Icma.az
close
up
RU
Paralimpiya Oyunlarının qızıl medalçısı: Lamiyə Vliyeva barədə VİDEOÇARX hazırlanıb

Paralimpiya Oyunlarının qızıl medalçısı: Lamiyə Vliyeva barədə VİDEOÇARX hazırlanıb

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

T13 kateqoriyasında  çıxış edən Azərbaycan paraatleti, 2020-ci ildə Yaponiyanın Tokio şəhərində baş tutan XVI Yay Paralimpiya Oyunlarında qızıl və gümüş medallara, XVII Yay Paralimpiya Oyunlarında isə ikinci dəfə qızıl medala sahib olan Lamiyə Vəliyeva barədə videoçarx hazırlanıb. 

“Cebheinfo.az” xəbər verir ki, 2015-ci ildə Konya şəhərində beynəlxalq turnirdə 100 metr məsafəyə qaçışda turnirin qalibi olub.
2016-cı ildə Belarusda beynəlxalq turnirdə 60 metr məsafəyə qaçışda beşinci pillənin sahibi olan Lamiyə Vəliyeva 2017-ci ildə isə

Macarıstanda XIV Avropa Yeniyetmələrinin Yay Olimpiya Festivalında mübarizə aparıb.
2018-ci ilin yanvar ayında 400 metr məsafəyə qaçışda şəhər çempionatının qalibi oldu, fevral ayında isə Belarusda beynəlxalq turnirdə bürünc medal qazandı. 2018-ci ildə U-18 Avropa Çempionatında mübarizə aparan Lamiyə Vəliyeva, 2019-cu ildə növbəti dəfə şəhər çempionatının qalibi oldu.

2019-cu ilin iyun ayında o, 200 və 400 metr məsafələrə qaçışda U-18 Azərbaycan Çempionatının qalibi oldu. İyun ayında XV Avropa Yeniyetmələrinin Yay Olimpiya Festivalında çıxış edib.

2021-ci ilin yanvar ayında Lamiyə Vəliyeva 100 və 200 metr məsafələrə qaçışda Azərbaycan Çempionatının qızıl medallarına sahib olub. 2021-ci ilin avqustunda isə Lamiyə Vəliyeva XVI Yay Paralimpiya Oyunlarında mübarizə aparıb.

Lamiyə Vəliyeva müsahibələrinin birində deyib:

"Azərbaycana qızıl medal qazandırdığım üçün şadam. Özümlə fəxr edirəm. Rəqiblərim çox güclü idi. Mən buna hazır idim. Ona görə də qalib gəldim. Bu hələ başlanğıcdır”.

Azərbaycan Prezidenti İlham Əliyevin 6 sentyabr 2021-ci il tarixli Sərəncamına əsasən XVI Yay Paralimpiya Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Lamiyə Rövşən qızı Vəliyeva 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Lamiyə Vəliyeva 2023-cü ildə Fransanın Paris şəhərində baş tutan Dünya Çempionatında 2 qızıl medala sahib olub. 2024-cü ildə isə o, Yaponiyanın Kobe şəhərində keçirilən Dünya Çempionatında 2 qızıl medal qazanıb və bu, onun 4-cü dünya çempionluğu olmuşdur.
Vəliyeva 2024-cü ildə Paris şəhərində keçirilən Yay Paralimpiya Oyunlarının final mərhələsində 100 metr məsafəni 11,76 saniyəyə qət edərək 2-ci dəfə Paralimpiya çempionu olub. O, həmçinin bu göstərici ilə Rio-2016 Paralampiyasında 11,79 saniyəlik nəticə ilə ən yaxşı göstəriciyə malik olan Leyla Acametovanı qabaqlayaraq yeni dünya rekordunu müəyyənləşdirib. Lamiyə Vəliyeva XVII Yay Paralimpiya Oyunlarındakı yüksək nailiyyətlərinə və Azərbaycan idmanının inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 10 sentyabr 2024-cü il tarixli sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif edilib. Prezidentin eyni tarixli sərəncamı ilə o, həmçinin Paralimpiya Oyunlarında birinci yeri tutduğuna görə 200 000 və ikinci yeri tutduğuna görə 100 000 manat pul mükafatı ilə mükafatlandırılıb.

“Cebheinfo.az”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:150
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 16 Mart 2025 12:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Onların da amnistiyaya düşməsini istərdim” Novella Cəfəroğlu

15 Dekabr 2025 17:00see241

Meksikada hava limanı yaxınlığında təyyarə qəzaya uğrayıb

16 Dekabr 2025 02:19see225

Rəqsanənin qızının əl ələ görüntüləndiyi müğənni KİMDİR? VİDEO

16 Dekabr 2025 14:45see217

Rusiya Milad bayramında da döyüşmək istəyir

16 Dekabr 2025 19:38see199

Elektron siqaretin cəmi üç gün istifadəsi ilə yaranan böyük təhlükə

15 Dekabr 2025 17:19see169

Aİ Rusiyadan qaz alışını 2% dən çox azaldıb

16 Dekabr 2025 14:58see151

ABŞ dan Ankara və İrəvan açıqlaması: Zəngəzura işarə edildi

15 Dekabr 2025 22:52see147

2025 ci ildə ən çox buna pul xərcləmişik

15 Dekabr 2025 19:25see144

Daha beş tibb müəssisəsində ilkin dializ kateterinin qoyulması xidməti təşkil ediləcək

15 Dekabr 2025 19:12see140

İranda yeni türk əyaləti yarana bilər Kampaniya başladı

16 Dekabr 2025 15:43see140

İlham Əliyevin amnistiya təşəbbüsü humanizm və sosial ədalət prinsiplərinə sadiqliyin göstəricisidir

15 Dekabr 2025 20:55see139

Anasını qızıl tabutda dəfn etdi Video

16 Dekabr 2025 06:40see137

Premyer Liqa: “Neftçi” “Sumqayıt”la heç heçə etdi

15 Dekabr 2025 21:07see136

Elşad Xose Oksananı döyməsindən və narkotikdən danışdı (VİDEO MÜSAHİBƏ)

16 Dekabr 2025 05:14see136

Bu universitetin əməkdaşlarına pul mükafatı verildi KONKRET

15 Dekabr 2025 13:47see135

Korrupsiya və əxlaq PARADOKSU Qarayevlərin biznes imperiyası SİYAHI

16 Dekabr 2025 09:01see134

Dağlarda qar, yollarda buzlanma gözlənilir rəsmi xəbərdarlıq

15 Dekabr 2025 15:27see133

Münaqişənin həllinə həmişə olduğundan daha yaxınıq Tramp

16 Dekabr 2025 00:31see128

“DTX nin keçirdiyi əməliyyatlar digərləri üçün növbəti xəbərdarlıqdır”

15 Dekabr 2025 17:13see127

Neftçilər xəstəxanasında ÖLÜM Anası böyrəyini verdi, həkimlər isə öldürdü FOTO

17 Dekabr 2025 02:24see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri