Icma.az
close
up
RU
Xəzərin quruması qorxunc təhlükəyə çevrilir

Xəzərin quruması qorxunc təhlükəyə çevrilir

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının sonuncu, 80-ci sessiyasında uca tribunadan çıxışı zamanı qlobal məsələlər sırasında Xəzər probleminə də toxundu. Dövlət başçımız gözlənilməz nəticələri ola bilən ekoloji fəlakətin qarşısını almaq üçün problemin həlli istiqamətində Azərbaycanın digər sahilyanı dövlətlərlə, həmçinin BMT ilə sıx əməkdaşlığa hazır olduğunu bildirdi.  

Məlum olduğu kimi, dünya okeanlarına çıxışı olmayan endoreik (yəni axarsız hövzələrdə yerləşən) göllərdə suyun səviyyəsi əsasən oraya axan çaylar, yağıntılar və buxarlanma arasındakı balansla tənzimlənir. Son onilliklər ərzində insan fəaliyyəti və çay axarlarının azalması su hövzələrində də səviyyənin nəzərəçarpacaq dərəcədə enməsinə gətirib çıxarmışdır. Bu proses həm ətraf mühitin, həm də insanların sağlamlığı üçün çoxşaxəli fəsadlara yol açır.

Unikal ekosistemə və mühüm iqtisadi əhəmiyyətə malik Xəzər dənizi belə su hövzələrindən biridir. Dünyanın ən böyük qapalı gölü olan Xəzərdə suyun səviyyəsinin enməsi artıq bütün region üçün ciddi narahatlıq doğurur ki, cənab Prezident də məhz bunu BMT tribunasından səsləndirməyi zəruri saymışdır. Suyun səviyyəsinin azalmasının müxtəlif səbəbləri var ki, onlardan ən təsirlisi Xəzərə tökülən çaylardan, xüsusilə Rusiya ərazisindən keçərək gələn Volqa çayından daxil olan su həcminin hiss ediləcək dərəcədə azalmasıdır. 

Qeyd edək ki, müasir dövrdə sənayenin inkişafı və müxtəlif antropogen (insan amili) faktorların neqativ təsiri ilə ətraf mühitin çirklənməsi iqlimdə gedən dəyişiklikləri də sürətləndirir. Atmosferdə CO₂-nin və digər texnogen qazların artması təhlükə yaradır.  Eyni zamanda toz, tüstü və hislə çirklənmiş hava da “istixana effekti”ni gücləndirməklə  iqlimin dəyişməsinə səbəb olur.

Yaşadığımız canlı aləmin mövcudluğunu şərtləndirən əsas həyat resurslarının məhz iqlim şəraiti - hava, su və torpaq olduğunu nəzərə aldıqda, problemin ciddiliyi daha aydın görünür. Çirklənmiş hava müxtəlif yoluxucu xəstəliklərə, hətta ölüm hallarına; çirklənmiş su balıqların və digər su canlılarının məhvinə; çirklənmiş torpaq isə qida məhsullarının yetişdirilməsində çətinliklərə səbəb olur. Nəticə etibarilə ətraf mühitin çirklənməsi qlobal miqyasda çox ciddi, kompleks problemlər yaradır. 

İqlim dəyişiklikləri, ekoloji tarazlığın pozulması, çirklənmiş hava mühiti insanların sağlamlığına birbaşa mənfi təsir göstərir. Belə hallar istər inkişaf etmiş, istərsə də inkişaf etməkdə olan bütün ölkələr üçün qlobal təhlükədir. Bu konteksdən yanaşdıqda Xəzər dənizinin suyunun azalması həm də iqlim dəyişikliklərinə səbəb olur ki, bu da ekoloji  təhlükə barədə ciddi tədbir görülməsini zəruri edir. 

Təbiətdə hər şey bir-biri ilə sıx və məntiqi ardıcıllıqla bağlıdır. O cümlədən planetin su hövzələri - dənizlər, göllər, çaylar da ətraf mühitin mikroiqlimini tənzimləmək, iqlimin stabil qalmasına xidmət etmək baxımından vacibdir. Suyun azalması bu funksiyaları  zəiflədərək, quraqlıq və ekstremal hava hadisələrinin artmasına şərait yaradır. İqlimin daha quru və dəyişkən hala gəlməsi meteo­həssas insanlar üçün narahatlıq doğurur, xroniki xəstəliklərin gedişatını ağırlaşdırır. Xüsusi vurğulayaq ki, yaranmış qeyri-sağlam mühitdə “risk qrupu”na aid olan yaşlı insanlar və uşaqlar daha tez və daha çox təsirə məruz qalırlar. 

Suyun səviyyəsinin azalması, həmçinin torpaq örtüyünün deqradasiyasına səbəb olur. Duzlu torpaqların yaranması kənd təsərrüfatına mənfi təsir göstərir. Suyun dibindəki duz və minerallar quru səthinə çıxaraq, geniş ərazilərə yayılır və torpaqları şoranlaşdırır. Bu isə kənd təsərrüfatında məhsuldarlığın azalmasına, əhalinin qida təminatında çətinliklərə  və qidalanma pozğunluqlarına gətirib çıxarır.

Digər tərəfdən, suyun azalması sənaye tullantılarının və digər çirkləndiricilərin konsentrasiyasını artıraraq suyun keyfiyyətini daha da pisləşdirir. Quruya çıxan çöküntülərin küləklə yayılması ilə havanın tərkibinə çirkləndirici təsiri tənəffüs yolları xəstəliklərinin - astma, bronxit, allergiyaların və  digər səhhət pozğunluqları hallarının artmasına şərait yaradır.

Xəzər dənizi biomüxtəliflik baxımından zəngin olmaqla, həm flora, həm də fauna üçün mühüm yaşayış mühitini təmin edir. Suyun səviyyəsinin azalması nəticəsində sahilboyu ekosistemlər zərər görür, bəzi balıq növləri, xüsusilə nərə balığı tükənmə təhlükəsi ilə üzləşir. Bu isə balıqçılıq sənayesinin zəifləməsinə, bölgə əhalisinin qida mənbələrinin məhdudlaşmasına gətirib çıxarır. Bir sıra xəstəliklər zamanı pəhriz qidası olaraq balıqdan istifadənin məhdudlaşması və beləliklə müalicəvi pəhriz rejiminin pozulmasına səbəb olur.

Bütün bunlarla yanaşı, xatırladaq ki, insanların belə bir vəziyyətlə üzləşməsi həm də sosial və psixoloji problemlərin yaranmasına səbəb ola bilir. 

Fikrimizi yekunlaşdıraraq, nəticə etibarilə qeyd edək ki, Xəzər dənizinin səviyyəsinin azalması kompleks fəsadlara yol açan amil kimi dəyərləndirilməlidir. Bu, təkcə coğrafi dəyişiklik hadisəsi deyil, həm də insan həyatı üçün ekoloji, sosial-iqtisadi və sağlamlıq böhranına səbəb olan çox ciddi problemdir. Ən əsası insanların sağlamlığının qorunması, ekoloji tarazlığın pozulmasının qarşısının alınması üçün həm regional, həm də beynəlxalq səviyyədə təcili tədbirlərin görülməsi zəruridir.  

Fəridə ƏLİ, 
ATU-nun kafedra müdiri,   
tibb üzrə fəlsəfə doktoru, dosent

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:243
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 03 Oktyabr 2025 11:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see352

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see317

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see310

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see303

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see302

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see296

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see294

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see289

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see282

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see274

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see254

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see252

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see245

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see241

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see239

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see237

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see233

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see220

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see220

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri