Icma.az
close
up
RU
“Parağaçay” filiz yataqlarında qiymətləndirmə işləri həyata keçirilir

“Parağaçay” filiz yataqlarında qiymətləndirmə işləri həyata keçirilir

Icma.az, Sia Az portalına istinadən məlumat yayır.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” çərçivəsində Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən bir sıra işlər həyata keçirilir.

SİA-nın məlumatına görə, Nazirliyin mətbuat xidmətindən bildirilib ki, faydalı qazıntı yataqlarına beynəlxalq qiymətləndiricilər tərəfindən ilk dəfə olaraq rəy verilməsi və bu sahədə geoloji-kəşfiyyat işlərinin aparılması məqsədilə Türkiyənin Maden Tetkik və Genel Arama Müdürlüyü (MTA) ilə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi arasında bağlanan müqaviləyə uyğun olaraq, fərqli sahələr üzrə ixtisaslaşmış mütəxəssislər beynəlxalq qiymətləndirmə işləri ilə bağlı Naxçıvana ezam olunublar. Beynəlxalq qiymətləndirmə işləri “Gümüşlü”, “Qapıcıq” və “Parağaçay” filiz yataqlarında həyata keçirilir.

Qeyd edək ki, MTA-nın mütəxəssisləri Geologiya və Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin mütəxəssisləri ilə birlikdə qarşıda duran məsələlər, Agentliyin laboratoriyasında Türkiyədən gəlmiş laborantlarla geoloji sınaqların təhlil edilməsi, laborator analizlərin daha mötəbər aparılması istiqamətində işləri icra edirlər. Mütəxəssislər tərəfindən kameral mərhələdə xəritələr üzərində müzakirələr aparıldıqdan sonra "Gümüşlü" yatağında ilkin çöl işlərinə başlanılıb. Çöl işlərinin ilkin mərhələsində qazılacaq buruq quyularının yeri müəyyənləşdiriləcək, xəritəalma işlərinin aparılmasına dair istiqamət müəyyən ediləcək.

Məlumat üçün bildirək ki, beynəlxalq və yerli təcrübələrdə filiz yataqları üzrə geoloji-kəşfiyyat işlərindən sonra beynəlxalq qiymətləndirici təşkilatlar tərəfindən ekspert rəyi alınır və bu rəy əsasında faydalı qazıntı yatağının ehtiyatları müvafiq kateqoriyalarla kondisiyaların tələblərinə uyğun təsdiqlənir. Rəydə gələcəkdə daha mötəbər, müasir tələblərin dəyişməsi ilə əlaqədar dəqiq geoloji-kəşfiyyat işlərinin aparılması istiqamətində tövsiyələrin verilməsi, ehtiyatı iqtisadi cəhətdən səmərəli hesab edilən yataqlar üzrə istismara dair məsləhətlərin verilməsi məsələləri qeyd olunur. Bu layihənin icrası Naxçıvan Muxtar Respublikasında dağ-mədən sənayesinin inkişafına, yeni iş yerlərinin yaradılmasına, nəticədə əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına və rezervlərin artmasına töhfə verəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://sia.az
archiveBu xəbər 21 Fevral 2025 18:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see279

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see260

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see232

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see211

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see203

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see181

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see175

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see172

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see162

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see162

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see157

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see150

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see149

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see145

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see145

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see144

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see144

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see143

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see142

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri