Icma.az
close
up
RU
Menu

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

İsrailə yeni qırıcılar verildi

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

Pan Avropa enerji təchizatçısı

Pan Avropa enerji təchizatçısı

Icma.az xəbər verir, Yeniazerbaycan saytına əsaslanaraq.

Azərbaycan Avstriya və Almaniyaya qaz nəqlinə başlamaqla TAP kəmərinin Qərbi Avropaya keçidini təmin edib

Azərbaycan etibarlı və sadiq qaz təchizatçısı kimi həcm və coğrafiya baxımından yanacaq ixracını artırmaqdadır. Respublikamızın yürütdüyü enerji siyasəti birbaşa yaxın tərəfdaşlıq və həmrəylik konseptinə əsaslandığından enerji sıxıntısı ilə üzləşən ölkələrə dəstək göstərilməsi xüsusi diqqətdə saxlanılır. Bu, ötən illər ərzində qonşu Gürcüstanın, Ukrayna, Belarus və digər dövlətlərin timsalında özünü təsdiqləyib.  Ölkəmizin şaxələndirilmiş boru kəməri sistemi və etibarlı təchizatçı statusu bir çox ölkələrin enerji təhlükəsizliyində mühüm rol oynamaqdadır.

Suriyanı enerji böhranından qurtaran dövlət

Ötən il Azərbaycan Suriyada geoiqtisadi tablonu nəzərə olaraq bu ölkənin də enerji problemlərinin həllinə dəstək göstərən ilk dövlətlərdən biri oldu. Bu ölkədə yaranmış enerji böhranını aradan qaldırmaq üçün öz dostluq əlini uzadan Azərbaycan Suriyaya qaz ixrac etməklə Yaxın Şərq bölgəsində də etimadlı təminatçıya çevrildi. Bu addım xarici enerji koalisiyası tərəfindən də yüksək dəyərləndirildi və ildə 1 milyard kubmetr həcmində Suriyaya ötürülən qazın həmin ölkə üçün həyati vacib əhəmiyyəti alqışlandı.

Çünki Azərbaycan qazının Suriyaya nəqli təkcə iqtisadi deyil, həm də geosiyasi məsələdir. Suriyanın qaz nəqli şəbəkəsi “Ərəb qaz şəbəkəsi” adlandırılan sistemə qoşulub, bu şəbəkəyə Suriya, Livan, İordaniya və Misir daxildir. Bu isə o deməkdir ki, Azərbaycanın qazı bu ölkələrin hamısına ixrac edilə bilər və körfəz dövlətləri blokunda yeni enerji alyansı formalaşması qaçılmazdır.

Ukraynanın enerji təminatçısı

Azərbaycanın enerji böhranından çıxardığı ölkələrdən biri də Ukraynadır. Ötən il Ukraynanın “Naftogaz” Şirkətlər Qrupu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) qrupuna daxil olan “SOCAR Energy Ukraine” şirkəti ilə Azərbaycan təbii qazının alınması haqqında imzalanmış müqaviləyə əsasən, ilk dəfə Azərbaycan qazının Bolqarıstan-Rumıniya-Ukrayna dəhlizi üzərindən Transbalkan marşrutu ilə sınaq tədarükünə başlanılıb. Rus qazının tranziti dayandığından Ukraynanın qazpaylayıcı sistemi işləksiz qaldığı halda tamamilə iflic ola bilərdi və Azərbaycan Bolqarıstan-Rumıniya-Ukrayna dəhlizi üzərindən Transbalkan marşrutu ilə sınaq tədarükü həyata keçirməklə Ukraynanın enerji infrastrukturunu sıradan çıxmaqdan xilas edib.

Azərbaycan bu nümunəvi addımı ilə bir daha sübut edir ki, regionda əsil enerji əməkdaşlığı və dostluğu halqası yaradan qüdrətli dövlətdir. Bunu mühüm hadisə kimi dəyərləndirən “Naftogaz”ın baş direktoru Sergey Koretski bildirib ki, qaz tədarükü həcm baxımından kiçik olsa da, strateji cəhətdən mühüm addımdır və uzunmüddətli əməkdaşlığa yol açır.

Qazın nəql edildiyi 16 ölkənin 12-si Avropa ölkəsidir

Beləliklə, Azərbaycan qaz istehsalının həcmi artdıqca enerji həmrəyliyinin halqasını böyüdərək digər ölkələrin də yanacaq sıxıntılarını həll etməyə çalışır. Enerji siyasətində başlanmış yeni mərhələ sayəsində ölkəmiz enerji diplomatiyasında coğrafi və geosiyasi şaxələnməni genişləndirir, hər il ən azı 2 ölkəyə əlavə qaz nəql edir. Ötən gün Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən Avstriya və Almaniyaya qaz tədarükünə başlanması bu coğrafi əhatəni bir qədər də genişləndirərək qazın birbaşa Qərbi Avropaya qədər nəqlinə səbəb olur. Belə ki, SOCAR Cənub Qaz Dəhlizinin Avropa seqmenti olan Trans-Adriatik Qaz Boru Kəməri (TAP) vasitəsilə nəql edilən əhəmiyyətli həcmdə qazın Cənubi və Mərkəzi Avropa bazarlarından Qərbi Avropaya keçidini də təmin edib.

Bu ixrac addımı sayəsində Azərbaycan qazını alan ölkələrin sayı 16-ya çatmış olur. Həmin ölkələrin 12-si birbaşa Avropa İttifaqı (Aİ) ölkələridir. Bu isə Azərbaycanın Avropa regionunda ən güclü təchizatçı və Pan-Avropa təminatçısı olduğunu bir daha təsdiqləyir.

Aİ bölgəsinə qaz ixracı 20 milyard kubmetrə çatacaq

Hazırda Azərbaycan 25 milyard kubmetrdən çox qaz ixrac edir və yanacağın nəqli dayanmadan artır. Ötən il ölkəmizdə 51,5 milyard kubmetr təbii qaz hasil edilib ki, bu da 2024-cü illə müqayisədə 1,2 milyard kubmetr və ya 2,4 faiz çoxdur. Hasilatın 14,1 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”nin, 27,9 milyard kubmetri “Şahdəniz”in, 1,6 milyard kubmetri “Abşeron” yatağının, 7,9 milyard kubmetri isə SOCAR-ın payına düşüb. Həmin dövrdə qaz ixracı 25,2 milyard kubmetr təşkil edərək 2024-cü ildəki səviyyə ilə eyni qalıb. Qaz ixracının 12,8 milyard kubmetri Avropaya (0,78 faiz azalma), 9,6 milyard kubmetri Türkiyəyə (3,03 faiz azalma) (o cümlədən TANAP-la 5,6 milyard kubmetr), 2,3 milyard kubmetri Gürcüstana (4,17 faiz azalma), 0,5 milyard kubmetr isə Suriyaya ixrac edilib.

Azərbaycanda qaz hasilatında əsas mənbə olan “Şahdəniz -2” layihəsi üzrə hasilat hər il artır və təkcə bu mənbədən hazırda illik 16 milyard kubmetr qaz istehsal edilir. “Şahdəniz”in əlavə ehtiyatlarından başqa Xəzərdə kəşf edilmiş “Abşeron” və “Ümid” yataqları, “Azəri-Çıraq-Günəşli” yataqlar blokundakı dərin qaz ehtiyatları, olduqca perspektivli “Şəfəq-Asiman”, “Babək”, “Zəfər-Məşəl” və başqa strukturlar da ölkəmizin potensialının artmasında mühüm rol oynamaqdadır. Əsas perspektivli yataqlardan biri olan “Abşeron” yatağında da hasilatın həcmində əhəmiyyətli artımlar müşahidə edilməkdədir. 2025-ci ildə bu yataqdan 1,5 milyard kubmetrdən çox qaz hasil edilib ki, bu, əvvəlki illə nisbətdə 2 dəfəyə yaxın artım deməkdir. Yataqda 350-360 milyard kubmetr qaz ehtiyatları ehtimal edilir.

Mövcud proqnozlara görə, 2026-2028-ci illərdə ölkəmizin Avropa regionuna ixracı 20 milyard kubmetrə çata bilər. Növbəti illərdə ixracın artırılması üçün digər mənbələr də səfərbər olunacaq. Bu isə “Azərbaycan və Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu”nda nəzərdə tutulmuş hədəflərə çatmağı təmin edəcək.

Mərkəzi Asiya ölkələri TAP-a qoşula bilər

Xəzər regionuna zəngin yanacaq mənbəyi kimi xüsusi önəm verən Avropa İttifaqı məhz Azərbaycanın liderliyi sayəsində bölgənin digər ölkələrini - Türkmənistan, Özbəkistan və Qazaxıstanın da Cənub Qaz Dəhlizinə qoşulmasnı və bununla da təkcə bu mənbədən Avropaya illik 100 milyard kubmetrə yaxın qaz nəqlinin əldə olunmasına çalışır. Aİ Mərkəzi Asiya-Xəzər regionlarından çoxşaxəli qaz nəqli tranziti şəbəkəsi yaratmaq niyyətindədir. Mərkəzi Asiyanın ehtiyatlarının Avropa bazarına çatdırılması istisna deyil. Türkmənistan qazının Avropaya nəqli üçün Azərbaycanın müəllifi olduğu TAP kəməri və Cənubi Qaz Dəhlizi maşrutu mövcuddur və işləkdir. Türkmən qazını bu dəhlizə cəlb edərək Avropaya çatdırmaq üçün hüquqi mexanizm və beynəlxalq sazişlər olmalıdır ki, hazırda bu istiqamətdə də hüquqi-iqtisadi təminatlar yaradılır.

Beləliklə, Xəzər bölgəsində qaz ixracını artırması Azərbaycan Avropa və dünya enerji bazarında qaz ixracını böyütməklə regionun ən qüdrətli təchizatçısına çevirəcək. Bu amil isə Azərbaycan və Avropa İttifaqı ölkələri arasında iqtisadi və siyasi münasibətlərin də gündəliyini yeniləməklə sıx əməkdaşlıq platformasını möhkəmləndirəcək.

ELBRUS CƏFƏRLİ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:69
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 20 Yanvar 2026 10:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see305

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see216

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see193

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see187

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see178

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see173

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see173

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see166

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see156

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see156

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see155

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see153

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see153

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see150

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see148

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see145

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see142

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see140

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see137

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri