Icma.az
close
up
RU
Parlamentari: Azərbaycan və Özbəkistan Xəzərin iki sahilində vahid strateji gücə çevrilir

Parlamentari: Azərbaycan və Özbəkistan Xəzərin iki sahilində vahid strateji gücə çevrilir

Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Regionun sabitlik dayağı güclənir

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibə verib. Prezident müsahibəsində Azərbaycan–Özbəkistan əlaqələrinin tarixi köklərə, ortaq mənəvi dəyərlərə, dil və etnik yaxınlığa söykəndiyini, bu milli-mədəni birliyin isə əsrlər boyu xalqlar arasında qarşılıqlı hörmət və rəğbət yaratdığını vurğulayıb:

“Azərbaycan və Mərkəzi Asiya ölkələri artan strateji əhəmiyyətə malik vahid tarixi, mədəni, coğrafi və geosiyasi məkanı formalaşdırır. İlk baxışda Azərbaycanı Mərkəzi Asiya ölkələrindən fiziki olaraq ayırsa da, Xəzər dənizi, əslində, mühüm birləşdirici amildir. Bu gün Xəzər dənizi, sadəcə, coğrafi anlayış deyil, o, hər şeydən əvvəl xalqlarımızın strateji birliyinin, iqtisadi potensialının və tarixi əməkdaşlığının rəmzidir.

Ölkələrimizi təkcə coğrafiya deyil, həm də tarixi-mədəni əlaqələr, ortaq dini və mənəvi dəyərlər, adət-ənənələr birləşdirir”.

Prezident İlham Əliyevin sözlərinə görə, həm Bakıda, həm də Daşkənddə keçirilmiş dövlət səfərləri zamanı imzalanmış çoxsaylı sənədlər – müttəfiqlik haqqında Müqavilə, strateji tərəfdaşlığın möhkəmləndirilməsi ilə bağlı Bəyannamə və 2025–2029-cu illər üçün “Yol Xəritəsi” – Azərbaycan-Özbəkistan münasibətlərinin gələcək inkişafının institusional əsaslarını daha da gücləndirib. Eyni zamanda, 2023-cü ildə təsis edilmiş Ali Dövlətlərarası Şura dövlətlərarası siyasətin koordinasiyasını təmin edən mühüm platformaya çevrilib və bu mexanizm iki ölkənin strateji gündəliyini ardıcıl şəkildə formalaşdırmağa imkan verir. Müsahibədə diqqət çəkən əsas məqamlardan biri də Özbəkistanın Azərbaycanın ərazi bütövlüyünə verdiyi dəyişməz dəstəyin xüsusi qeyd olunmasıdır. Prezident İlham Əliyev Füzulidə Mirzə Uluqbəy adına məktəbin inşasına görə Özbəkistana təşəkkür edib və bu humanitar jesti Azərbaycan xalqı üçün qardaşlıq rəmzi kimi dəyərləndirib.

Prezident həmçinin iqtisadi-ticari əlaqələrin son illərdə sürətlə inkişaf etdiyini, ticarət dövriyyəsinin əhəmiyyətli artım templəri göstərdiyini və sərmayə əməkdaşlığının yeni layihələrlə zənginləşdiyini bildirib: “İqtisadi-ticari əməkdaşlığın dinamikası tam məmnunluq doğurur və onun səviyyəsinin daha da artmasına kömək edir. Hər iki tərəf qarşılıqlı əməkdaşlığı genişləndirmək üçün əhəmiyyətli səylər göstərir, yeni layihələr irəli sürür və birgə təşəbbüslərin həyata keçirilməsinə xüsusi əhəmiyyət verir. Bu gün Azərbaycanda təxminən 120 Özbəkistan investisiyalı kommersiya təşkilatı qeydiyyatdan keçib və iqtisadiyyatın müxtəlif istiqamətlərində - sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat və xidmət sahələrində uğurla fəaliyyət göstərir. Yüngül sənayenin inkişafı üçün yeni imkanlar açan, ənənəvi dostluq və qardaşlıq münasibətlərini möhkəmləndirən birgə müəssisə - Xankəndidə tikiş fabriki xüsusilə diqqətəlayiqdir”.

Milli Məclisin deputatı Azər Badamov Sherg.az-a açıqlamasında Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibəsini iki qardaş ölkə arasındakı münasibətlərin hazırkı yüksək səviyyəsini və gələcək inkişaf perspektivlərini əks etdirən mühüm siyasi bəyanat kimi qiymətləndirib. Onun sözlərinə görə, ortaq mədəniyyət, ortaq tarix, dil, din və dəyərlər Azərbaycanla Özbəkistanı birləşdirən ən mühüm amillərdir:

“Özbəkistan Azərbaycan üçün heç vaxt yad ölkə, özbəklər isə yad xalq olmayıb. Çünki iki xalq eyni kökdən və eyni soydan gəlir. 70 il sovetlər birliyində birgə yaşamışıq, müstəqillik əldə etdikdən sonra isə iki ölkə arasındakı əlaqələr hər zaman sıx və qarşılıqlı hörmətə əsaslanıb. Bu il Azərbaycanla Özbəkistan arasında diplomatik münasibətlərin 30 illiyinin qeyd olunması da bu tarixi bağların davamlılığını təsdiqləyir. Son illər dövlət başçıları arasında formalaşan yaxın dostluq və qardaşlıq münasibətləri ölkələr arasındakı əməkdaşlığa yeni dinamizm gətirib. Liderlər səviyyəsində yaranan yüksək etimad mühiti ikitərəfli münasibətləri daha da dərinləşdirir və strateji tərəfdaşlığı gücləndirir. Bu gün Azərbaycan və Özbəkistan arasında əməkdaşlıq müxtəlif formatlarda müvəffəqiyyətlə inkişaf edir. Son iki ildə imzalanan çoxsaylı sənədlər fonunda iqtisadi-ticari, siyasi, energetika, logistika, humanitar və mədəni sahələrdə əlaqələrin nəzərəçarpan şəkildə genişləndiyi müşahidə olunur. Mərkəzi Asiya və Cənubi Qafqaz fərqli coğrafi bölgələr olsa da, Azərbaycanla Özbəkistanı birləşdirən mühüm strateji xətt – Xəzər dənizi – əməkdaşlıq üçün geniş imkanlar açır və iki qardaş ölkəni daha da yaxınlaşdırır”.

A.Badamovun fikrincə,cənab Prezident İlham Əliyevin Özbəkistan mediasına verdiyi müsahibə çoxşaxəli və əhatəli spektri ilə diqqət çəkir. O qeyd edib ki, dövlət başçısı həm Türk Dövlətləri Təşkilatının fəaliyyəti, həm də Mərkəzi Asiya ölkələri ilə ikitərəfli və çoxtərəfli platformalarda həyata keçirilən əməkdaşlığa xüsusi diqqət yetirib:

“Eyni zamanda Prezident İlham Əliyev Azərbaycan və Özbəkistan arasındakı strateji tərəfdaşlıqdan əldə olunan mühüm nailiyyətlər haqqında ətraflı məlumat verib və iki qardaş ölkə arasındakı əməkdaşlığın bütün əsas istiqamətlərini vurğulayıb. Azərbaycan-Özbəkistan münasibətlərinin yaxınlaşması birbaşa xarici investisiyaların cəlb edilməsinə yetirilən xüsusi diqqətdən irəli gəlir. Hər iki ölkə rəhbərliyi investisiya mühitinin yaxşılaşdırılmasını, iddialı məqsədləri, özəl investisiyaların əhəmiyyətli dərəcədə artırılmasını təşviq etmək üçün yeni tərəfdaşlıq formatlarını dəstəkləyir. Həm Azərbaycanın, həm də Özbəkistanın yerləşdiyi coğrafi mövqe nəqliyyat-logistika üzrə işbirliyinin genişlənməsinə imkan verir. Azərbaycan sərt rəqabətdən uzaq əməkdaşlıq fonunda dövlətin ixracyönümlülüyünü və infrastrukturunu əhəmiyyətli dərəcədə modernləşdirir, investisiya axınını yeni istiqamətlərə yönləndirir. Eyni dəst-xətti Özbəkistan siyasətində də görürük. Ölkənin rəqabət qabiliyyətini gücləndirməyin yollarından biri birbaşa xarici investisiyaların cəlb edilməsi və beynəlxalq ticarətin inkişafına yönəlmiş siyasətdir ki, bu amillərə parlamentlərarası əlaqələrin də əlavə olunması münasibətlərimizi daha sağlam təməllər üzərində quracaq. Özbəkistan və Azərbaycan məhz bu siyasətlə addımlayan dövlətlərdir. Bu baxımdan Özbəkistan və Azərbaycan prezidentlərinin intensivləşən qarşılıqlı səfərləri böyük investisiya layihələrinin və ikitərəfli razılaşmaların əldə olunmasına gətirib çıxarıb”.

Deputatın sözlərinə görə, dünyanın bir çox kövrək və münaqişələrdən təsirlənmiş regionlarından fərqli olaraq hər iki ölkədə sabitlik hökm sürür, investorlar üçün təhlükəsiz və dövlət dəstəkli mühit var:

"Sahibkarların və investorların üzləşdiyi problemlər konkret həllini dərhal tapır, iqtisadi, siyasi, sosial, ekoloji və demoqrafik məhdudiyyətlər dərhal aradan qaldırılır. Çünki davamlı investisiyalar orta və uzunmüddətli perspektivdə iş yerləri və iqtisadi artım üçün geniş imkanlar yaradır. Bu, vətəndaşlar üçün daha yaxşı gələcək qurmaq üçün əsas amildir. Hər iki regionda iqtisadiyyatlar sürətli texnoloji dəyişikliyin gətirdiyi təhsil və bacarıq öyrənmə modellərini əmək bazarının inkişaf edən ehtiyaclarına uyğunlaşdırmaq üçün mübarizə aparır. Zaman keçdikcə kiçik və orta sahibkarlıq subyektlərinin rolu artır. Bunu müxtəlif onilliklərin müqayisəsində, dünya ölkələrinin həmin sektora yatırdıqları sərmayələri araşdırmaqla görmək olar”.

 A.Badamov bildirib ki, müsahibədə xüsusi toxunulan məqamlardan biri də Özbəkistanın Azərbaycanın ərazi bütövlüyünə uzun illərdir nümayiş etdirdiyi dəyişməz və prinsipial dəstəyin xüsusi vurğulanmasıdır:

“Prezident İlham Əliyevin azad edilmiş Füzulidə Mirzə Uluqbəy adına məktəbin inşasına görə Özbəkistana təşəkkür etməsi təkcə humanitar addımın dəyərləndirilməsi deyil, həm də iki ölkə arasında qardaşlıq münasibətlərinin real məzmununu göstərən simvolik hadisədir. O bildirir ki, belə layihələr həm siyasi həmrəylik, həm də mənəvi dayanıqlıq baxımından Azərbaycan–Özbəkistan əlaqələrinin strateji mahiyyətini daha da gücləndirir. Bu jest, ekspertin fikrincə, iki ölkənin müttəfiqlik münasibətlərini xalqlar səviyyəsində möhkəmləndirən nadir nümunələrdən biridir və regionda yeni əməkdaşlıq modelinin formalaşmasına xidmət edir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:50
embedMənbə:https://sherg.az
archiveBu xəbər 16 Noyabr 2025 17:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see271

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see231

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see207

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see191

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see184

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see180

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see171

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see156

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see156

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see149

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see148

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see146

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see142

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see142

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see140

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see140

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see138

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see138

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see136

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri