PARTİYA SƏDRİ 10 GÜN İÇİNDƏ NECƏ DƏYİŞDİ? Sabiq deputat iki fərqli çıxışı yan yana qoydu və...
Mia.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"BU, BAŞQA MƏSƏLƏ! 14.11.2025-ci il tarixində görkəmli Azərbaycan iqtisadçısı Natiq Cəfərlinin dedikləri: “Bacarmırsan, istefa ver! Sənə görə dəsmal götürüb ağlayım? Müəllimə dərsdən sonra corab toxutdurub, tort bişirtdirəcəksiz? Bizdə bir çox nazirlərin öz sahələri ilə bağlı çıxıb cəmiyyətə şikayət etmələri dəb halını alıb. Bəlkə də məktəblərdə dərzi sexi açacaq, müəllimlərə köynək tikdirəcək, corab toxutduracaqlar. Ya da kuliniariya sexi açıb, tort bişirtdirəcəklər. Müəllimlərin maaşı azdır? Nazirlik də deyir ki, evə gedib neyləyəcəksiz? Evdə ərin deyinməsi, uşaqların səs-küyündənsə qalın məktəbdə, əlavə iş yeri kimi burda işləyin. Mən bunu ironiya ilə desəm də, bunun başqa anlamı yoxdur. Saat 9-dan axşam 6-ya kimi məktəbdə otur nə deməkdir? Uzaqbaşı o məktəbin otağını yenə direktordan icarəyə götürüb orda uşaq hazırlayacaq”.
Mia.az xəbər verir ki, bu sölzəri sabiq deputat, təhsil üzrə təcrübəli ekspert Etibar Əliyev sosial media hesabında yazıb.
O, Real Partiyasının sədri, iqtisadçı Natiq Cəfərlinin cəmi 10 gün içində 180 dərəcə necə əks mövqe ortaya qoymasının "nümunəsi"ni yuxarıdakı sözləri ilə aşağıdakı çıxışını paylaşmaqla göstərirb:
"21.11.2021-ci il tarixində isə Natiq Cəfərlinin dediklərinə baxın: " İctimai Televiziya Təhsil Naziri hörmətli Emin Əmrullayevi İTV-nin ən uğurlu layihələrindən biri olan “Diqqət Mərkəzi” verlişinə dəvət etdi, çox maraqlı, detallı müsahibə alıb. Bir neçə dəfə publik çıxışlarımda demişəm deyə, indi də rahatlıqla söyləyə bilərəm ki, ən bəyəndiyim nazir Əmrullayevdir – bu o demək deyil ki, dediklərini, etdiklərini bəyənirəm, təbii ki, yox, ciddi iradlarım, suallarım var, amma, ictimai müzakirələrə hazır, fikirlərini açıq şəkildə elan edən ikinci belə bir nazir yoxdur".
Elm və təhsil naziri Emin Əmrullayevə müraciət edirəm: “Natiq Cəfərlinin sözünə baxıb birdən istefa verərsən, ha! Vermə... N. Cəfərli sizi debata çağırır. Onunla debata "Azgranata"dan gətirdiyiniz Təhsilin iqtisadiyyatı şöbəsinin müdirini göndərin...".
F.Səfərli
mia.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:30
Bu xəbər 24 Noyabr 2025 11:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















