Icma.az
close
up
RU
Pan Afrika Parlamenti ilə əməkdaşlıq genişləndirilir: CAR da mühüm görüş

Pan Afrika Parlamenti ilə əməkdaşlıq genişləndirilir: CAR da mühüm görüş

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Azərbaycanın Cənubi Afrika Respublikasındakı səfiri Hüseyn Rəhimli qərargahı CAR-ın Midrand şəhərində yerləşən Pan Afrika Parlamentinin (PAP) prezidenti Fateh Boutbig ilə görüşüb.

Görüşdə PAP prezidenti təyin olunması münasibətilə F.Boutbigi təbrik edən səfir ona gələcək fəaliyyətində, o cümlədən Azərbaycan Milli Məclisi ilə rəhbərlik etdiyi qurum arasında əlaqələrin möhkəmləndirilməsi və əməkdaşlığın genişləndirilməsi istiqamətində uğurlar diləyib. O qeyd edib ki, Milli Məclis Afrika ölkələri parlamentləri ilə həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığın daha da gücləndirilməsinə xüsusi əhəmiyyət verir. Bu baxımdan, tərəfdaşlığımızı daha da genişləndirmək üçün böyük potensial mövcuddur. Hüseyn Rəhimli Milli Məclis ilə PAP arasında əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsinin parlamentlərarası dialoqa müsbət töhfə verə biləcəyini deyib. Xüsusilə də Qoşulmama Hərəkatı çərçivəsində münasibətlərin gücləndirilməsinin parlamentlərarası əməkdaşlıq üçün mühüm əhəmiyyət kəsb edən beynəlxalq məsələlərdə mövqelərin qarşılıqlı dəstəklənməsinin bariz nümunəsi olduğunu vurğulayıb.

F.Boutbig qeyd edib ki, PAP-ın həm Azərbaycan Respublikasının Milli Məclisi, həm də Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi ilə daha sıx əməkdaşlığı parlament diplomatiyasının əsas məqsədləri olan dialoq, həmrəylik və kollektiv fəaliyyətin təşviqinə mühüm töhfə verə bilər. O, həmçinin S.Qafarovanın dəvəti qəbul edərək cari il iyulun 31-dən avqustun 1-dək Cənubi Afrika Respublikasında keçiriləcək Afrika milli və regional parlament rəhbərlərinin toplantısında iştirakını yüksək qiymətləndirib. Bunun Milli Məclis ilə PAP arasında mövcud əməkdaşlığın daha da genişlənməsi üçün əhəmiyyətli imkanlar yaradacağını bildirib.

Görüş zamanı ölkəmizdə həyata keçirilən demokratik, hüquqi və iqtisadi islahatlar, Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Zəfərdən sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri, müasir sosial-mədəni infrastrukturun yaradılması, kommunikasiya və nəqliyyat xətlərinin bərpası, eləcə də Azərbaycanın üzləşdiyi mina təhlükəsi və minalanmış ərazilər problemi barədə ətraflı məlumat verilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 24 İyul 2026 15:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see370

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see346

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see340

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see321

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see274

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see273

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see260

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see247

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see226

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see223

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see222

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see218

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see217

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:10see216

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see216

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see210

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see203

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see202

Gizli toy və atılmış qız: Müslüm Maqomayevin həyatından az adamın bildiyi faktlar

31 Oktyabr 2026 20:16see196

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri