Icma.az
close
up
RU
Parlament bu qanunlara dəyişiklik edir

Parlament bu qanunlara dəyişiklik edir

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Milli Məclisin bu gün keçirilən plenar iclasında Vergi Məcəlləsində, Miqrasiya Məcəlləsində, "Sosial sığorta haqında", "Gömrük tarifi haqqında", "Lisenziyalar və icazələr haqqında" və "Dövlət satınalmaları haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi I oxunuşda qəbul olunub.

“Cebheinfo.az” xəbər verir ki, yeni qanunla "Rəqəmsal texnologiya", "süni intellekt texnologiyası", "innovasiya məhsulu", "kibertəhlükəsizlik" və "bulud hesablama xidmətləri" (royalti və ya icarə hesab edilməyərək birbaşa xidmət kimi tanınır) anlayışları hüquqi çərçivəyə salınır.

Muzdlu işçi cəlb etmədən rəqəmsal texnologiyalar, süni intellekt və kibertəhlükəsizlik sahəsində müstəqil xidmət göstərən və sənaye/texnologiyalar parkının rezidenti olan fiziki şəxslərə rəsmi status verilir.

Xarici qeyri-rezident şirkətlərlə müqavilə əsasında Azərbaycan ərazisində məsafədən işləyən şəxslərin bu fəaliyyəti xarici şirkətin ölkədə daimi nümayəndəliyinin yaranmasına səbəb olmayacaq.

Frilanser və rəqəmsal səyyahlar vergi uçotuna alındıqdan sonra geniş güzəştlərdən yararlanacaqlar.Bundan başqa, Rəqəmsal texnologiyalar, süni intellekt, innovasiya məhsullarının hazırlanması və kibertəhlükəsizlik sahəsində xidmət göstərən fiziki və hüquqi şəxslərin (texnopark rezidentləri istisna olmaqla) bu fəaliyyətdən əldə etdikləri gəlirlər vergidən azad olunur.

Şərt: İxrac edilən xidmətlərin vəsaitləri mütləq Azərbaycan banklarındakı hesablara köçürülməlidir.Qeyd olunan sahələrdə çalışan yüksəkixtisaslı miqrantların, son 24 ayda Azərbaycanda vergi öhdəliyi olmayan mütəxəssislərin və xaricdən bu sahələr üzrə fəaliyyət üçün ölkəyə qayıdan Azərbaycan vətəndaşlarının muzdlu işdən aylıq gəlirlərindən gəlir vergisi “0 faiz” dərəcəsi ilə tutulacaq.

Həmin fəaliyyətlə məşğul olan hüquqi şəxslər tərəfindən ödənilən dividendlər də 20 il müddətinə vergidən tam azad edilir.

Həmçinin Akkreditə olunmuş investorlar, fiziki və ya hüquqi şəxslər tərəfindən vençur kapitalı fondlarına, "Startap" və ya texnopark şəhadətnaməsi olan şirkətlərə nağdsız qaydada yatırılan investisiya məbləğinin 100 faizi hesabat ilində həmin investorun vergitutulan ümumi gəlirindən/mənfəətindən çıxılır.

Çıxılan məbləğ investorun illik gəlirinin/mənfəətinin 50 %-indən çox olmamalıdır; tərəflər qarşılıqlı asılı şəxs olmamalıdır; investor şirkətdə 50 %-dən çox paya sahib olmamalıdır və əldə edilmiş pay azı 3 il mülkiyyətdə saxlanılmalıdır (şirkət müflis olarsa, məbləğ vergiyə bərpa edilmir).

Vençur kapitalı fondları tərəfindən öz investorlarına ödənilən dividendlər gəlir vergisindən azad edilir. Kraudfandinq platformaları vasitəsilə edilən investisiyalardan yaranan gəlirlərə və dividendlərə də analoji güzəştlər şamil olunur.

Vergi ödəyicilərinin özlərinin həyata keçirdiyi elmi-tədqiqat və təcrübə-konstruktor işləri nəticəsində Azərbaycanda yaradılmış müəllif hüququ obyektlərinin, proqram təminatlarının və nou-hauların digər şəxslərə ötürülməsindən (royalti), texnologiya transferindən və ya satışından əldə edilən gəlir və mənfəətlərin 95 faizi vergidən azad edilir.

Qrant müqavilələri və subsidiyalar çərçivəsində rəqəmsal layihələrə alınan vəsaitlər vergitutulan gəlirə aid edilmir.

Uzadılma, dayandırılma və əlavə yoxlamalar da daxil olmaqla, bir vergi ödəyicisində aparılan səyyar vergi yoxlamasının ümumi xronoloji davametmə müddəti heç bir halda 90 iş günündən artıq ola bilməz. Bu müddət bitdikdən sonra hər hansı əlavə vergi və ya sanksiya hesablana bilməz.

"Startap" və ya texnopark şəhadətnaməsini yeni almış (ilk 3 ilində olan) şirkətlərin vergi yoxlaması zamanı yaranan ümumi borcu 50 000 manatdan çox olmadıqda, borcdan yuxarı orqana və ya məhkəməyə şikayət verildiyi andan son qərar çıxanadək bank hesablarındakı pul vəsaitlərinin dondurulması barədə sərəncam göndərilməyəcək (riskli vergi ödəyiciləri istisna olmaqla).

Vergi azadolması və ya güzəşt müddəti ilin ortasında başladıqda və ya bitdikdə, güzəşt günlərin sayına mütənasib olaraq və ya dəqiq uçot aparıldıqda faktiki göstəricilər əsasında hesablanacaq.

Vilayət Muxtar
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:152
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 07 İyul 2026 12:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see483

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see323

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see319

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see254

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see254

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see238

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see230

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see208

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see206

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see205

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see200

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see192

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see189

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see181

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see179

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see175

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see174

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see172

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see172

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri