Icma.az
close
up
RU
Parisdəki diplomatlarımız Toğrul Nərimanbəyovun məzarını ziyarət ediblər

Parisdəki diplomatlarımız Toğrul Nərimanbəyovun məzarını ziyarət ediblər

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Paris, 2 iyun, AZƏRTAC

Xalq rəssamı Toğrul Nərimanbəyov müasir Azərbaycan təsviri sənətinin yetişdirdiyi böyük şəxsiyyətlərdən biridir. Bu gün bənzərsiz fırça ustası Toğrul Nərimanbəyovun vəfatından 12 il ötür.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayevanın rəhbərliyi ilə səfirliyimizin diplomatları və qızı Əsmər Nərimanbəyova, eləcə də diaspora üzvlərimiz 95 yaşı bu il tamam olan T.Nərimanbəyovun Parisdə Passy qəbiristanlığındakı məzarını ziyarət ediblər.

Səfir Leyla Abdullayeva Xalq rəssamı Toğrul Nərimanbəyovun Azərbaycan təsviri sənətinin inkişafına, təbliğinə, eləcə də yaratdığı sənət nümunələri ilə milli təsviri sənət dünyamıza verdiyi töhfələrdən danışıb. Diplomat T.Nərminbəyovun valideynlərinin üzləşdiyi çətinliklərdən söz açaraq, asan olmayan həyat yolunu, ailənin yaşadığı çətinlikləri xatırladıb. T.Nərimanbəyovun atası Fərman Nərimanbəyovun Fransanın Tuluz Universitetində təhsil almasından, fransız modelyerlə evlənməsindən, geri döndükdə sovet repressiyasına məruz qalmasından, sürgünə göndərilməsindən danışıb.

Diplomat qeyd edib ki, ziddiyyətli, təzadlı illərdə inamını itirməyən Nərimanbəyovlar yaşamaq uğrunda mücadiləni davam etdiriblər. Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə daxil olan T.Nərimanbəyov 1950-ci ildə Litva İncəsənət İnstitutunda monumental və dəzgah rəssamlığı fakültəsində təhsil alıb və eyni zamanda, Vilnüs Konservatoriyasında klassik vokalı öyrənib. Toğrul anası ilə yalnız tələbəlik illərində Səmərqənddə görüşdüyü, onun müxtəlif orqanlara çoxsaylı müraciəti və gərgin mübarizəsi sayəsində anasına bəraət verildiyi bildirilib. Ancaq uşaqlıqda üzləşdiyi əziyyətlər, ədalətsizliklər Toğrulun əzmkarlığını sındırmayıb və o, yaradıcılıq yolunda ən yüksək zirvələri fəth edib. Görkəmli rəssamın əsərləri bu gün dünyanın bir çox muzeylərində, fondlarında saxlanır.

Prezident İlham Əliyevin 2010-cu il 22 iyun tarixli Sərəncamı ilə görkəmli rəssamın 80 illik yubileyi dövlət səviyyəsində keçirildiyi və yubiley tədbirlərinin yalnız doğma Vətənində deyil, həmçinin ölkəmizin sərhədlərindən kənarda da qeyd edildiyi diqqətə çatdırılıb.

Diplomat vurğulayıb ki, Toğrul Nərimanbəyov Fransa Müasir İncəsənət Ensiklopediyasında haqqında məlumat verilən yeganə azərbaycanlıdır.

Azərbaycanın Əməkdar rəssamı, Toğrul Nərimanbəyovun qızı Əsmər Nərimanbəyova atasının həyatından danışaraq, onunla bağlı, eləcə də ABŞ, Almaniya, İngiltərə, Çexiya, Rusiya, Hindistan, Fransa, Litva kimi bir çox ölkələrdə fərdi sərgiləri ilə bağlı xatirələrini bölüşüb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 İyun 2025 17:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri