Icma.az
close
up
RU
Park Cinemada Patrul: Sonuncu Əmr filminin qala gecəsi keçirilib FOTO

Park Cinemada Patrul: Sonuncu Əmr filminin qala gecəsi keçirilib FOTO

Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

30.04.2025 tarixində Park Cinemanın Park Bulvar filialında Qazaxıstanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə Qazaxıstan istehsalı olan və iti satirik yumora sahib "Patrul: Sonuncu Əmr" filminin möhtəşəm təqdimatı baş tutdu.

Filmin aktyor heyəti, eləcə də filmin həm prodüseri, həm də rejissoru Rustem Omarov Azərbaycana qonaq gələrək, tamaşaçılarla görüşdülər. Tədbirdə Qazaxıstanın Azərbaycandakı səfiri cənab Alim Bayel, eləcə də Park Cinema kinoteatrlar şəbəkəsinin rəhbəri Elnur Allahverdiyev də iştirak etmişdi.

Bu layihə, yalnız Qazaxıstan ərazisində deyil, həm də ölkə sərhədlərindən kənarda uğurla tanınan ilk Qazaxıstan franşizasıdır.

Bu dəfə "Patrul" kainatı Abay bölgəsində, Semey şəhərində cərəyan edir - ölkə Prezidenti rəsmi səfərlə buraya gəlməlidir. Qəhrəmanlarımız bütün gücləri ilə Prezidentin kortejinə düşməyə çalışırlar. Ancaq Şefin başqa planları var - o, Prezidentin müşayiəti üçün məsul şəxs təyin olunub və hər şeyin problemsiz keçməsini istəyir. Qəhrəmanlarımızın reputasiyasını nəzərə alaraq, Şef Serikə, Medetə, Oljasa, Edilə, İlyasa və Beksgə kortejdən uzaq durmağı əmr edir və bunun əvəzinə Semeyin elit polis əməkdaşları Dima və Renatı yanına çağıraraq kortejin rəhbəri təyin edir. Amma qəhrəmanlarımız bu arzudan imtina etmək istəmirlər, çünki Prezidentin müşayiəti hər bir polis işçisinin arzusu sayılır. Film, sıravi patrul və sahə polis əməkdaşlarının bu arzunu reallaşdırmaq üçün nələrə hazır olduqlarını göstərəcək. Eyni zamanda, milyonların sevimlisinə çevrilmiş qəhrəmanların gündəlik polis həyatında qarşılaşdıqları gülməli, gerçək və həyəcanlı hekayələrə də şahid olacağıq. Filmdə korrupsiya, məişət zorakılığı və xalqla hakimiyyət arasındakı münasibətlər kimi aktual və həssas ictimai problemlərə də toxunulur.

"Patrul: Sonuncu Əmr" filmi bu gündən etibarən eksklüziv olaraq yalnız Park Cinema kinoteatrlar şəbəkəsində nümayiş olunur. Biletlərinizi aşağıdakı linkə keçid edərək, əldə edə bilərsiniz: https://new.parkcinema.az/az/movie/6809f2e687f15d5253eeea86

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:73
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 01 May 2025 13:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see180

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see177

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see175

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see158

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see155

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see148

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see148

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see146

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see146

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see141

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see134

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see133

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri