsulların əsl ünvanını gizlətmək üçün bir neçə mərhələdən ibarət təchizat yolu qurulub.

Məhkəmə materiallarında Ermənistan şirkətlərinin də bu prosesdə iştirakının qeyd olunması isə məsələyə xüsusi maraq yaradır. İndi əsas diqqət Ermənistanın bu ticarət zəncirindəki roluna və ölkə ərazisindən keçən mallara nəzarətin necə həyata keçirilməsinə yönəlir.

Sanksiyalardan yayınma yolu

ABŞ istintaqının məlumatına görə, Rusiyaya göndərilən məhsullar arasında “Airbus” təyyarələri üçün pilot kabinəsinin şüşələri, “Bombardier Global 6000” üçün meteoroloji radar və “Airbus A321” təyyarələrinin ehtiyat hissələri də olub.

Bəs bütün bunlar niyə baş verir? Bunun səbəbini 2022-ci ildən sonra yaranmış vəziyyətdə axtarmaq lazımdır. Rusiya-Ukrayna müharibəsindən sonra ABŞ və Avropa İttifaqı Rusiyaya qarşı geniş sanksiyalar tətbiq etdi. Bu məhdudiyyətlər Moskvanın Qərb texnologiyalarına çıxışını xeyli çətinləşdirdi. Xüsusilə “Airbus” və “Boeing” təyyarələrinin təmiri, ehtiyat hissələrinin alınması və aviasiya donanmasının işlək vəziyyətdə saxlanılması ciddi problemə çevrildi.

Bir tərəfdə Vaşinqton və Brüssel Rusiyanın Qərb texnologiyalarından istifadəsini məhdudlaşdırmağa çalışır, digər tərəfdə isə Moskva təyyarələrini havada saxlamaq üçün yeni yollar axtarır. Belə vəziyyətdə üçüncü ölkələr və vasitəçi şirkətlər ön plana çıxır. Mallar bir ölkədən digərinə göndərilir, araya yeni şirkətlər daxil olur, bəzən sənədlərdə son ünvan da fərqli göstərilir. Nəticədə, sanksiyalardan yan keçmək üçün imkan yaranır.

Ermənistanın adının bu prosesdə hallanması da təsadüfi deyil. Çünki məsələ sadəcə iki ölkə arasında ticarətdən ibarət deyil. Əsas sual Qərbin ixracına məhdudiyyət qoyduğu məhsulların Ermənistan üzərindən Rusiyaya çatdırılıb-çatdırılmamasıdır.

İrəvanın iki stulda oturmaq siyasəti

Ermənistanın xarici siyasətində maraqlı bir mənzərə yaranıb. İrəvan bir tərəfdən ABŞ və Avropa İttifaqı ilə yaxınlaşmağa, Qərbin dəstəyini qazanmağa çalışır, digər tərəfdən isə Rusiyadan iqtisadi asılılığını azaltmağa tələsmir.

Moskva hələ də Ermənistan üçün vacib tərəfdaşdır. Enerji, ərzaq, sənaye, logistika və ticarət sahələrində iki ölkənin əlaqələri kifayət qədər genişdir. Rusiya bazarı erməni şirkətləri üçün də böyük əhəmiyyət daşıyır. Buna görə də İrəvan nə Rusiya ilə iqtisadi körpüləri yandırmaq, nə də Qərblə münasibətlərini korlamaq istəyir.

Ancaq görünən odur ki, bu siyasəti davam etdirmək əvvəlki qədər asan deyil. Xüsusilə söhbət aviasiya hissələri, hərbi və ikili təyinatlı texnologiyalar kimi xüsusi nəzarət altında olan məhsullardan gedirsə, İrəvanın manevr imkanları daralır. “Yana Leonova işi” göstərir ki, ABŞ artıq yalnız Rusiyaya birbaşa məhsul göndərən şirkətləri deyil, bu işdə iştirak edən üçüncü ölkələrin vasitəçilərini də izləyir. Məhsulun başqa ölkədən keçirilməsi onun son təyinatını gizlətməyə və məsuliyyətdən yayınmağa imkan vermir. Leonovanın Fransada saxlanılaraq ABŞ-a ekstradisiya edilməsi də Vaşinqtonun bu məsələyə ciddi yanaşdığını göstərir.

Təhlükəli oyun

Ermənistan üçün təhlükə yalnız ayrı-ayrı şirkətlərin məhkəmə qarşısında cavab verməsi deyil. Belə hadisələr ölkənin beynəlxalq nüfuzuna da zərbə vurur. İrəvan Qərbdən investisiya, yeni texnologiyalar və siyasi dəstək gözləyirsə, həmin ölkələrin ixrac qaydalarının pozulmasına göz yummaqla bu məqsədlərə çata bilməz.

ABŞ və Avropa tərəfdaşları üçün də əsas sual getdikcə aydınlaşır: Ermənistan etibarlı ticarət tərəfdaşı olmaq istəyir, yoxsa Qərb məhsullarının Rusiyaya çatdırılmasında aralıq məntəqəyə çevrilir? Əlbəttə, bir məhkəmə işi əsasında bütövlükdə Ermənistan iqtisadiyyatına qiymət vermək olmaz. Ancaq belə faktlar ölkənin tranzit ticarətinə və ixrac nəzarətinə dair ciddi suallar yaradır. Əgər bu cür hallar davam edərsə, Ermənistanın Qərb bazarlarına çıxışı, xarici investisiyaların cəlbi və beynəlxalq tərəfdaşları ilə münasibətləri bundan zərər görəcək.

“Yana Leonova işi”, əslində, daha böyük mübarizənin kiçik hissəsidir. Rusiya Qərb texnologiyalarına çıxış yollarını qorumağa çalışır, ABŞ isə bu yolları bağlamaq üçün təchizat zəncirinin hər halqasını izləyir. Artıq bu mübarizədə yalnız Moskva və Vaşinqton deyil, üçüncü ölkələrdəki şirkətlər də diqqət mərkəzindədir. İrəvan isə çətin vəziyyətdə qalıb. O, Rusiya ilə iqtisadi əlaqələri qorumaq istəyir, Qərbin etimadını da itirmək niyyətində deyil. Ancaq bir həqiqət var: tranzit ölkə olmaq iqtisadi üstünlükdür, sanksiyalardan yayınmaq üçün bu imkandan istifadə etmək isə ciddi riskdir.

Beləliklə, “Yana Leonova işi” Ermənistana bir daha göstərdi ki, beynəlxalq ticarətdə hər şey malın hansı ölkədən keçməsindən asılı deyil. Əsas məsələ onun son olaraq hara və kimə çatdırılmasıdır. Tranzit və təkrar ixrac ölkə iqtisadiyyatı üçün əlavə gəlir və yeni imkanlar yarada bilər. Ancaq bu imkanlardan sanksiyalardan yayınmaq, məhsulların əsl alıcısını və təyinatını gizlətmək üçün istifadə olunarsa, vəziyyət dəyişir. Çünki beynəlxalq ticarətdə şəffaflıq və etibarlılıq iqtisadi qazanc qədər vacibdir. Ermənistan bu amilləri nəzərə almasa, bu gün əldə etdiyi qısamüddətli gəlirin əvəzini sabah daha böyük siyasi, iqtisadi və maliyyə itkiləri ilə ödəyə bilər.

Pünhan ƏFƏNDİYEV
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:84
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 31 Oktyabr 2026 15:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see339

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see310

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see299

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see290

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see271

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see264

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see260

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see258

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see235

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see229

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see227

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see222

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see212

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see205

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see203

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see198

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see195

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see189

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see186

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri