Icma.az
close
up
RU
Menu

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

Bankların keşbek faizləri Yanvar 2026

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

Qızılın bahalaşması davam edir

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

Paris Moskva münasibətləri kəskinləşir: 2030 a qədər müharibə ola bilər? ŞƏRH

Paris Moskva münasibətləri kəskinləşir: 2030 a qədər müharibə ola bilər? ŞƏRH

Icma.az, Turkstan.az portalına istinadən məlumatı açıqlayır.

Fransa ilə Rusiya arasında münasibətlər son dövrlər ciddi şəkildə gərginləşib. Fransanın Ukraynaya açıq dəstəyi Moskvanın narazılığına səbəb olur və tərəflər arasında sərt bəyanatlar artır.

Bəzi Fransa generalları hətta 2030-cu ilə qədər iki ölkə arasında müharibə ehtimalını istisna etmirlər.

Fransa Baş Qərargah rəisinin “övladlarınızı itirməyə hazır olun” sözləri isə ölkədə və beynəlxalq mediada böyük rezonans yaradıb. Bu açıqlama Fransanın təhlükəsizlik risklərini ciddi qəbul etdiyini və Avropadakı vəziyyətin sabitsiz olduğunu göstərən siqnal kimi dəyərləndirilir.

Bütün bu proseslər fonunda əsas sual açıq qalır: Rusiya ilə Fransa arasında real hərbi qarşıdurma mümkündürmü? Turkustan.az olaraq bu sualı politoloq Züriyə Qarayevaya ünvanladıq.

Züriyə Qarayeva

Fransa Baş Qərargah rəisinin “övladlarınızı itirməyə hazır olun” sözləri Avropada getdikcə dərinləşən təhlükəsizlik narahatlığının dramatik ifadəsidir. Bu bəyanat birbaşa müharibə anonsu kimi səslənsə də, əslində daha geniş geosiyasi kontekstdən doğur: Avropa artıq Rusiya ilə münasibətlərdə 1990-cı illərin təhlükəsizlik illüziyasını itirib və 2030-a qədər qarşıdurmanın daha kəskin mərhələsinə qədəm qoyacağını anlayır. Fransa da bu prosesin mərkəzində duran ölkələrdən biridir.

Rusiya Ukraynada müharibəni dayandırmadan davam etdirir, hərbi sənayesini sürətlə genişləndirir və Avropanın enerji, infrastruktur və informasiya təhlükəsizliyinə yönəlmiş təzyiq alətlərini artırır. Kreml Fransanı da “düşmən kampı”nın əsas üzvlərindən biri kimi görür. Paris isə həm Ukraynaya böyük miqyaslı hərbi dəstək verir, həm də Baltik və Qara dəniz regionlarında NATO əməliyyatlarının aparıcı iştirakçılarındandır. Bu vəziyyət iki ölkəni dolayı şəkildə toqquşmanın mərkəzinə gətirir və Fransada hərbi-siyasi elita bunu açıq şəkildə etiraf etməyə başlayıb.

Bununla belə, Fransa ilə Rusiya arasında klassik, genişmiqyaslı birbaşa müharibə ehtimalı hələ də aşağıdır. Hər iki ölkə nüvə dövlətidir və Fransa NATO-nun tamhüquqlu üzvüdür. Bu amillər qəsdən və geniş eskalasiyanın qarşısını alan əsas çəkindirici mexanizmlərdir. Parisdə də, Moskvada da yaxşı bilirlər ki, birbaşa müharibə bütün Avropa üçün fəlakət və nəzarətsiz nüvə riskləri deməkdir. Ona görə real təhlükə daha çox “boz zona” adlandırılan qeyri-klassik qarşıdurma müstəvisindədir: kiberhücumlar, sabotaj, təxribatlar, dəniz və hava məkanında insidentlər, Afrikada və Yaxın Şərqdə dolayısı toqquşmalar.

Fransanın generalları 2030 tarixini təsadüfən dilə gətirmir. Bu, Rusiyanın yenidən silahlanmasını tamamlamağı planlaşdırdığı dövr, eyni zamanda Avropanın müdafiə sistemlərinin yenilənməsi üçün nəzərdə tutulan zamandır. Yəni iki tərəfin də hərbi-strateji hazırlıq dövrü eyni nöqtədə kəsişir. Buna görə Fransa hərbi elitası cəmiyyəti indidən “psixoloji və siyasi sərtliyə” hazırlaşdırmağa çalışır. Onların fikrincə, Avropa iyirmi il ərzində ilk dəfə real təhlükə ilə üz-üzədir və bu risk həm iqtisadi fədakarlıq, həm də potensial itkilər demək ola bilər.

Nəticə olaraq, Fransa–Rusiya müharibəsi “qaçılmaz” deyil, amma heç “mümkün deyil” demək də doğru olmaz. Risk genişmiqyaslı müharibədən çox, idarəolunmayan eskalasiya, yəni lokal hadisədən böyüyən gərginlik ssenarisindədir. Generalın sərt açıqlaması isə həm Parisin öz cəmiyyətinə, həm də Moskvaya ünvanlanmış siqnaldır: Avropa artıq əvvəlki kimi arxayın deyil və ehtimal olunan ən pis ssenariyə hazırlaşmağa başlayır. Bu, müharibə çağırışı yox, təhlükəsizliyin dəyişən reallığının etirafıdır.

Aytən Yaşar/ Turkustan.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 21 Noyabr 2025 21:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see416

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see190

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see182

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see161

Bankların keşbek faizləri Yanvar 2026

05 Yanvar 2026 14:11see158

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see157

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see157

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see154

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see152

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see150

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see150

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see149

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see148

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see144

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see143

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see141

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

05 Yanvar 2026 18:50see139

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

05 Yanvar 2026 16:10see137

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see137

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri