Icma.az
close
up
RU
Parisin Yaxın Şərqdə təxribat planı: Makron növbəti oyunbazlığı

Parisin Yaxın Şərqdə təxribat planı: Makron növbəti oyunbazlığı

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

Fransa Prezidenti Emmanuel Makron ölkəsinin PKK terror təşkilatının Suriya qolu olan YPG-yə dəstəyinin davam edəcəyini bildirib. 

“Cebheinfo.az”-ın məlumatına görə, Makron Fransanın “kürdlər kimi azadlıq döyüşçülərini” tərk etməyəcəyini bəyan edib.

“Yelisey” sarayında Fransa səfirləri qarşısında çıxış edən Emmanuel Makron Suriya məsələsinə toxunub.

O, Suriyada azad, suveren dövlətin qurulması istiqamətində keçid prosesini dəstəkləyəcəklərini deyib. 

Fransa Prezidenti bu dəstəyin uzunmüddətli perspektivdə də davam edəcəyini qeyd edərək Avropanın Suriyada qurulan müvəqqəti hökumətə baxışının “sadəlövh” olmamalı olduğunu bildirib.

Makron ölkəsinin “kürdlər kimi azadlıq döyüşçülərini” tərk etməyəcəyinə söz verib. Makron kürd yaraqlılarını terrorla mübarizədə Qərbin müttəfiqi adlandırıb və onları Suriyada tək qoymayacaqlarını bildirib.

Makron bu sözlərlə Fransanın terror təşkilatı YPG-yə dəstəyini davam etdirəcəyini vurğulayıb. 

Yaxın Şərqdəki digər məsələlərə də toxunan Makron deyib ki, İran Fransa, avropalılar, bütün regionda və onun hüdudlarından kənarda strateji təhlükəsizliyə əsas təhdid adlandırıb. 

Makron bu problemin Fransa, Avropa və region ölkələri daxil olmaqla bir çox ölkəni narahat etdiyini söyləyib.

Fransanın xarici işlər naziri Jan-Noel Barro da Dəməşqdə verdiyi açıqlamada PKK terrorçularına dəstəyini ifadə edib.

O qeyd edib ki, Fransa ilə müttəfiq olan kürdlər üçün siyasi həll yolu tapılmalıdır.

“Suriyanın şimalında davamlı sabitlik təmin edilməlidir”, - deyə Barro əlavə edib. 

Əvvəlcə, terror təşkilatı PYD-nin qondarma lideri Mazlum Kobani ilə telefonla danışan Barro Suriyada terrorun və həddindən artıq şiddətin davam etməsinə icazə verilməməli olduğunu deyib. 

“Biz kürdlərlə birlikdə terrora qarşı mübarizə apardıq”, - deyə xarici işlər naziri bildirib.

Emmanuel Makron qeyd edilən açıqlaması ilə Suriyada Bəşər Əsəd rejiminin devrilməsindən sonra regionda yaranmış yeni status-kvo ilə bağlı Fransanın siyasətini elan edib.

Suriyada hakimiyyət dəyişikliyi nəticəsində İranın və Rusiyanın bölgədən çəkilməsi geosiyasi qüvvələr nisbətinin dəyişməsinə səbəb olub. HƏMAS-ın, “Hizbullah”-ın məğlubiyyətindən dərhal sonra Suriyada Bəşər Əsəd rejiminə son qoyulması Yaxın Şərqdə Türkiyənin, ABŞ-nin və İsrailin mövqelərini gücləndirib. 

Post-Əsəd dövründə Suriyanın yeni rəhbərliyi ilə danışıqlara başlayan Avropa İttifaqı və ərəb dövlətləri də regionda yeni konyukturun formalaşmasında yer almaq istəyir. Almaniyanın və Fransanın xarici işlər nazirlərinin yanvarın 3-də Dəməşqə səfəri də qeyd edilən məqsədə xidmət edir. 

Suriyada baş verənlər regionda İranın maraqlarının himayəçisi kimi çıxış edən Fransanın da geosiyasi mövqelərini sarsıdıb. Yəni 2023-cü ilin oktyabr ayında Yaxın Şərqdə başlanan müharibə İsrail-ABŞ ittifaqının Fransanı regiondan sıxışdırması ilə nəticələnib.

Bu baxımdan, Makronun çıxışı rəsmi Parisin itirdiyi mövqeləri bərpa etmək cəhdi kimi şərh oluna bilər. İrana bağlı ordu birləşmələrinin, terror təşkilatlarının sıradan çıxarılması və Əsəd rejiminin devrilməsi Fransanın regiondakı əsas güc mərkəzlərini zəiflədib.

Suriyanın yeni hakimiyyəti isə Bəşər Əsəddən fərqli olaraq Fransa ilə sıx əməkdaşlıqda maraqlı görünmür. “Həyət Təhrir əş-Şam” müvəqqəti hökuməti daha çox Türkiyəyə arxalanır. Səudiyyə Ərəbistanı və Qətər isə yeni Suriyanın əsas müttəfiqləri sırasında yer alır. 

Suriyanın milli təhlükəsizlik naziri Anas Həsən Xəttabın Türkiyə Milli Kəşfiyyat Təşkilatının agenti olması, həmçinin rəsmi Ankaranın Homsda və Dəməşqin şimalında iki hərbi baza inşa edəcəyi barədə məlumatlar mühüm bir qənaətə gəlməyə əsas verir. 

Əhməd əl-Şaraa (Əbu Məhəmməd əl-Culani ləqəbi ilə tanınır) hakimiyyəti perspektivdə Suriyanın təhlükəsizliyini Türkiyəyə həvalə edəcək. Əks təqdirdə, Suriyanın parçalanması planı işə salına bilər. 

Hətta Bəşər Əsəd dövründə Suriyanın ərazi bütövlüyünü dəstəkləyən İran daxili qarşıdurma yaratmaq, “Həyət Təhrir əş-Şam”ı devirmək və Türkiyənin regionda artan təsirinin qarşısını almaq üçün müxtəlif təxribatçı qruplar vasitəsilə parçalanma planına dəstək verə bilər.
Sözügedən prosesdə Türkiyəyə qarşı çıxan əsas pozucu aktorlardan biri Fransadır. Makron hakimiyyətinin YPG və PYD terror təşkilatlarına dəstək verməsi Suriya ərazisində kürd dövlətinin bölünməsinə hesablanıb.

Fransanın xarici işlər naziri Jan-Noel Barronun Dəməşqə səfəri zamanı “Həyət Təhrir əş-Şam” hərəkatının lideri Əhməd əş-Şaraa ilə görüşündə milli azlıqların hüquqları məsələsini qaldırması əslində,  kürdlərə idarəetmə statusunun verilməsi planı ilə bağlıdır. 

Hətta Fransa Suriya ordusunun tərkibində kürdlərdən ibarət korpusun və ya diviziyanın yaradılmasını təklif edir. Göründüyü kimi, Fransa YPG və PYD-inin ləğvinin qarşısını almağa və terror təşkilatlarının başqa ad altında fəaliyyətini davam etdirməsinə çalışır. 

Prezident Makron isə daha açıq və sərt bəyanat verərək PKK-çılara dəstək vəd edir. Qeyd edək ki, Fransa əvvəllər də Türkiyəyə qarşı mübarizədə YPG-ni və PYD-ni silahlandırıb. 2017-ci ildən başlayaraq Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında keçirdiyi antiterror əməliyyatları zamanı Fransa şirkətləri tərəfindən PKK-çılar üçün inşa edilmiş yeraltı tunel şəbəkələri aşkar edilmişdi.

Fransa YPG-yə və PYD-yə dəstəyini davam etdirmək cəhdi də Türkiyəyə qarşı terror aktlarını yenidən fəallaşdırmaq məqsədi daşıyır. Yəni Türkiyənin cənub sərhədlərində terrorçu qruplar saxlamaqla Fransa Suriyanın şimal-şərqində kürd dövlətinin yaradılmasına nail olmaq istəyir. 

Jan-Noel Barronun PYD terror təşkilatının rəhbəri Mazlum Kobani ilə görüşməsi də Fransanın Suriya ərazisində onun liderliyi altında kürd dövləti yaratmaq planlarından xəbər verir. Fransa hakimiyyəti Suriyadan sonra Türkiyə ərazisindəki kürdlərin müstəqillik mübarizəsində qalxacağını düşünür. 

Yəni Makron YPG-yə və PYD-yə dəstək vəd etməklə Türkiyənin parçalanması üçün terrorçulara hər cür yardım etməyə hazır olduğunu bildirir. 

Ancaq dünyanın digər regionlarında mövqelərini davamlı şəkildə itirən Fransanın Yaxın Şərqdə möhkəmlənə biləcəyi inandırı görünmür. Fil Dişi Sahili və Çadda baş verən son hadisələrin ardınca Fransa Afrika qitəsini tamamilə tərk etməyə yaxınlaşıb. 

Belə ki, Fransa artıq Afrikada geosiyasi və geoiqtisadi təsirlərini itirib. Fransanın müstəmləkəsi olan kiçik ada dövlətlərdə son illər azadlıq hərəkatları baş qaldırıb.

Bu halda, Fransanın Yaxın Şərqdə qüvvələr nisbətini yenidən dəyişəcəyi reallıqla mütənasib deyil. 

Müşfiq Abdulla   
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 07 Yanvar 2025 16:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see246

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see190

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see171

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see164

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri