Icma.az
close
up
RU
Parlamentarizm ənənələri və sülh çağırışları

Parlamentarizm ənənələri və sülh çağırışları

Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

XX əsrin sonlarında Sovetlər İttifaqının süquta uğramasından sonra, dünya siyasi arxitekturasının formalaşdığının müşahidə olunduğu bir zamanda mürəkkəb geosiyasi vəziyyətin gətirdiyi yanaşmalar hər bir ölkədə yeni siyasi münasibətlərin tənzimlənməsini zəruri edirdi. 1990-cı ilin əvvəlində Azərbaycanın siyasi və iqtisadi transformasiya prosesi hakimiyyətlə vətəndaş cəmiyyəti arasındakı münasibətlə bağlı problemlərin artmasına səbəb olurdu.

Bu münasibətlərin xüsusiyyətləri bilavasitə ölkədaxili sabitliyin təmin edilməsi, insan hüquq və azadlıqlarının, sağlam siyasi dialoqun dərk edilməsi ilə bağlı idi, çünki bunlara hörmət edilmədən demokratik siyasi sistem mövcud ola bilməzdi.
Heç kəsə sirr deyil ki, müasir müstəqil Azərbaycanda sağlam siyasi mühitin yaradılması, habelə demokratik inkişafın təmin edilməsi üçün əsas amillərdən biri də parlamentarizm ənənələrinin formalaşdırılması oldu. 1993-cü il iyunun 15-dən oktyabrın 3-dək Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə parlamentarizm ənənələri yeni nəfəs, yeni qüvvə aldı. Heydər Əliyev qısa müddətdə sağlam siyasi mühit formalaşdırmağı bacardı, Milli Məclisə siyasi mədəniyyət gətirdi.
Məhz 1995-ci ildən etibarən Azərbaycan Parlamenti ölkənin siyasi arxitekturasının tamamlanması işinə öz fəaliyyəti ilə əməli töhfələrini verməyə başladı. Keçən müddət ərzində Milli Məclis tərəfindən qəbul olunmuş və Azərbaycan Prezident tərəfindən təsdqilənmiş Azərbaycan Respublikasının Qanun layihələri bilavasitə ölkə əhalisinin siyasi dayanıqlılığına təkan verərək siyasi dialoqun təşviqini, milli birliyimizi, xalqımızın vəhdətini və dövlətimizin müstəqilliyinin qorunmasını ehtiva edib.
Keçən müddət ərzində istər palamentlərarası dostluq qrupları, istərsə də müxtəlif nüfuzlu beynəlxalq təşkilatlar çərçivəsində Milli Məclis öz beynəlxalq fəaliyyətini formalaşdırmağa nail oldu.
Azərbaycan Parlamentinin artıq 30 ildir tamhüquqlu üzvü olduğu və uzun illərdir ən yüksək səviyyədə əməkdaşlıq etdiyi beynəlxalq təşkilatlardan biri də Parlamentlərarası İttifaqdır (IPU).
1889-cu ilin 30 iyun tarixində əsası qoyulan bu təşkilat dünyada parlamentlərarası dialoqun təşviqi, sülh, demokratiya və insan hüquqlarının qorunması sahəsində fəaliyyət göstərən ən qədim və nüfuzlu qurumdur. Hal-hazırda IPU 179 milli parlamenti və 14 regional təşkilatı öz sıralarında birləşdirir. Bu günlərdə Parlamentlərarası İttifaq artıq yaranmasının 136-cı ildönümünü qeyd edir.
Milli Məclis 1995-ci ildən etibarən bu təşkilatın tamhüquqlu üzvüdür. Bu müddət ərzində Azərbaycan Parlamentinin nümayəndə heyətləri IPU-nun Assambleyalarında mütəmadi iştirak etmiş, ölkənin mövqeyini beynəlxalq ictimaiyyətə çatdırmış, aktual məsələlər üzrə qətnamə və müzakirələrdə fəal rol oynamışdır. IPU çərçivəsində Azərbaycanın gender məsələləri üzrə siyasi təmsilçiliyi, gənclərin iştirakçılığı, beynəlxalq təhlükəsizlik və iqlim dəyişiklikləri kimi sahələrdə təşəbbüsləri xüsusi qeyd olunmalıdır.
Qeyd edək ki, 2024-cü ildə Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı – COP29 çərçivəsində Azərbaycanın IPU ilə münasibətləri daha da intensiv xarakter aldı. 01 fevral 2024-cü il tarixində IPU-nun Baş katibi Martin Çunqonqun Azərbaycana baş tutan səfəri, COP29-un hazırlıq mərhələsində Azərbaycan Prezidenti ilə fikir mübadiləsi aparması, ətraf mühit və iqlim dəyişikliyi istiqamətlərində beynəlxalq səyləri dəstəkləyən tədbirin təşkil olunma təşəbbüsü ilə çıxış etməsi gələcək qarşılıqlı əməkdaşlığın faydalılığını ortaya qoydu.
Təsadüfi deyil ki, COP29 çərçivəsində 16-17 noyabr tarixlərində Parlamentlərarası İttifaq və Azəbaycan Respublikasının Milli Məclisinin təşkilatçılığı ilə baş tutan, 95-dən çox parlamentlərin nümayəndə heyətlərinin iştirak etdiyi “COP29 Parlamentlərarası Görüşü” IPU tərəfindən “ən böyük və ən təsirli parlament tədbirlərindən biri kimi” adlandırıldı.
Azərbaycan Parlamenti Parlamentlərarsı İttifaqla Qoşulmama Hərəkatı çərçivəsində də əməkdaşlıq edir. Xüsusilə, ölkəmizin QH-yə sədrliyi çərçivəsində bu əməkdaşlıq imzalanmış sənədlərlə daha da dərinləşib. Belə ki, 22 mart 2024-cü il tarixində Parlamentlərarası İttifaqın Cenevrədə keçirilən 148-ci Assambleyası çərçivəsində Azərbaycanın rəhbərlik etdiyi Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi ilə Parlamentlərarası İttifaq arasında Anlaşma Memorandumu imzalanıb.
Bu gün Milli Məclis-IPU münasibətləri qarşılıqlı hörmət və tərəfdaşlıq prinsipləri əsasında uğurla inkişaf edir. Həyata keçirilən tədbirlər tərəflər arasında gələcək əməkdaşlıq perspektivlərinin geniş olduğunu deməyə əsas verir. Bu, həm Parlamentlərarası İttifaqın nüfuzunun artması, həm də Azərbaycanın beynəlxalq parlamentlərarası müstəvidə rolunu daha da artırılması baxımından faydalı ola bilər.
Beləliklə, Azərbaycan təmsil olunduğu bütün beynəlxalq platformalarda öz hüquq və vəzifələrini davamlı olaraq qoruyub saxlayır, qarşılıqlı hörmət, etimad və ədalətə əsaslanan münasibətlərin inkişaf etdirilməsində maraqlarını ortaya qoyur. Parlamentlərarası İttifaqla davam edən uğurlu əməkdaşlıq bundan sonra da Milli Məclisin qlobal çağırışların icrasında fəal iştirakçıya çevrilməsi, habelə beynəlxalq parlament diplomatiyasında rolunun daha da güclənməsi istiqamətində öz töhfələrini verəcəkdir.

Məzahir Əfəndiyev
Azərbaycan Respublikası
Milli Məclisinin deputatı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:143
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 30 İyun 2025 16:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see387

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see352

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see338

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see332

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see331

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see329

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see311

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see307

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see284

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see274

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see264

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see263

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see257

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see256

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see255

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see238

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see218

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see214

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see206

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri