Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Parlamentin səsini eşitmədiyimiz deputatları SİYAHI

Parlamentin səsini eşitmədiyimiz deputatları SİYAHI

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Milli Məclisin 2025-ci il yaz sessiyasının başa çatmasına sayılı günlər qalıb. Belə ki, mayın 31-də artıq parlamentin yaz sessiyası öz işini tamamlayır. Bu sessiya dövründə parlamentin 12 iclası keçirilib. Eləcə də bu günə qədər ümumilikdə 51 komitə iclası olub və 142 məsələ müzakirə edilib. Ötən müddət ərzində bir sıra deputatlar gündəliyə çıxarılan məsələlərin müzakirəsində olduqca aktiv olub və öz təklif və iradlarını səsləndiriblər. Bununla yanaşı, sessiya dövründə səsini eşitmədiyimiz deputatlar da olub.

Modern.az saytı bu mövzu ilə əlaqədar Parlament Jurnalistləri Birliyinin (PJB) üzvləri arasında sorğu keçirib.
 

“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru və parlament müxbiri Əli Zülfüqarlı bildirib ki, indiyə kimi Milli Məclisdə müzakirə olunan qanun layihələri ilə bağlı Kəlbəcərin deputatı Mircəlil Qasımlı nə şərh, nə də təklif verib. “Parlamentin iclaslarında danışmayan deputatlara Bədəl Bədəlov, Sabir Hacıyev, Şahin Seyidzadə, Elnarə Akimova, Mixail Zabelin, Sevil Mikayılovanı da misal göstərmək olar”,- jurnalist deyib.
 

“Olaylar.az”ın parlament müxbiri Alim Hüseynli də konkret adlar çəkib: “Mən müşahidələrim əsasında danışmayan deputalara Xanlar Fətiyev, Vasif Qafarov, Göydəniz Qəhrəmanov, Mircəlil Qasımlı, Bədəl Bədəlov, Sevil Mikayılova və Səbinə Salmanovanı nümunə göstərə bilərəm”.


“Ədalət” qəzetini parlamentdə təmsil edən jurnalist Nicat Novruzlu da Xanlar Fətiyev, Vasif Qafarov, Göydəniz Qəhrəmanov, Mircəlil Qasımlı, Bədəl Bədəlovun demək olar ki, bir kəlmə də danışmadıqlarını deyib.


“Real" TV-nin parlament müxbiri Namidə Bingöl uzun illərdir Milli Məclisdən reportajlar hazırlayan jurnalist kimi fəaliyyət göstərdiyini, parlamentarilərin heç də hamısının iclaslarda çıxış etmədiyini deyib:
“Bir çox deputatlar komitə iclaslarında fəallıq nümayiş etdirir. Hesab edirəm ki, mütləq şəkildə deputatların sessiya zamanı çıxış etməsi vacib deyil. Bəzi deputatlar yazılı formada müraciətlərini edir. Bu müraciətlər çox zaman təmsil olunduqları dairələri əhatə edir. Bəzi deputatlar parlament tribunasından danışmağa, bəziləri seçicilərlə işləməyə, digərləri isə xaricdə ölkəmizi təmsil etməyə üstünlük verir”.


“Ölkə.az”ın əməkdaşı Mürtəza Bünyadlı söyləyib ki, nəinki danışmayan, hətta VII çağırış parlament dövründə bir-iki iclasa qatılan deputalar var:
“Passiv deputatlar o qədər çoxdur ki, hamısının adını çəkmək çox uzun çəkər. Elə deputat var ki, nəinki səsi çıxmayıb, hətta ümumiyyətlə VII çağırış dövründə cəmi bir neçə dəfə parlamentin iclasına qatılıb. Amma həm parlamentin işində aktiv iştirak edən, seçiciləri ilə sıx işləyən deputatlar da yetərincədir. Onlar həm qanunvericilik sahəsində, həm ölkədəki ictimai-siyasi proseslərdə çevik reaksiya verirlər, həm də seçiciləri ilə aktiv şəkildə işləyirlər”.
 

“Sfera.az”ın parlament müxbiri Firuzə Əliyeva Milli Məclisin 2025-ci ilin yaz sessiyasının maraqlı çıxış və layihələrlə yadda qaldığını deyib:
“Müzakirələrdəki ən fəal millət vəkilləri onsuz da hamıya məlumdur. Demək olar ki, hər iclasada çıxış edən deputatlara Vüqar Bayramov, Razi Nurullayev, Zahid Oruc, Fazil Mustafa, Ceyhun Məmmədov, Sivayuş Novruzov, Bəhruz Məhərrəmov, Naqif Həmzəyev, Elçin Mirzəbəyli, Sahib Alıyev və Əli Hüseynlini misal çəkə bilərik. Əhali arasında da bu barədə sorğu keçirsək, vətəndaşlar ən çox qeyd etdiyim millət vəkillərinin adlarını xatırlayar. Təbii ki, az da olsa, çıxış edənlər, təkliflər verənlər var. Digər tərəfdən, adları unudulanlar isə deməli kifayət qədər fəal olmayıb”.
 

“Sabahinfo.az“ saytının parlament müxbiri Ədil Ədilzadə isə bunları deyib:
“Danışmayan deputatlardan biri də Heydər Əsədovdur. O Şirvan şəhərindən seçilsə də, bir dəfə də bu şəhərlə bağlı hər hansı məsələni gündəmə gətirdiyini görmədik. 
Eyni zamanda 123 saylı dairədən Vll çağırış Milli Məclisə deputat seçilmiş Mircəlil Qasımlı da səssiz deputatlardandır. Bu deputat ancaq şəkil çəkdirməklə məşğuldur. Aktivlik görünmür.
10 saylı Binəqədi üçüncü seçki dairəsinin deputatı Elşad Musayev nə iş görür bilən yoxdur. Nə seçicilərlə görüşünü görürük, nə də bir çıxış edir. Bu siyahıya Rasim Musabəyov, Asim Mollazadənin də adlarını əlavə etmək olar”.
 

“Anews.az” saytının əməkdaşı Gülnar Nazimqızının sorğumuza cavabı belə olub: “Zahid Oruc, Razi Nurullayev, Fazil Mustafa, Vüqar Bayramov, Naqif Həmzəyev və Aydın Hüseynov hər zaman cavab verən deputatlardandır. Aydın Mirzəzadə telefonları hər zaman açan deputatlardandır. Rasim Musabəyov hər dəfə zəng edəndə deyir ki, "mən yaşlı adamam, hər zəng edən sənin kimi jurnalistə vaxt ayırsam, necə olar?" və ya deyib ki, "rəhbərin zəng eləsin, nə sualı var, o versin". 
Deputat Kamal Cəfərova bir dəfə yaxınlaşdım. Dedi ki, nə lazımdırsa öz “Facebook”unda yazır. Əslində mətbuata açıq deputatların sayı çox azdır və digərləri əlçatan deyil. Hesab edirəm ki, jurnalistin əlaqə qura bilmədiyi deputatla vətəndaş çətin əlaqə qursun...”
 

Sonda Modern.az-ın əməkdaşı olaraq mövzu ilə əlaqədar öz fikirlərimi də bildirmək istəyirəm. Milli Məclisin elə deputatları var ki onların parlamentdə çıxışlarına nadirən də rast gəlmək möcüzə sayıla bilər. Bədəl Bədəlov və Mircəlil Qasımlı belə deputatlardandır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:246
embedMənbə:https://modern.az
archiveBu xəbər 20 May 2025 13:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see324

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see296

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see270

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see254

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see249

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see247

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see240

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see225

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see221

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see204

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see198

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see196

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see193

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see191

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see184

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see180

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see179

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

10 Noyabr 2026 11:18see177

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see177

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri