Icma.az
close
up
RU
Papa XIV Leo süni intellektin uşaqların intellektual və mənəvi inkişafına təsirindən danışıb

Papa XIV Leo süni intellektin uşaqların intellektual və mənəvi inkişafına təsirindən danışıb

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 20 iyun, AZƏRTAC

Papa XIV Leo dünya ictimaiyyətinə müraciətində xəbərdarlıq edib ki, süni intellekt gənclərin intellektual, nevroloji və mənəvi inkişafına mənfi təsir göstərə bilər.

AZƏRTAC “Associated Press” agentliyinə istinadla xəbər verir ki, Roma Papası Müqəddəs Taxt-Tacın yeni texnologiyalara və onların bəşəriyyət üçün nə demək olduğuna dair narahatlığının əlaməti olaraq cümə günü, iyunun 20-də bir hissəsi Vatikanda baş tutan süni intellekt və etika konfransına müraciət göndərib.

Pontifik bildirib ki, süni intellektin sonrakı inkişafı dünya əhalisinin müxtəlifliyinə hörmətlə yanaşılmaqla hər bir insanın ləyaqətini qorumaq ehtiyacının “üstün etik meyar”ına uyğun olaraq qiymətləndirilməlidir. O, xəbərdarlıq edib ki, bəşəriyyət heç vaxt informasiyaya bu qədər sürətli çıxış əldə etmədiyi üçün yeni nəsil böyük risk altındadır. Roma Papası qeyd edib: “Həqiqi müdriklik məlumatların mövcudluğu ilə deyil, həyatın əsl mənasını dərk etməklə daha çox bağlıdır”.

Papa Fransiskin vəfatından sonra may ayında Katolik kilsəsinin rəhbəri seçilən Leo süni intellektin insan ləyaqətini, ədalətini və əməyini müdafiə etmək üçün problemlər yaratdığını qeyd edərək bəşəriyyətin üzləşdiyi ən kritik məsələlərdən biri olduğunu bildirib. O, süni intellektlə bağlı narahatlığını öz adaşı - Papa XIII Leoya istinadla izah edib. Həmin Leo Sənaye İnqilabının şəfəqində Vatikana başçılıq edib və işçilərin acınacaqlı vəziyyətini, onların hüquq və ləyaqətini təmin etmək ehtiyacını əsas prioritet kimi irəli sürüb.

Fransisk həyatının sonuna yaxın süni intellektin bəşəriyyət üçün yaratdığı təhlükələr haqqında getdikcə daha çox çıxış edib səsləndi və onu tənzimləmək üçün beynəlxalq müqavilənin imzalanmasına çağırıb. O bildirib ki, siyasətçilər süni intellektin insan mərkəzli qalmasına əmin olmaq üçün liderlik etməlidirlər ki, silahların və ya daha az öldürücü alətlərin nə vaxt istifadə ediləcəyi ilə bağlı qərarlar həmişə maşınlar deyil, insanlar tərəfindən qəbul edilsin.

Roma Papası müraciətində deyib: “Əminəm ki, hər birimiz uşaqlar və gənclərin süni intellektdən istifadəsinin onların intellektual və nevroloji inkişafı üçün mümkün nəticələrindən narahatdır. Cəmiyyətin rifahı, onlara Tanrı tərəfindən verilmiş qabiliyyətləri inkişaf etdirmək bacarığından və məlumat əldə etməyi zəka amili ilə qarışdırmağa imkan verməməsindən asılıdır”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:48
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 İyun 2025 17:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see193

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see163

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see161

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see150

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see149

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see147

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see146

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see145

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see144

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see144

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see142

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see136

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see135

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see134

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see132

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see132

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see132

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see132

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see130

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri