Icma.az
close
up
RU
Parlamentin iclasında “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanuna dəyişikliklər müzakirə ediləcək AZƏRTAC

Parlamentin iclasında “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanuna dəyişikliklər müzakirə ediləcək AZƏRTAC

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 13 dekabr, AZƏRTAC

Dekabrın 13-də Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komitə sədri Arzu Nağıyev gündəliyə bir məsələnin - Cinayət Məcəlləsində, Miqrasiya Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Psixiatriya yardımı haqqında”, “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihəsinin (birinci oxunuş) daxil edildiyini bildirib.

Komitə sədri bildirib ki, qanun layihəsi müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi sahəsində göstərilən xidmətlərin optimallaşdırılması və elektronlaşdırılması, habelə hərbi xidmətə çağırışla bağlı müvafiq müddəaların dəqiqləşdirilməsi məqsədilə hazırlanıb. Layihəyə əsasən, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanuna “tibbi şəhadətləndirilmə”, “elektron kabinet” və “çağırış vərəqəsi” anlayışları əlavə edilir. Layihədə aidiyyəti dövlət orqanları arasında tibbi müayinənin nəticələrinin elektron əldə edilməsi, əlilliyi müəyyən olunmuş çağırışçıların tibbi müayinəsinə dair müvafiq qərarın onların əyani formada tibbi müayinəsi aparılmadan çağırışçıya dair elektron informasiya sistemində mövcud olan məlumatlar əsasında qəbul edilməsi, müvafiq dövlət orqanlarının sistemlərinin qarşılıqlı inteqrasiyası ilə bağlı müddəalar əks olunub.

Bundan başqa, layihədə müddətli həqiqi hərbi xidmətə çağırış üçün nəzərdə tutulan son yaş həddinin 35-dən 30 yaşa endirilməsi təklif olunur.

Eyni zamanda, layihədə ilkin hərbi qeydiyyatın müddəti, habelə təşkilatlar tərəfindən ilkin hərbi qeydiyyata alınmalı olan vətəndaşların siyahılarının müvafiq icra hakimiyyəti orqanına təqdim edilməsi müddəti uzadılır. Çağırışçılar barəsində çağırış komissiyaları tərəfindən qəbul edilmiş qərarlar onlara 10 gün müddətində deyil, 3 gün müddətində bildiriləcək. Layihədə müddətli həqiqi hərbi xidmətə çağırılmalı olan vətəndaşların tibbi müayinədən keçməsi müddəti çağırışa 2 ay qalmış müddətdə müəyyən olunur.

Yuxarıda qeyd olunanlarla yanaşı, layihədə müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilərək hərbi qeydiyyatdan çıxarılan vətəndaşların dairəsi müəyyən olunur və təhsili davam etdirmək üçün çağırışa möhlət verilməsi ilə bağlı maddə yeni redaksiyada verilməklə dəqiq tənzimləmə qanunda əks olunur. Belə ki, bakalavriatda və magistraturada əyani təhsil alan tələbələrə çağırışa möhlət onların müvafiq olaraq 24 və 26 yaşı tam olanadək veriləcək. Dövlət proqramları və tələbə mübadiləsinə dair hökumətlərarası təqaüd proqramları çərçivəsində təhsil alan çağırışçılar istisna təşkil edəcək.

“Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Qanuna təklif edilən digər dəyişikliyə əsasən səfərbərlik üzrə hərbi xidmətə çağırışdan möhlət verilməsi haqqında qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın informasiya sistemində yerləşdiriləcək və həmin məlumat vətəndaşın tanış olması üçün Elektron Hökumət İnformasiya Sisteminə göndəriləcək.

Cinayət Məcəlləsinin 321-ci maddəsinə əlavə edilməsi təklif olunan “Qeyd” hissəsində “çağırışdan boyun qaçırma” əməlinin nədən ibarət olması dəqiq müəyyən olunur. Belə ki, “çağırışdan boyun qaçırma” dedikdə vətəndaşların üzrlü səbəblər olmadan tibbi müayinəyə, müddətli həqiqi hərbi xidmətə, toplanışlara və səfərbərlik üzrə hərbi xidmətə çağırış üzrə gəlməməsi başa düşülür. Buna uyğun olaraq, Miqrasiya Məcəlləsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması hallarına yeni halın əlavə edilməsi təklif olunur. İnzibati Xətalar Məcəlləsində çağırışçılar və hərbi vəzifəlilər haqqında aidiyyəti orqanlar tərəfindən məlumatların vaxtında verilməməsinə görə inzibati məsuliyyəti müəyyən edən maddənin dispozisiyası dəqiqləşdirilir və bu inzibati xətaya görə məsuliyyət sərtləşdirilir. Digər qanunlara dəyişikliklər isə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunda mövcud olan müddəalardan və bu layihə ilə təklif edilən dəyişikliklərdən irəli gəlir.

İclasda çıxış edən deputatlar təklif olunan dəyişikliklərin əhəmiyyətindən danışıblar, qeyd və təkliflərini diqqətə çatdırıblar.

Sonra iclasda iştirak edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) rəisinin müavini Azər Məmmədov, SHXÇDX-nin Baş İdarə rəisi Azər Babayev, xidmətin Hüquqi təminat şöbəsinin rəisi Anar Əkbərov deputatların qaldırdıqları məsələlərə münasibət bildiriblər, onların suallarını cavablandırıblar.

Müzakirələrin sonunda qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:156
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 Dekabr 2024 00:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Landmark” bu dəfə Sahil Bababyevin idarəçiliyinə keçdi

21 Oktyabr 2025 11:26see281

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see242

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see234

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see207

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see189

Təl Əvivdən Bakıya reyslər bərpa edilir

21 Oktyabr 2025 19:39see182

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see173

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see173

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see171

Dabaq xəstəliyi xaricdən gətirilən ət məhsullarına tələbatı artırdı (VİDEO)

21 Oktyabr 2025 23:40see164

Azərbaycan ötən ay genişzolaqlı internetin orta sürətinə görə Cənubi Qafqazda liderliyini saxlayıb

21 Oktyabr 2025 13:54see163

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see154

Naxçıvan məktəblisi “Statistik olimpiada”nın qalibi olub

21 Oktyabr 2025 03:36see153

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see153

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see153

Fransada tornado nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var

21 Oktyabr 2025 03:34see134

Atletiko ya can verməyən Qarabağ Atletik in də öhdəsindən gələ bilər

21 Oktyabr 2025 17:36see133

Suriya universitetlərində Türk dili və Ədəbiyyatı bölümü YARADILIB

22 Oktyabr 2025 16:35see126

Daha 8 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

21 Oktyabr 2025 17:38see125

Ruslar Çin avtomobillərindən narazılıq edirlər...

21 Oktyabr 2025 23:06see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri