Icma.az
close
up
RU
Parisdə “Gizli ölüm toxumları” kitabının təqdimatı olub

Parisdə “Gizli ölüm toxumları” kitabının təqdimatı olub

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Paris, 16 iyun, AZƏRTAC

Azərbaycanın Fransadakı səfirliyinin və bu ölkədə fəaliyyət göstərən Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının (ADFA) birgə təşkilatçılığı, “PAŞA Həyat Sığorta” ASC-nin dəstəyi ilə “İRS” Nəşriyyat Evinin dərc etdiyi “Gizli ölüm toxumları” kitabının təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, səfirliyin Parisdəki Mədəniyyət Mərkəzində keçirilən tədbirdə “İRS” Nəşriyyat Evinin baş redaktoru, ANAMA yanında İctimai Şuranın üzvü Musa Mərcanlı çıxış edərək kitab haqqında ətraflı məlumat verib. O bildirib ki, ötən əsrin 90-cı illərin əvvəlində müstəqilliyini bərpa etmiş Azərbaycan qonşu dövlətin hərbi təcavüzü ilə üzləşib. Keçmiş Qarabağ münaqişəsi barədə məlumat verən baş redaktor 5 il əvvəl torpaqlarımızın işğaldan azad edildiyini söyləyib.

O, “İRS” nəşriyyat evinin hazırladığı “Gizli ölüm toxumları” kitabını təqdim edərək, münaqişənin mənfi nəticələrinin hələ də davam etdiyini, günahsız insanların həyatlarını itirdiyini deyib. İşğaldan azad olunmuş torpaqlarda quruculuq işlərinin başladığını vurğulayan M. Mərcanlı qeyd edib ki, işğal dövründə ermənilər tərəfindən Azərbaycanın Qarabağ bölgəsində 1,5 milyon mina basdırılıb. Bu gün insanların doğma torpaqlara qayıdışına ən böyük əngəl mina problemidir. Bildirilib ki, Ermənistanın hələ də dəqiq mina xəritələrini təqdim etməyib. Hazırda genişmiqyaslı quruculuq işləri aparılan bu torpaqlarda işğal dövründə Ermənistan tərəfindən basdırılmış minalar mülki şəxslərin həyatına təhlükə olaraq qalmaqda davam edir.

Diqqətə çatdırılıb ki, nəşrdə yer alan fotolar mülki insanların üzləşdikləri mina fəlakətini aydın şəkildə əks etdirir. Bu gün mina qurbanlarının sayı 500-ə yaxındır.

ANAMA yanında İctimai Şuranın üzvü insanları bu fəlakətə biganə qalmamağa və Ermənistanı mina xəritəsini verməyə məcbur etmək üçün səslərini ucaltmağa çağırıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 İyun 2025 16:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see296

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see274

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see271

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see258

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see250

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see248

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see239

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see239

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see236

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see221

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see220

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see215

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see213

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see212

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see211

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see206

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see203

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see202

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see199

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri