Icma.az
close
up
RU
Parisin İrəvana silah tədarükü: Regional sabitliyə təhlükə!

Parisin İrəvana silah tədarükü: Regional sabitliyə təhlükə!

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycanın İkinci Qarabağ müharibəsində Zəfər çalaraq ərazi bütövlüyünü bərpa etməsindən, o cümlədən 2023-cü ildə birgünlük antiterror əməliyyatından sonra regionda yaranan geosiyasi reallıqlar Ermənistanın ənənəvi hərbi-siyasi müttəfiqi Rusiyadan üz döndərərək yeni müttəfiq axtarmasını zəruri edib. Bu çərçivədə Fransa ilə hərbi və hərbi-texniki sahədə əməkdaşlığın intensivləşdirilməsi İrəvanın əsas prioritetlərindən birinə çevrilib.

Fransa prezidentinin və müdafiə nazirinin verdiyi bəyanatlar, eləcə də hərbi sahədə əməkdaşlıq üzrə imzalanmış müxtəlif sənədlər bu istiqamətdə ciddi dönüşün baş verdiyini göstərir. Ermənistan hakimiyyəti isə bu əməkdaşlığa təkcə təhlükəsizlik məsələsi kimi deyil, həm də daxili siyasi sabitliyə dəstək vasitəsi kimi baxır.

Bununla bağlı tərəflər arasında keçirilən görüşlər, qarşılıqlı səfərlər diqqətdən yayınmır. Belə görüşlərdən biri iyulun 2-də baş tutub. Həmin gün Ermənistanın müdafiə naziri Suren Papikyan Fransanın İrəvandakı fövqəladə və səlahiyyətli səfiri Olivye Dekotinini qəbul edib. Ermənistan müdafiə nazirliyinin yaydığı məlumata görə, görüş zamanı Ermənistanla Fransa arasında müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Tərəflər əməkdaşlıq çərçivəsində əldə olunan uğurları yüksək qiymətləndirib və gələcək qarşılıqlı fəaliyyətin əsas istiqamətlərini müəyyən ediblər. Görüş zamanı regional və beynəlxalq hadisələr də müzakirə edilib.

Qeyd etmək lazımdır ki, rəsmi Paris son illər Cənubi Qafqazda təsir imkanlarını Ermənistanda möhkəmlənməklə genişləndirməyə çalışır. Lakin Fransanın bölgəmizdəki ambisiyaları təkcə Ermənistanla məhdudlaşmır. Bununla bağlı narahatlıq doğuran məqamlar da az deyil. Bütün bu proseslər isə həm regionda formalaşmış qüvvələr balansına, həm də beynəlxalq oyunçuların maraqlarına birbaşa təsir edir.

Fransa səfiri və Ermənistan müdafiə naziri arasındakı sonuncu görüş isə İrəvan–Paris hərbi əməkdaşlığının davamlı xarakter aldığını göstərir. Rəsmi məlumatlarda tərəflərin müdafiə sahəsində “uğurlu əməkdaşlıq”dan məmnun olduqları bildirilsə də, bu əməkdaşlığın real miqyası və region üçün doğurduğu nəticələr açıq qalıb. Fransa Ermənistanı silahlandırmaqla Cənubi Qafqazda balansı pozmaq təhlükəsi yaradır və bu, regional sabitliyə ciddi təhdiddir. Parisin bu istiqamətdəki fəallığı həm də Azərbaycanın suverenliyinə qarşı dolayı təzyiq mexanizmi kimi qiymətləndirilir. Papikyan–Dekotini görüşündə beynəlxalq məsələlərin də müzakirəsi göstərir ki, Fransa Ermənistanı təkcə hərbi yox, siyasi cəbhədə də öz orbitinə çəkməyə çalışır. Ermənistan isə bu əlaqələri, necə deyərlər, geosiyasi təklənmədən xilas olmaq üçün fürsət kimi görür. Lakin bu cür asılılıqlar İrəvanın real müstəqilliyini sual altına alır. Üstəlik, Fransanın bu siyasəti Avropa İttifaqının Cənubi Qafqazda neytral mövqeyinə zidd nümunə kimi də dəyərləndirilə bilər.

***

Ümumiyyətlə, Fransa hər zaman ermənipərəst siyasət yürüdüb. Sadəcə, keçmiş Dağlıq Qarabağ münaqişəsinin həlli üçün yaradılmış ATƏT-in Minsk qrupunun üç həmsədr dövlətindən biri olduğu üçün üzdə özünü bitərəf vasitəçi kimi göstərməyə çalışırdı. Müharibə başlayan kimi Paris Emmanuel Makronun timsalında, necə deyərlər, maskasını cırıb atdı. Elə müharibənin ilk günlərindən etibarən Fransa mediası Yelisey sarayından gələn göstərişlərə uyğun olaraq Azərbaycanın Suriyadan, guya, muzdlu döyüşçülər gətirməsinə dair yalan və böhtan dolu məlumatlar tirajlamağa başladı. Amma məlum olduğu kimi, bütün bunların heç bir faydası olmadı və Azərbaycan Ordusu başladığı işi axıra çatdırdı.

2020-ci il noyabrın 10-dan 2023-cü il sentyabrın 19-dək Fransanın Azərbaycana bədxahlıq etmək üçün hansı oyunlardan çıxdığı da yaddaşlardan silinməyib. Silinməsi mümkün də deyil. Həmin dövrdə Paris siyasi-diplomatik iş aparmaq və ideoloji təxribat törətmək sahəsində bütün gücünü işə salaraq Azərbaycanı qaralama cəhd edirdi. Fransa Azərbaycan ərazisində separatçı xunta rejiminin qalması, “boz zona”nın mövcudluğu üçün əlindən gələni etdi. Lakin bu da uğursuz olandan sonra Beşinci Respublika Ermənistanı silahlandırmaq prosesinə girişdi. Məhz Parisdən gələn təlimatlar əsasında Ermənistan öz təhlükəsizlik doktrinasını əsaslı şəkildə dəyişməyə başladı. Bu dəyişikliklərin ən diqqətçəkəni isə Fransa ilə hərbi sahədə sürətlə dərinləşən əməkdaşlıqdır. Rəsmi Paris 2023–2024-cü illərdə Ermənistana “Mistral” hava hücumundan müdafiə sistemləri verib. Bu sistemlər qısamənzilli, infraqırmızı idarəetməli zenit raket kompleksidir. Kompleks helikopterlərə, pilotsuz uçuş aparatlarına və aşağı hündürlükdə uçan təyyarələrə qarşı effektivdir. Məlumata görə, Ermənistana “Mistral” kompleksinin, ən azı, 3 batareyası təhvil verilib.

“Thales” şirkəti tərəfindən istehsal olunan GM200 radarları (Ground Master 200) hava hücumundan müdafiə sistemlərinin əsas komponentlərindəndir. Bu sistemlər Ermənistan ordusuna hava müşahidəsi və idarəetməni gücləndirmək məqsədi daşıyır. Fransa Ermənistanın xüsusi təyinatlı qüvvələrini müasir snayper tüfəngləri və piyada silahları ilə də təchiz edib. Bunlar arasında 12,7 millimetr kalibrli “PGM Hecate II” ağır snayper tüfənglərinin olduğu güman edilir. Həmçinin İrəvana zirehli texnika və rabitə sistemləri də ötürülür. Söhbət əsasən “Bastion” zirehli texnikasından gedir. Fransa tərəfindən Ermənistana sərhəd müdafiəsi və mobil rabitə məqsədilə xüsusi texnika və texnoloji dəstək də təqdim olunub.

İkitərəfli hərbi əməkdaşlığın bir istiqamətini də təlim və texniki dəstək təşkil edir. Ermənistan ordusunun Fransa hərbi təlim proqramlarında iştirakı genişlənib. Fransız hərbi təlimatçıları erməni hərbçilərinə silahların idarə olunması və istifadəsi üzrə təlimlər keçir.

Onu da bildirək ki, bu silah-sursat tədarükü iki ölkə arasında 2023-cü ilin oktyabrında imzalanmış hərbi-texniki əməkdaşlıq sazişinə əsasən həyata keçirilir. Fransa bu addımları “müdafiə məqsədli və sabitliyə yönəlmiş əməkdaşlıq” kimi təqdim etsə də, əslində, bu proses Azərbaycan və region üçün ciddi risklər yaradır. Beləliklə, Paris təkcə İrəvanı silahlandırmır, həm də regionda balansı pozan oyunçuya çevrilir. Fransa hökumətinin bu istiqamətdə davranışları onun Cənubi Qafqazda Rusiyanın zəifləməsindən sonra yaranan boşluqları doldurmaq cəhdidir. Ermənistan isə bu əməkdaşlığı təkcə hərbi deyil, həm də siyasi dəstək vasitəsi kimi qiymətləndirir və Fransa ilə yaxınlığı daxili legitimliyini qorumağa yönəldir. Bir neçə gün öncə E.Makronun N.Paşinyanla telefon danışığını “Mən Ermənistan demokratiyasını pozmaq cəhdlərinə qarşı mübarizədə Fransanın həmrəyliyini ifadə etdim” kimi şərhi bunun göstəricisi sayıla bilər. Ancaq bu proses nə NATO, nə də Aİ tərəfindən tam dəstəklənir. Bu isə Fransanın birtərəfli avantürası təsiri bağışlayır. Azərbaycan tərəfi haqlı olaraq bu cür silahlandırma proseslərini regionda yeni təxribatlara zəmin yaratmaq kimi görür və bu məsələdə beynəlxalq ictimaiyyəti ikili standartlara son qoymağa çağırır. Ümumilikdə, Fransa–Ermənistan hərbi yaxınlaşması bölgədə sülh gündəmini deyil, qarşıdurma ehtimalını artıran təhlükəli tendensiyadır.

Rizvan HÜSEYNOV,
hərbi-siyasi şərhçi

– Ermənistan müdafiə naziri Suren Papikyanın Fransa səfiri ilə görüşü iki ölkə arasında hərbi əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə keçdiyini göstərir. Rəsmi açıqlamalarda tərəflər arasında müdafiə sahəsində əldə olunan irəliləyişlərə böyük önəm verildiyi bildirilir. Görüş zamanı təkcə ikitərəfli əməkdaşlığın deyil, həm də regional və beynəlxalq təhlükəsizlik məsələlərinin əhatəli şəkildə müzakirə olunması Fransa–Ermənistan münasibətlərinin strateji məzmun kəsb etdiyini göstərir. Eyni zamanda, bu məqam Paris–İrəvan münasibətlərinin sırf ikitərəfli çərçivədən çıxaraq, daha geniş geosiyasi hədəflərə yönəldiyini göstərir. Bu dinamika Cənubi Qafqazda dəyişən güc balansı fonunda xüsusi əhəmiyyət daşıyır.

Son bir il ərzində Fransa tərəfindən Ermənistana silah-sursat tədarük edilməsi, həmçinin, Fransa hərbi ekspertlərinin Ermənistana ezam olunması, yerli hərbçilərə təlim keçməsi bu əməkdaşlığın yalnız texniki deyil, strukturlaşdırılmış hərbi inteqrasiya yönümlü olduğunu sübut edir. Fransa bu yolla regionda Rusiyanın zəifləyən təsirini kompensasiya etmək, Ermənistan üzərindən öz mövqeyini gücləndirmək istəyir. Ermənistan bu əməkdaşlığı təhlükəsizlik zəmanəti kimi təqdim etsə də, əslində, proses İrəvanı daha böyük siyasi və hərbi asılılığa sürükləyir.

Fransa–Ermənistan hərbi yaxınlaşması regionda yeni riskləri də gündəmə gətirir. Bu cür silahlandırma təşəbbüsləri Cənubi Qafqazda mövcud olan kövrək sabitliyi poza, qarşılıqlı etimadı daha da zəiflədə bilər. Üstəlik, Fransa tərəfindən həyata keçirilən birtərəfli dəstək Aİ-nin Ermənistan–Azərbaycan münasibətləri ilə bağlı balanslı mövqeyinə də ziddir.

Səxavət HƏMİD
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:216
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 04 İyul 2025 10:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see365

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see276

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see230

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see226

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see223

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see222

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see214

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see205

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see203

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see200

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see199

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see199

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see194

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see192

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see187

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see187

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see182

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see182

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see175

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri