Icma.az
close
up
RU
Parlamentari: Xankəndi görüşü regional əməkdaşlığın inikşafına yeni impuls verəcək

Parlamentari: Xankəndi görüşü regional əməkdaşlığın inikşafına yeni impuls verəcək

Sherg.az saytına istinadən Icma.az xəbər verir.

İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşünün Xankəndidə keçirilməsi Azərbaycanın regional və beynəlxalq nüfuzunun artdığını göstərir. Bu, həm də Qarabağın sülh və yenidənqurma mərhələsində beynəlxalq ictimaiyyətə açılması baxımından mühüm hadisədir.

Azərbaycan 1992-ci ildən ECO-nun üzvü kimi enerji, nəqliyyat, ticarət, kənd təsərrüfatı və ekologiya sahələrində mühüm təşəbbüslərlə çıxış edir. Bakı-Tbilisi-Qars dəmir yolu, Cənub Qaz Dəhlizi və Trans-Xəzər Marşrutu kimi layihələr regionda Azərbaycanın iqtisadi və logistik liderliyini möhkəmləndirib.

Prezident İlham Əliyevin də vurğuladığı kimi, Azərbaycanın nəqliyyat infrastrukturu ECO ölkələri üçün tam açıqdır. Bu da ölkəmizin Şərq-Qərb və Şimal-Cənub dəhlizlərində strateji aktora çevrilməsinə şərait yaradıb.

Eyni zamanda, Azərbaycan yaşıl enerji sahəsində də liderlik iddiası ilə çıxış edir. “Təmiz Enerji Mərkəzi”nin yaradılması və ECO ölkələri arasında enerji inteqrasiyası təşəbbüsləri dayanıqlı inkişaf hədəflərinə xidmət edir.

Zirvə görüşünün Xankəndidə keçirilməsi həm siyasi, həm də iqtisadi baxımdan rəmzi məna daşıyır. Bu tədbir Azərbaycanın ECO çərçivəsində təşəbbüskar mövqeyini və regionun inkişafına verdiyi töhfəni bir daha təsdiqləyir.


Millət vəkili Azər Badamov "Sherg.az"a bildirib ki, İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə Görüşünün Azərbaycanda keçirilməsi ölkəmizə olan beynəlxalq etimadın göstəricisidir:


“Xüsusilə bu görüşün Xankəndində keçirlməsinin böyük tarixi və siyasi əhəmiyyəti var. Çünki, Xankəndi uzun illər idi ki, Ermənistanın işğalı altında olduğundan beynəlxalq tədbirlərə ev sahibliyi edə bilmirdi. Bu gün isə Xankəndimiz çiçəklənir və beynəlxalq tədbirlərin ev sahibliyi etdiyi mərkəzə çevrilir. Bu bir daha dünya ictimaiyyətinə Xankəndinin Azərbaycanın əzəli şəhəri olduğunu təqdim edəcək. Həm də ölkəmizə gələcək dövlət başçıları işğaldan azad olunmuş ərazilərin necə dirçəldiyinin şahidi olacaqlar. İşğaldan azad olunmuş torpaqlar investisiya və fəaliyyətlər üçün xüsusi güzəştlər nəzərdə tutulan ərazilərdir. Bu baxımdan İƏT-ın zirvə toplantısının Xankəndidə keçirilməsi həm də bu ərazilərin daha yaxşı tanıtmağımıza və investisiyaların cəlb etməyimizə imkan verəcək”. 


Parlament üzvü vurğulayıb ki, İqtisadi Əməkdaşlıq Təşkilatına daxil 10 ölkənin dövlət başçıları Xankəndiyə səfər etməklə  iqtisadi, humanitar mövzularda və  beynəlxalq gündəliyi narahat edən məsələləri müzakirə edəcəklər:

“Bu gün beynəlxalq nizam özünün ən çətin dövrünü yaşayır. Beynəlxalq münasibətlərin  mürəkkəb bir dövründə  dövlət başçıları məhz Xankəndidən qlobal əhəmiyyəli mesajlar verəcəklər. Xankəndi görüşü həm də regional əməkdaşlığın inikşafına yeni bir impuls verəcək. Çünki, Azərbaycanın ərsəyə gətirdiyi nəqliyyat dəhlizləri nəinki bu təşkilata daxil ölkələri, həm də böyük bir coğrafiya arasında fiziki bağlantı yaradır. Bu da bütün dost ölkələrə yeni faydalar gətirir. Beləliklə Azərbaycanın ev sahiblkiyi bu mötəbər tədbirdə  ölkələrarası münasibətlərin dərinləşməsinə və beynəlxlaq əhəmiyyətli məsələləri müzakirə edərək çağırışlar etməklə yeni dünyanın yaranmasına töhfə veriləcək”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:36
embedMənbə:https://sherg.az
archiveBu xəbər 03 İyul 2025 15:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see225

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see214

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see191

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see189

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see188

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see163

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see159

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see157

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see157

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see146

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see145

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see144

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see141

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see139

Azyaşlı qızları maşınına mindirib dəfələrlə zorladı Azərbaycanda ŞOK HADİSƏ

30 Dekabr 2025 05:29see138

Bir zamanlar möcüzə idi, indi təsirsizdir: Antibiotiklər niyə keyfiyyətsizdir?

29 Dekabr 2025 23:55see137

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see137

Süni intellektin gələcəyi: OpenAI təhlükələrə qarşı mübarizə üçün idarəedici axtarır

30 Dekabr 2025 09:05see136

Putin Ermənistan Azərbaycan münaqişəsini həll etdiyimə inana bilmirdi Tramp

30 Dekabr 2025 00:44see133

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri